Məhkəmə qərarları › İş №2(006)-2322/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2322/2023

28.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2322/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, , ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Təhsil Kompleksi maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Təhsil Kompleksi maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsini, xx.xx.2023-cü il tarixdə mediasiya prosesi zamanı razılığa gəlmiş MŞB/9-00167 saylı barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə onunla əsaslandırılmışdır ki, Böyük Britaniya vətandaşı Ərizəçi 03 oktyabr 2022-ci il tarixdə “Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksi MMC ilə əmək müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə o, müəllim fəaliyyəti ilə məşğul olmalı və əvəzində aylıq 3000 ABŞ dolları vəsait almalı idi. Onu da qeyd edir ki, 03 oktyabr 2022-ci il tarixdə onunla rəsmi əmək müqaviləsi bağlanmasına baxmayaraq o, avqust ayından orada işləmiş və əmək haqqını 03 oktyabr 2022-ci ilə qədər nəğd şəkildə almışdır. Bunun qanun pozuntusu olduğu sonradan vəkillə danışarkən ona məlum oldu. 21 dekabr 2022-ci il tarixdə ona məlum olmayan səbəblərdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilmişdir. Guya o, sınaq müddətində özünü doğrultmayıb. Lakin dəfələrlə məktəb rəhbərliyinə müraciət etməyinə baxmayaraq onu qəbul etməmiş və səbəbi ona izah etməmişdirlər. Halbuki işlədiyi müddət ərzində həm valideynlər, həm də birbaşa rəhbəri olan şəxs tərəfindən dəfələrlə yazılı şəkildə müsbət rəy almışdır. Əmək müqaviləsinə xitam verdikdən sonra dərhal mediasiya prosesinə başladılar və müvafiq xəbardarlığı qarşı tərəfə göndərdilər. Tərəf mediasiya prosesində razılığa gəldi və onlar xx.xx.2023- cü il tarixdə, MŞB/9-00167 saylı müqavilə imzaladılar. Müqavilə şərtlərinə görə "xxxx" Təhsil Kompleksi MMC mənə 3 hissədə olmaqla ödəniş etməli idi. Birinci ödəniş 13 fevral 2023-cü il tarixdə edilsə də, ikinci ödəniş 31 mart 2023-cü il tarixdə edilmədi. Üstəlik üçüncü ödənişin vaxtı 30 aprel 2023-cü il tarixdə bitəcəkdir. Maraqlı şəxs Təhsil Kompleksi MMC-nin səlahiyyətli nümayəndələri ilə danışdıqda bildirdilər ki, guya onlara maliyyə sanksiyası tətbiq edildiyi üçün ödəniş edə bilmirlər. Sonradan məlum oldu ki, bank hesabı üzərində heç bir məhdudiyyət yoxdu. Bütün bunları nəzərə alaraq, könüllü icra üçün 10 aprel 2023-cü il tarixdə Maraqlı şəxs Təhsil Kompleksi MMC-yə məktub göndərildi. Lakin məktuba 17 aprel 2023-cü il tarixində geri tarixlə (xx.xx.2023) email vasitəsilə cavab məktubu gəldi ki, guya barışıq sazişini ləğv etmək istəyirlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs Təhsil Kompleksi MMC (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki:

1. Birinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür.

Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəp) AZN, Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN, Vəkil xərci – 2000 (iki min manat) AZN – çəkilməsi barədə xərci göstərən bank hesabından çıxarışı təqdim etmək. İşə bərpa ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməmək

2. İkinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür. 2.1. 14 fevral 2023-cü il tarixinədək birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəpik) AZN Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN Vəkil xərci – 2000 (iki min manat) AZN İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.2. 31 mart 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.3. 30 aprel 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.4. Ödənişlər aşağıda göstərilən bank hesabına ödəniləcəkdir: Bank: Kapital Bank ASC, Yasamal filialı Filialın kodu: 200037 Valyuta: AZN VÖEN: ********** SWİFT: AİİBAZ2X Hesablaşma hesabı: AZ80AİİB******************** Təyinatda mütləq göstərilməli: AĞAMALİYEV ÜMMAN İLQAR OĞLU AZ36AİİB********************, ******************** 2.5. Ümumilikdə birinci Tərəfə ödənilən vəsait 2804,15 (iki min səkkiz yüz dörd, 15 qəpik) AZN və 18000 (on səkkiz min) USD olacaqdır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs Təhsil Kompleksi MMC maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs Təhsil Kompleksi MMC arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9-00167 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs Təhsil Kompleksi MMC maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Təhsil Kompleksi MMC arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9-00167 saylı, şərtləri aşağıdakılardan ibarət olan barışıq sazişi təsdiq edilsin:

1. Birinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür.

Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəp) AZN, Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN, Vəkil xərci – 2000 (iki min manat) AZN – çəkilməsi barədə xərci göstərən bank hesabından çıxarışı təqdim etmək. İşə bərpa ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməmək

2. İkinci tərəf aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür. 2.1. 14 fevral 2023-cü il tarixinədək birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: Bilet xərci – 701.42 (yeddi yüz bir manat, 42 qəpik) AZN Otel xərci – 102.73 (yüz iki manat, 73 qəpik) AZN Vəkil xərci – 2000 (iki min manat) AZN İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.2. 31 mart 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.3. 30 aprel 2023-cü il tarixinədək Birinci Tərəfə aşağıdakı ödənişləri kompensasiya şəklində ödəyəcəkdir: İki aylıq əmək haqqı – 6000 USD (altı min dollar) 2.4. Ödənişlər aşağıda göstərilən bank hesabına ödəniləcəkdir: Bank: Kapital Bank ASC, Yasamal filialı Filialın kodu: 200037 Valyuta: AZN VÖEN: ********** SWİFT: AİİBAZ2X Hesablaşma hesabı: AZ80AİİB******************** Təyinatda mütləq göstərilməli: AĞAMALİYEV ÜMMAN İLQAR OĞLU AZ36AİİB********************, ******************** 2.5. Ümumilikdə birinci Tərəfə ödənilən vəsait 2804,15 (iki min səkkiz yüz dörd, 15 qəpik) AZN və 18000 (on səkkiz min) USD olacaqdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar