Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2037/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 5 saylı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 5 saylı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.01.1984-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, məznil 187 ünvanında qeydiyyatda olmuş mərhum X1nın 10 yanvar 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X1 21.01.1984-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, mənzil 187 ünvanında qeydiyyatda olmuşdur. X1 10 yanvar 2022-ci il tarixdə faktiki yaşadığı Nəsimi rayonu, R.Səfərov 151b ünvanında yaşadığı evdə vəfat etmişdir. Ölüm zamanı o yanında olmuşdur. Təcili tibbi yardıma mərhum qızının adına çağırış edilmiş, 10:30 radələrində həkim gələnə qədər X1 vəfat etmişdir. Mərhum qızının ölümündən sonar onlar ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 3 saylı şəhər poliklinikasına müraciət etmişlər. 3 saylı şəhər poliklinikası qızı orada qeydiyyatda olmadığı üçün onlara arayış vermədi. Mərhum qızının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi yəni ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm məhkəmə tərəfindən müəyyə olunur. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Eyni zamanda ölüm faktının müəyyən edilməsinin dəfn müavinətini almaq üçün lazım olduğunu bildirdi. Maraqlı şəxs Bakı şəhəri 5 saylı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi qızıdır. Mərhum yanvarın 10-u dünyasını dəyişmişdir. Dəfndə iştirak etmişdir. Mərhum Bilgəh qəbiristanlığında dəfn olunub. X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar ailəvi dostdur. Mərhum yanvarın 10-u dünyasını dəyişib. Dəfndə iştirak etmişdir. Mərhum Bilgəh qəbiristanlığında dəfn olunub. Ərizəçinin X1 21.01.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qızıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 04.02.2022-ci il tarixli, 05Q/268/76 saylı məktubunun surətindən görünür ki, Ərizəçi 31.01.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür. Bakı şəhəri Təcili və X5 Stansiyasının 5 saylı bölməsi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli, 13 nömrəli Arayışın surətindən görünür ki, Ərizəçi 21.01.2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, onun 10.01.2022-ci il, saat 10:30-da R.Səfərov 151b ünvanında X2 adına təcili tibbi yardım çağırışı daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi Məmmədova Mehriban yerinə yetirmiş, xəstəyə “Həkimə qəər ölüm, Qadın cinsli meyid” diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 28.02.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışın surətindən görünür ki, Ərizəçi ünvan 5 ünvanında 30.04.2021-ci il tarixdən etibarən qeydiyyatdadır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 28.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, məznil 187 ünavnında qeydiyyatda olmuş, lakin 2002-ci ildən başqa ünvanlarda kirayədə yaşamış 21.01.1984-cü il təvəllüdlü, X3 21.01.2022-ci ildə kirayədə qaldığı ünvan 7 ünvanında vəfat etmişdir. Mərhum 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, heç bir xəstəliklə əlaqədar Yasamal rayon, 3 saylı şəhər poliklinikasına müraciət etməmişdir. Mərhumun ölüm səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 21.01.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 10.01.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.01.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 10.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2037/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2037/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver