Məhkəmə qərarları › İş №2(006)-2066/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2066/2025

25.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2066/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi ləğv prosesində olan NBC Bankının nümayəndəsi X1 iştirakı ilə Ərizəçilər Əmanətlərin Sığortalanması Fondunun və ləğv prosesində olan NBC Bankının Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Əmanətlərin Sığortalanması Fondu Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək LPO Ərizəçi2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00450 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, LPO Ərizəçi2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (birinci tərəf) ilə Maraqlı şəxs (ikinc, tərəf) arasında xx.xx.2024-cü il tarixində MŞB/8/2024-00450 saylı Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas borcun, 0 (sıfır) manat faiz borcun, 0 (sıfır) manat cərimə borcun, gecikdirilmiş günlər üçün hesablanmış 5.004 manat borc olmaqla, ümumilikdə 35.004 manat borcun, xx.xx.2020-ci il tarixli 08/0002/BKO saylı kredit müqaviləsi üzrə 8.000 manat əsas borcun, 0 (sıfır) manat faiz borcun, 0 (sıfır) manat cərimə borcun, gecikdirilmiş günlər üçün hesablanmış 1.223 manat borc olmaqla, ümumilikdə 9.223 manat borcun, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 44.227 manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq etmişlər. Həmçinin tərəflər bu sazişin 1.1-ci bəndində qeyd olunan borc məbləğinin təminatı kimi xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı ipoteka müqaviləsi əsasında girov qoyulmuş, Maraqlı şəxs mülkiyyətində olan, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD636224 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi ADMDN13E674402109, buraxılış ili 2008-ci il olan HUMMER H3 minik markalı 50DO76 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin birinci tərəf qarşısında girovda olduğunu təsdiq etmişlər. İkinci tərəf barışıq sazişinin 1.3-cü bəndinə əsasən xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas borc məbləğini xx.xx.2026-cı il tarixinədək hər ay 1.250 manat və xx.xx.2020-ci il tarixli 08/0002/BKO saylı kredit müqaviləsi üzrə 8.000 manat əsas borc məbləğini xx.xx.2026-cı il tarixinədək hər ay 334 manat olmaqla, ümumilikdə 38.0 manat məbləğində borcu xx.xx.2026-cı il tarixinədək hər ay 1.584 manat ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin barışıq sazişinin 1.4-cü bəndinə əsasən tərəflər 1.3-cü bəndində qeyd edilən öhdəlik lazımi qaydada icra edilmədikdə ümumlikdə 44.227 manat məbləğində borcun İkinci Tərəfdən tutulmasını Tərəflər təsdiq edir və tutmanın bu Sazişin 1.2-ci bəndində qeyd edilən əmlaklara yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Birinci Tərəfə ödənilməsinə Tərəflər etiraz etmirlər. Sazişə əsasən ipoteka predmetinə tutma yönəldikdən sonra ipoteka predmetinin ipoteka qoyan tərəfindən könüllü olaraq Birinci Tərəfə təhvil verilməsi öhdəliyini ipoteka qoyan öz üzərinə götürmüşdür. Bildirmək istəmişdir ki, İkinci tərəf LPO Ərizəçi2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə xx.xx.2024-cü il tarixdə imzaladığı MŞB/8/2024- 00450 saylı barışıq sazişinin 1.3-cü bəndinin şərtini pozaraq bu günə qədər banka heç bir ödəniş etməmişdir. Sonradan ləğv prosesində olan NBC Bankı əlavə iddiaçı qismində cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. O cümlədən qeyd etdi ki, barışıq sazişi bağlandığı tarixdən etibarən qarşı tərəf hər hansı bir ödəniş etməmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində X2 və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 8 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində ləğv prosesində olan NBC Bankı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. İkinci tərəf Birinci tərəf qarşısında xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas borc, 0 (sıfır) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu, gecikdirilmiş günlər üçün hesablanmış 5.004 (beş min dörd) AZN olmaqla, ümumilikdə 35.004 manat, xx.xx.2020-ci il tarixli 08/0002/BKO saylı kredit müqaviləsi üzrə 8.000 manat əsas borc, 0 (sıfır) manat faiz borcu, 0 (sıfır) manat cərimə borcu, gecikdirilmiş günlər üçün hesablanmış 1223 manat olmaqla, ümumilikdə 9.223 manat, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 44.227 manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq edir. Bu sazişin 1-ci bəndində qeyd edilən öhdəliyin təminatı aşağıda qeyd edilən əmlakların olduğunu Tərəflər təsdiq edir: 1.2 xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı ipoteka müqaviləsi əsasında girov qoyulmuş, Maraqlı şəxs mülkiyyətində olan, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD636224 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi ADMDN13F674402109, buraxılış ili 2008-ci il olan HUMMER H3 minik markalı 50DO176 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi. 1.3 İkinci Tərəf xx.xx.2019-cu il tarixli 08/0001/BKO saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas borc məbləğini xx.xx.2026-cı il tarixinədək hər ay 1.250 manat və xx.xx.2020-ci il tarixli 08/0002/BKO saylı kredit müqaviləsi üzrə 8000 manat əsas borc məbləğini xx.xx.2026-cı il tarixinədək hər ay 334 manat olmaqla, ümumilikdə 38.000 manat məbləğində borcu xx.xx.2026-cı il tarixinədək hər ay 1.584 manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1.4 Bu Sazişin 1.3 bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edilmədikdə ümumilikdə 44.227 (qırx dörd min iki yüz iyirmi yeddi) manat məbləğində borcun İkinci Tərəfdən tutulmasını Tərəflər təsdiq edir və tutmanın bu Sazişin 1.2-ci bəndində qeyd edilən əmlaklara yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Birinci Tərəfə ödənilməsinə Tərəflər etiraz etmirlər. 1.5 İpoteka predmetlərinə tutma yönəldikdən sonra ipoteka predmetlərinin ipoteka qoyan tərəfindən könüllü olaraq Birinci Tərəfə təhvil verilməsi öhdəliyini ipoteka qoyanlar öz üzərinə götürürlər. 2.Tərəflər razılaşırlar ki, bu Sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklər tam icraedildikdən sonra bu Sazişin 1.2-ci bəndində qeyd edilən ipoteka predmetləri ipoteka qoyanların müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar