Məhkəmə qərarları › İş №2(006)-208/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-208/2022

31.01.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-208/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Əmlak X1rşı «ipoteka müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Əmlak X1rşı «ipoteka müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair iddiaçı ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyünün ləğv edilməsi, həmçinin əmlakın üzərindəki məhdudiyyətin götülürməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC “Bank standart” Kommersiya Bankının – cavabdehlər X7, X5, X11 və "xxxx" MMC-nə qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tələbin ipoteka predmetinə yönləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə, Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən cavabdehlər X9, "xxxx" MMC və X8 ilə aralarında bağlanmış 01 dekabr 2014-cü il tarixli, 100/02/86296/14 saylı kredit müqaviləsinə əsasən cavabdehlər X3, "xxxx" MMC-dən və X2 4.500.000 ABŞ dolları məbləğində əsas borcun, 279.714,76 ABŞ dolları sent məbləğində faiz borcunun, 84.378,38 ABŞ dolları sent məbləğində cərimə borcunun, ümumilikdə isə 4.864.093,14 ABŞ dolları (on dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 4.519.680 manat müəyyən edilməklə kredit müqaviləsi üzrə tutulmalı olan məbləği bank qarşısında yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 450.8 kv.m ümumi sahəsi ibarət 5 otaqlı 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan İlhamə İngilis qızı yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindn çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 720.000 manat məbləğində müəyyən edilməklə kredit müqaviləsi üzrə tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinə yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və həmin əmlakın boşaldılsın. Nərimanov rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(005)-3334/2016 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 4.784.714,76 ABŞ dolları (yetmiş altı) sent tutularaq iddiaçı QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi, tutmanın X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 57 nömrəli evinə ilkin satış qiyməti 4.519.680 manat məbləğində müəyyən edilməklə və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə ilkin satış qiyməti 720.000 manat məbləğində müəyyən edilməklə yönəldilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ ipoteka qoyanlara qaytarılması və əmlaklar satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdehlər evdən və əmlak kompleks kimi müəssisədən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən veilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1056/2018 saylı, 27.11.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək Nərimanov rayon Məhkəməsinin 2(005)-3334/2016 saylı, 08.07.2016-cı il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin məbləğinə, əsas borcun məbləğinə və həmin müqavilə üzrə ümumilikdə 4.784.714,76 ABŞ dolları aid hissədə dəyişdirilərək, əsas borc məbləği 4.494.206,55 (dörd milyon dörd yüz doxsan dörd min iki yüz altı) ABŞ dolları (əlli beş) sent müəyyən edilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 1.000.000 (bir milyon) manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1056/2018 saylı, 27.11.2018-ci il tarxli icra sənədinin icrası ilə əlaqədar Nərimanov rayon İcra şöbəsinin 24.01.2020-ci il tarixli, 895/150738/19-15-10 saylı məktubu ilə ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi 1.000.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, hərrac baş tutmamış, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əssən hərracda satış qiyməti 15% aşağı endirilməklətəkrar hərraca çıxarılmış, lakin yenə də hərrac baş tutmadığından əmlakın qiyməti 25% aşağı endirilməklə 13.03.2020-ci il tarixdə banka təklif olunmuşdur. Hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, Hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, № Y – 49/4 saylı Protokola əsasən 637.500 (altı yüz otuz yeddi min beş yüz) manat iroteka saxlayan ləğv prosesində olan QSC "xxxx" KB satılması qeyd olunsa da protokol tam deyil və ipoteka saxlayan LPO "xxxx" KB həmin əmlak kompleksini 30 gün müddət keçməsinə baxmayaraq əldə etməmişdir. Hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, № Y – 49/4 saylı Protokold bankın nümayəndəsi qismində iştirak etmiş Ağabalayev B.O adlı şəxsin bankı təmsil etmək barədə etibarnaməsi möcud deyil və protokola bank tərəfindən möhürü vurulmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair onunla QSC "xxxx" KB arasında bağlanmış İpoteka Müqaviləsinə xitam verilməsi, ipoteka predmeti ipotekadab azad edilməsi və dövlət reystrində qeydə alınmış yüklülük ləğv edilərək, əmlakın üzərindən məhdudiyyət götürülməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X10 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" MMC-nin 13.03.2020-ci il tarixli, 258 saylı “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə” təklifdən görünür ki, "xxxx" MMC cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması təklif edilmişdir. 19.03.2020-ci il tarixli, Y - 49/4 nömrəli Protokoldan və 19.03.2020-ci il tarixdə Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilədən görünür ki, ünvan 1 ünvanında, 1,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə 637500 manat məbləğə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına satılmışdır. Müqavilə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının adından Ağabalayev.B.O tərəfindən imzalanmış, lakin Bankın möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2021-ci il tarixli **********23 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 08.10.2011-ci il tarixdə ********** qeydiyyat, **********38-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Əmlak kompleksi kimi müəssisə QSC "xxxx" KB "Korporativ" filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın 04.03.2016-cı il tarixli 11/3677 saylı bildirişinə əsasən əmlak kompleksi kimi müəssisə tutmaya yönəldilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən dərhal sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, QSC “Bank standart” Kommersiya Bankının cavabdehlər X7, X5, X11 və "xxxx" MMC-nə qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tələbin ipoteka predmetinə yönləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən X9 ilə aralarında bağlanmış 01 dekabr 2014-cü il tarixli, 100/02/86296/14 saylı kredit müqaviləsinə əsasən cavabdehlər X3, "xxxx" MMC-dən və X2 4.500.000 ABŞ dolları məbləğində əsas borcun, 279.714,76 ABŞ dolları məbləğində faiz borcunun, 84.378,38 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 4.864.093,14 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 4.519.680 manat müəyyən edilməklə kredit müqaviləsi üzrə tutulmalı olan məbləği bank qarşısında yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 450.8 kv.m ümumi sahəsi ibarət 5 otaqlı 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan İlhamə İngilis qızı yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindn çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin 720.000 manat məbləğində müəyyən edilməklə kredit müqaviləsi üzrə tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinə yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və həmin əmlakın boşaldılsını xahiş etmişlər. Nərimanov rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(005)-3334/2016 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 4.784.714,76 ABŞ dolları tutularaq iddiaçı QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi, tutmanın X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 57 nömrəli evinə ilkin satış qiyməti 4.519.680 manat məbləğində müəyyən edilməklə və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə ilkin satış qiyməti 720.000 manat məbləğində müəyyən edilməklə yönəldilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ ipoteka qoyanlara qaytarılması və əmlaklar satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdehlər evdən və əmlak kompleks kimi müəssisədən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən veilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1056/2018 saylı, 27.11.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək Nərimanov rayon Məhkəməsinin 2(005)-3334/2016 saylı, 08.07.2016-cı il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin məbləğinə, əsas borcun məbləğinə və həmin müqavilə üzrə ümumilikdə 4.784.714,76 ABŞ dolları aid hissədə dəyişdirilərək, əsas borc məbləği 4.494.206,55 ABŞ dolları müəyyən edilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 1.000.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1056/2018 saylı, 27.11.2018-ci il tarxli icra sənədinin icrası ilə əlaqədar Nərimanov rayon İcra şöbəsinin 24.01.2020-ci il tarixli, 895/150738/19- 15-10 saylı məktubu ilə ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-nə sifariş vermişdir. "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi 1.000.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, hərrac baş tutmamış, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əssən hərracda satış qiyməti 15% aşağı endirilməklə təkrar hərraca çıxarılmış, lakin yenə də hərrac baş tutmadığından əmlakın qiyməti 25% aşağı endirilməklə 13.03.2020-ci il tarixdə Banka təklif olunmuşdur. "xxxx" MMC ilə QSC "xxxx" KB arasında əmlakın 637.500 manat məbləğə ləğv prosesində olan QSC "xxxx" KB-yə satılmasına dair 19.03.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə bağlanmışdır. Müqavilə Müqavilə cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının adından Ağabalayev.B.O tərəfindən imzalansa da, Bankın möhürü ilə təsdiq edilməmişdir. Ləğv prosesində olan QSC "xxxx" KB həmin kompleksi 30 gün müddətində əldə etməmiş və əmlak hazırda iddiaçının mülkiyyətindədir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi ipoteka predmeti alqı-satqısına dair müqavilə Bankın möhürü ilə təsdiq edilməmişdir, eyni zamanda Bankın adından müqaviləni imzalayan Ağabalayev.B.O adlı şəxsin həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olmasına dair sənəd "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən olunmamış, eyni zamanda həmin sənədin cavabdehlərdən tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, hətta müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmaqla bağlanmış hesab edilsə də, cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmiş, cavabdehlər tərəfindən bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2021-ci il tarixli **********23 saylı məktubundan göründüyü kimi ipoteka predmeti olan əmlak hazırda da iddiaçının mülkiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka saxlayan (Bank) hərraca çıxarılmış, lakin satılmamış əmlakları 2-ci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan iddiaçının mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka haqqında” Qanuna və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğun olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisənə dair X9, "xxxx" MMC və X8 ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilsin, ipoteka predmeti ipotekadan azad edilsin və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilsin, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülsün. Hazırkı qətnamə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin ipotekaya dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi və əmlakın üzərindəki məhdudiyyətin götürülməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar