Məhkəmə qərarları › İş №2(006)-2064/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2064/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2064/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinın «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1967-ci il təvəllüdlü Zeyna.ov Fuad Əliağa oğlunun 23 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktım müəyyən edilməsi, X2 adına ölüm haqqında şəhadətnamənin verilməsini Nəsimi Rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Mərhum atası ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X6 23 yanvar 2025- ci il tarixində vəfat etmişdir. Onun vəfatı qeydiyyatda olduğu ünvanda deyil faktiki yaşadığı ünvanda olmuşdur. Atasının həmin vaxt vəfat etməsini BŞT və TTYS 8 saylı yardımçı stansiyasının həkimi tərəfindən verilən çağırış vərəqəsində təsdiqlənir. Mərhum atası X2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyat üzrə müraciət etsə də, atasının vəfatında 2-3 gün öncə şəxsiyyət vəsiqəsini itirdiyinə görə nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, tərəfindən Maraqlı şəxsnə sorğu ilə müraciət edərək mərhum X2 23 yanvar 2025-ci il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün "Ölüm haqqında tibbi şəhadətnamə" tərtib edilərək ona təqdim edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-cil tarixli 3- 16-5/8-15-Z-502-25 saylı məktubla sorğuya cavab olaraq bildirmişdirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003- cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim etdiyi sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyat üzrə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin dayısı, mərhumun qaynıdır. xx.xx.2025-ci il tarixdə gecə Fərhad ona zəng edərək atasının ürək tutmasından vəfat etdiyini bildirmişdir. Mərhumu adəti üzrə Abşeron Rayonu Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir. X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin anasıdır, mərhum onun əri olmuşdur, faktiki onlar ayrı yaşamışlar. Mərhum uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Mərhum ölən gün oğlu ona zəng edərək atasının ölməsi barədə məlumat vermişdir. Yas mərasimlərini o, özü evində vermişdir. Mərhumu adəti üzrə Abşeron Rayonu Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Baş daşını hələ götürməyiblər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 03 nömrəli şəhər Poliklinikasının 18-1-1-1/2-Z-31-4/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01 2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə’’nin verilmə qaydasının 4.8 ("Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir”) bəndinə əsasən, X2 şəxsiyyətini təsdiq edən sənəd olmadığından, mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil. 7 saylı Bakı «Asan Xidmət» X1 xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-Z-502-25 nömrəli Ərizəçi ünvanlanmış məktuba əsasən, X2 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Təcili və X3 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X2 adına 23:47-də çağırış daxil olmuş, ünvana gələn həkim kişi meyiti aşkar etmişdir. ünvan 2 xx.xx.2025-ci il tarixli arayışına əsasən, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Abşeron Rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X6 dəfn edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış ərizəçinin qohumluq məlumatlarına əsasən, Ərizəçi atası X5r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçinın məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası (ərizəçinin mərhumun oğlu olması elektron məhkəmə informasiya sistemindən çıxarılmış ərizəçinin qohumluq məlumatları ilə təsdiq edilir) X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron Rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə atasının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar