Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2102/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki,Ərizəçi hal hazırda ünvan 1 ünvanındakı evdə yaşayır.xx.xx.1986-cı il təvəllüdlü mərhum qızı X11 onun qızıdır.xx.xx.1986-cı il təvəllüdlü mərhum qızı şəkər və ağciyər xəstəliklərindən əziyyət çəkir və müalicə olunurdu.Ərizəçinin mərhum qızı X11 xx.xx.2023-cü il tarixində müvəqqəti yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Axund Qasım 16 ünvanında vəfat etmişdir.Həmin dəqiqədən növbətçi həkim çağrılmış və həkim gələnə qədər mərhum qızı X11 artıq keçinmişdi.Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir.İlk öncə ərizəçi X5 qeydiyyatda olduğu poliklinikaya həkim şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş lakin ərizəçiyə həkim şəhadətnaməsi verilməmişdir.Ərizəçi Mikayıl qızı hal hazıda ünvan 1 ünvanındakı evdə qeydiyyatda olduğu üçün həmin ölüm haqqında təcili yardım arayışını Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı verilməmiş və imtina olunmuşdur.Ərizəçiyə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.Ərizəçinin mərhum qızı X11 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə qəbirstanlığında basdırılmışdır.Göstərilənlərə əsasən, xx.xx.1986-ci il təvəllüdlü vəfat etmiş qızı X5 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun xalasıdır, vəfat edən şəxs isə onun xalası qızı olmuşdur.X11 şəkər və ağciyər xəstəliklərindən əziyyət çəkmişdir . X11, davamlı olaraq müalicə almışdır. X11, xx.xx.2023cü il tarixində, Bakı şəhərində yerləşən evlərində olarkən vəfat etmişdir.Mərhum X1 qəbirstanlığında dəfn olunmuşdur.O, mərhumun dəfn və yas mərasimlərində olmuşdur.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı X11 09 fevral 2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu, Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin mart 2023-cü il tarixli, 114 nömrəli arayışından görünür ki, X2 rayonu, Kürdəxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
10. Mülki işin olan 09 fevral 2023-ci il tarixli Azərbaycan Respublikası Təcili və X7 Stansiyası-nın Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 22:45 dəqiqədə Kürdəxanı qəsəbə, Axund Qasım 16 ünvanında xəstə 37 yaşlı X11 həkim gələnə qədər ölmüşdür.
11. Mülki işin materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 1 saylı şəhər poliknikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli,113 saylı məktubdan görünür ki, xx.xx.1986-cü il təvəlllüdlü,F,Əmirov küçəsi 12,mən 2 ünvanında qeydiyyatda olmuş X12 2006-cı ildən 1 saylı şəhər poliklinikasında ambulator, 2013-cü ildən isə endikrinoloji kabinetdə “Şəkərli diabet tip İ” diaqnozu il’ dispanser qeydiyyatda olmuşdur.xx.xx.2023-xx.xx.2023-cü il tarixində Real hospitalda reanimasiya şöbəsində müayinə və müalicə olmuşdur.Vəziyyətinin ağırlığı ilə əlaqədar digər xəstəxanaya köçürülən zaman elə həmin gün yolda vəfat etmişdir.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli, 3-16-5/8-15-534/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 ölümü ilə bağlı qeydiyyat şöbəsində və Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydini aşkar olunmamışdır.
13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X11 xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
14. Mülki işin materiallarında olan Xİİ-жг 254316 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 avqust 1986-cı il tarixində Bakı şəhərində anadan olmuş, atası X6, anası X4r.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
19. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qızı X5 02 fevral 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 27 avqust 1986-ci il təvəllüdlü X5 09 fevral 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov