Məhkəmə qərarları › İş №2(006)-2224/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2224/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2224/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı 13 dekabr 1965-ci il təvəllüdlü X4 13 fevral 2024-cü il tarixdə Bakı şəhərində ölümün qeyd edilməsi faktının müəyyən edilməsi və ölüm haqqında Şəhədətnamənin verilməsi vəzifəsinin Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 13 dekabr 1965-ci il təvəllüdlü X11 13 fevral 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı saat təxminən 17:00 radələrində o, dərhal Təcili və X6 Stansiyasına rəsmi məlumat vermişdi. Saat 17:26-da Bakı şəhər Təcili və X6 Stansiyasının 8 saylı bölmənin təcili yardım briqadasının həkimi gələrək mərhum qardaşını müainə etmiş, ölüm faktını təsdiq edərək və özündə qeydiyyat apararaq ona bildirmişdi ki, bir neçə gündən sonra Statistika şöbəsinə yaxınlaşaraq Ölüm haqqında Xəbərdarlıq vərəqəsini əldə edə bilər. Yaxın qohumlarının və tanışlarının iştirakı ilə qardaşını dəfn etmişdilər. Ondan başqa mərhum qardaşının yaxın qohumu yoxdur və onlar bir ünvanda qeydiyyatdadırlar. Bu səbəbdən o, şəxsən Bakı şəhər Təcili və X6 Stansiyasının Statistika şöbəsinə getmiş və N:0976 saylı Ölüm haqqında Xəbərdarlıq vərəqəsini əldə etmişdir. Sonra o, Ölüm haqqında tibbi şəhədətnamə almaq məqsədilə qeydiyyatda olduqları Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasına rəsmi müraciət etmişdi. 18-1-1-1/2-R- 227-31 -9/2024 saylı baş həkim Sevda İsgəndərovanın cavabı ilə 13 dekabr 1965-ci il təvəllüdlü X4 ölümü səbəbi məlum olmadığından ona Ölüm haqqında tibbi şəhədətnamənin verilməsində imtina edilmişdi. Bundan əlavə olaraq Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-15- 362/2024 saylı şöbə rəisi Şəfəq Salmanlının cavabı ilə 13 dekabr 1965-ci il təvəllüdlü X4 ölüm haqqında həkim şəhədətnaməsi olmadığından mərhum qardaşının ölümünün qeydə alınması barədə imtina edilmişdi və bu cür işlərdə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah edilmişdi. Mərhum qardaşı X4 Ölüm haqqında Şəhədətnaməsini ala bilmədiyinə görə yaşadıqları mənzildə onun adı qeydiyyatda qalmaqla o əlavə komunal xərcləri ödəməli olur. Bu səbəbdən onun adına ölüm haqqında Şəhədətnamənin verilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, mərhum X11 onun dayısı olmuşdur. 13 fevral rəhmətə getdiyini və yasda iştirak etdiyini bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, Rasimin dostudur, mərhum X11 fevral ayında rəhmətə gedib, yasda iştirak etməmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (502ECM5) və doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.1965-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:26-da xəstənin yanına gəlinmiş və kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki, X11 xx.xx.1965-ci il tarixində doğulmuş, xx.xx.2024-cü ildə isə ölmüşdür. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X15" Bakı Baş Səhiyyə Mərkəzi" X15 3 nömrəli Şəhər Poliklinikası tərəfindən X5 ünvanlanmış məktubun surətindən görünür ki, 13 dekabr 1965-ci il təvəllüdlü X4 ölüm səbəbi məlum olmadığından mərhumun adına “Ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün deyildir. İş materiallarında olan Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 166 nömrəli arayışından görünür ki, X1 xx.xx.2024-cü il traixdə vəfat etmiş, Maştağa qəsəbəsi, “Pirşəhid” qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X4 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 13 dekabr 1965-ci il təvəllüdlü X11 13 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizənin “Ölüm haqqında Şəhədətnamənin verilməsi vəzifəsinin Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, 13 dekabr 1965-ci il təvəllüdlü X4 ölməsi faktının müəyyən edilsin barədə məhkəmə qətnaməsi Ölüm haqqında Şəhədətnamənin verilməsi üçün əsasdır və hazırda tərəflər arasında belə bir mübahisə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 13 dekabr 1965-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar