Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2253/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1996-cı il təvəllüdlü oğlu X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1996-ci il təvəllüdlü oğlu X1 xx.xx.2024cü il tarixdə Bakı şəhərində X6 TTTY şöbəsində rəhmətə getmişdir. Oğlunun rəhmətə getdikdən sonra onlar onu Binəqədi rayonu, Sulutəpə qəbiristanlığında dəfn etmişdirlər. Son vaxtlar isə oğlunun bəzi işləri ilə bağlı sənədləşmə aparmaq istədikdə ondan oğlu barədə hər hansı sənəd istəyirlər. O, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi X12 "X8" PUBLiK X9 şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdikdə oradan ona cavab olaraq bildirmişdilər ki, oğlunun meyidi 20-ci polis bölməsinin əməkdaşlarına təhvil verilmişdir və bu səbəbdən X7 ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Bakı şəhəri, Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, mərhum X2 onun qayni olmuş ve Türkiyə Respublikasında təhsil alırdı. 3 gün əvvəl onunla əlaqə saxladıqda mərhum səhhətində problemlərin yarandıgını, özünü pis hiss etdiyini demiş, o isə cavabında müalicə olunmasi üçün Bakıya qayıtmasını söyləmişdir. Bakıya hava yolu ile gələn zaman təyyarədə halı pisleşmiş ve eniş etdikdən sonra, hava limanının əməkdaşları tərəfindən onlara bu barədə melumat verilmişdir. Hava limanından o Kəpez xəstəxanasına aparılmış, lakin orda xəstə qəbul edilmədiyi üçün Semaşkaya gətirilmişdir. Lakin həkimlər tərəfindən göstərilən köməyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə ərizəçinin və şahidin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (63ZNE0J) sürətindən görünür ki, X2 xx.xx.1996-cİ il tarixində Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan ölüm aktından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində saat 06.25-də rəhmətə getmişdir. X1 meyidi Nəsimi rayonu, 20-ci polis bölməsinin əməkdaşı, mayor X3 təhvil verilmişdir. İş materiallarında olan Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən məhrum xx.xx.1996-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıqvəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X12 "X7" X12 tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində saat 06.25-də X6 TTTY şöbəsində rəhmətə getmişdir. X1 meyidi Nəsimi rayonu, 20-ci polis bölməsinin əməkdaşı, mayor X3 təhvil verilmişdir. Bu səbəbdən X7 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1996-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2253/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2253/2024
02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver