Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4142/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X3 və Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqı və digər ödənişlərə görə bir faiz məbləğində ödənc verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2025 saylı işi üzrə 05 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “ X3 və Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqı və digər ödənişlərə görə bir faizi məbləğində ödənc verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqı və digər ödənişlərə görə bir faizi məbləğində ödənc verilməsi” tələbinə dair iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəməyə həmin qətnamədən apellyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin üzrlü hesab edilərək, bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən apellyasiya şikayəti vermə müddəti bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpasının rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün 7 gün müddətində mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həm elektron məhkəmə informasiya sistemində, həm də kağız daşıyıcıda işə əlavə edilmiş müşayiət məktubunda hazırkı iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-112/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Mülki kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayətləri mümkün hesab edilmişdir, lakin apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsi tərəfindən yalnışlığa yol verildiyi, ilkin olaraq qərardaddan verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli olduğu halda, qətnamədən verilmiş şikayətlərin baxılması üçün göndərildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qərardaddan verdiyi şikayətini müdafiə etdiyini bildirmiş və baş vermiş texniki yalnışlığın aradan qaldırlması məqsədilə mülki işin baxışdan çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil baş vermiş texniki yalnışlığın aradan qaldırılması məqsədilə mülki işin baxışdan çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, həm müşayiət məktubunda, həm də elektron məhkəmə informasiya sistemində yol verilmiş yalnışlığın düzəldilməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid edildiyindən, o cümlədən qeydiyyatlar mövcud olduğundan qərardada apellyasiya icraatı qaydasında baxılması mümkün olmadığından, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan icraata qəbul qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və birinci instansiya məhkəməsinə qaytarılmaldır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın tələblərinə əsasən:266.Qərardaddan verilmiş şikayət hakim tərəfindən təmin edilmədikdə kargüzarlıq xidməti 7 gün müddətində şikayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini təmin etməlidir. Məhkəmə aidiyyəti haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayətin surəti kargüzarlıq xidməti tərəfindən MPM-in 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.443. Məhkəmələrdə elektron sənədlərlə kargüzarlığın aparılması üçün aşağıdakı funksiyaların həyata keçirilməsini təmin edən informasiya sistemi tətbiq olunur:443.1. elektron sənədin yaradılması;443.2. rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;443.3. elektron sənədin göndərilməsi;443.4. elektron sənədin həqiqiliyinin yoxlanılması;443.5. elektron sənədin alınmasının təsdiqi;443.6. daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;443.7. elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanılması zamanı kollektiv işin təmin edilməsi;443.8. elektron sənədin icrasına nəzarət;443.9. elektron sənədin axtarışı;443.10. elektron sənədin saxlanılması.444. Elektron sənəd aşağıdakı məlumatlar yoxlandıqdan sonra qəbul edilir və qeydə alınır:444.1. elektron imza vasitələrindən istifadə etməklə, yoxlama məlumatları əsasında elektron sənədi təsdiq edən gücləndirilmiş elektron imzanın həqiqiliyi;444.2. elektron sənədin bütün rekvizitləri;444.3. gücləndirilmiş elektron imzadan istifadə etmiş imza sahiblərinin səlahiyyətləri.445. Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir:445.1. məhkəmənin tam adı;445.2. məhkəmənin hüquqi ünvanı;445.3. elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi.446. Elektron sənəd göndərilməzdən əvvəl göndərən onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.447. Elektron sənədin qəbul edilməsi və qeydiyyatı onu göndərənə informasiya sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:447.1. bildirişi göndərən haqqında məlumatlar;447.2. elektron sənədin qəbul edilməsi tarixi və vaxtı;447.3. elektron sənədin qeydiyyatı tarixi və nömrəsi. 451. Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan məhkəmələrdə alınan və göndərilən elektron sənədlərin hərəkəti, həmçinin təşkilatdaxili yazışmalar sistem vasitəsilə qeydə alınır. Sistem iştirakçılarına sənədlərin təhvil verilməsi sistem vasitəsilə təsdiq olunur. Elektron sənəd dövriyyəsi zamanı yalnız dərkənarların və göndərilən sənədlərin elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 288, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4142/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4142/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4142/2025
04.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver