Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2060/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 12 dekabr 2021-ci tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası 24.03.1933-cü il təvəllüdlü, X7 03 dekabr 2021-ci tarixində vəfal edib. Həmir gün anasının vəziyyətinin pisləşdiyini görərək Təcili və X6 Stansiyasına zəng edib həkim çağırmışdır. Qeyd edilən çağırış üzrə gələn 10 saylı bölmənin təcili yardım birqadasının tərtib etdiyi “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndə qeyd olunduğu kimi, briqada hadisə yerinə çatdıqda X7 artıq keçinmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinə uyğun olaraq, ölüm haqqında şəhadətnamənin alınması üçün əsas olan ölüm haqqında həkim şəhadətnaməsinin (Forma 106) verilməsi üçün 5 nömrəli polikliniya müraciət edilmişdir, lakin poliklinika Forma 106 onlara təqdim etməkdən imtina etdi. Poliklinika Forma 106-nı onlara təqdim etməkdən imtina etdiyi üçün Nəsimi Rayon VVAQ şöbəsi anasının ölüm haqqında şəhadətnaməsinin ona təqdim edilməsindən imtina edib. Anası vəfat etdiyi üçün onıın hüquqi varislərinin müəyyən edilməsi üçün zəruri sənədlər toplanaraq müvafiq notariat orqanına təqdim edilməlidir. Bunun üçün isə ilk növbədə anasının ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçinın mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22.02.2022-ci il tarixli, 05/Q- 285/75 saylı məktubdan görünür ki, X2 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının 03.12.2021-ci il tarixli, 100 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X14 03.12.2021-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyi, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədyi üçün Forma N 106 almaq üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE 02687212 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 24.03.1933cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Naxçıvan şəhəri VVAQ şöbəsi tərəfindən 16.10.1965-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05.06.1959-ci ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X3r. “Təcili və X6 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 10 noyabr 2020-ci il tarixdə X2 adına Bakı şəhəri, Mərdakan qəsəbəsi bağ evi ünvanına saat 23:46 radələrində çağırış verilmişdir. Həkimə qədər ölümdür. Qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 22.02.2022-ci il tarixli, 26 nömrəli arayışdan görünür ki, X1 rayonu, Keşlə qəbirstanlığında 03.12.2021-ci tarixdə dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 24.03.1933-cü ildə doğulduğu, 03.12.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun dostudur, mərhum isə onun anası idi. Mərhum bir neçə müddət xəstə idi, müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. 13.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Keşlə qəbirstanlığında dəfn edilmiş, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun dostudur, mərhum isə onun anası idi. Mərhum bir neçə müddət xəstə idi, müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. 13.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Keşlə qəbirstanlığında dəfn edilmiş, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçinin yanında ailə sürücüsü kimi işləyir. Mərhum ərizəçinin anası idi. Mərhum bir neçə müddət xəstə idi, müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. 13.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Keşlə qəbirstanlığında dəfn edilmiş, dəfn mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin anası olmuşdur. X1 rayonu, Keşlə qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.03.1933-cü il təvəllüdlü X2 03.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.03.1933-cü il təvəllüdlü X2 03.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2060/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2060/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver