Məhkəmə qərarları › İş №2(006)-235/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-235/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-235/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızına qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Yolçuyeva (Qəribova) Elmira Mahal qızına, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yolçuyeva (Qəribova) Elmira Mahal qızından İddiaçı ASC-in xeyrinə 02 aprel 2015-ci il tarixli 20-G1- 1-0-119-15 nömrəli kredit müqaviləsi üzrə 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 27.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borcun və 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 nömrəli kredit müqaviləsi üzrə 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 27.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Yolçuyeva (Qəribova) Elmira Mahal qızının mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsində (yeni qaydalarla: AZ 1102, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 128, M5, m1) yerləşən, 78,3 m2 ümumi, 51,4 m2 yaşayış və 26,9 m2 yardımçı sahədən ibarət 44 «a» nömrəli evin 63 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Yolçuveva (Qəribova) Elmira Mahal qızına məxsus olan həmin mənzilə tutma yönəldikdən və satıqldıqdan 1 ay sonra Yolçuyeva (Qəribova) Elmira Mahal qızının, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması və cavabdehlər dairəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02 aprel 2015-ci il tarixli 20-G1-1-0-119-15 nömrəli kredit müqaviləsi üzrə 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borcun və 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 nömrəli kredit müqaviləsi üzrə 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızından İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Yolçuyeva (Qəribova) Elmira Mahal qızı "xxxx" İKB ASC-dən illik 24 %-lə 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Yolçuyeva (Qəribova) Elmira Mahal qızının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsində (yeni qaydalarla: AZ 1102, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 128, M5, m1) yerləşən, 78,3 m2 ümumi, 51,4 m2 yaşayış və 26,9 m2 yardımçı sahədən ibarət 44 «a» nömrəli evin 63 nömrəli mənzili 02 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Yolçuyeva (Qəribova) Elmira Mahal qızı "xxxx" İKB ASC-dən illik 24 %-lə 30 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Yolçuyeva (Qəribova) Elmira Mahal qızının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsində (yeni qaydalarla: AZ 1102, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 128, M5, m1) yerləşən, 78,3 m2 ümumi, 51,4 m2 yaşayış və 26,9 m2 yardımçı sahədən ibarət 44 «a» nömrəli evin 63 nömrəli mənzili 23 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 27 aprel 2021-ci il tarixədək Yolçuyeva (Qəribova) Elmira Mahal qızının 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 27.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borcu vardır. 27 aprel 2021-ci il tarixədək Yolçuyeva (Qəribova) Elmira Mahal qızının 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 27.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Yolçuyeva (Qəribova) Elmira Mahal qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Tərəflər arasında imzalanmış ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Kredit müqavilələri qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 02 aprel 2015-ci il tarixli 20-G1-1-0-119-15 saylı kredit müqaviləsinə əsasən Yolçuyeva (Qəribova) Elmira Mahal qızı "xxxx" İKB ASC-dən illik 24 %-lə 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 saylı kredit müqaviləsinə əsasən Yolçuyeva (Qəribova) Elmira Mahal qızı "xxxx" İKB ASC-dən illik 24 %-lə 30 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 02.03.2022-ci il tarixli maliyyə arayışlarında Yolçuyeva (Qəribova) Elmira Mahal qızının həmin tarixə 02 aprel 2015-ci il tarixli 20-G1-1-0-119-15 nömrəli kredit müqaviləsi üzrə 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borcunun və 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 nömrəli kredit müqaviləsi üzrə 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları məbləğində borcunun mövcud olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı borc məbləğinin ipoteka predmetinə yönəldilməsini tələb etmədiyindən, həmçinin digər cavabdehlərə qarşı iddia tələbi irəli sürmədiyindən, ipoteka müqavilələrinə və bununla bağlı digər hallara hüquqi qiymət verilməsinə, həmçinin həmin sənədlərin sadalanmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Yolçuyeva (Qəribova) Elmira Mahal qızı yuxarıda qeyd olunan müqavilələr üzrə kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 02 aprel 2015-ci il tarixli 20-G1-1-0-119-15 nömrəli kredit müqaviləsi üzrə 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borc və 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 nömrəli kredit müqaviləsi üzrə 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızından İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 aprel 2015-ci il tarixli 20-G1-1-0-119-15 nömrəli kredit müqaviləsi üzrə 134,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 57,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 192,35 ABŞ dolları məbləğində borc və 23 sentyabr 2015-ci il tarixli 20-G1-2-0-292-15 nömrəli kredit müqaviləsi üzrə 2.164,32 ABŞ dolları faiz, 54,09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 23.03.2018-ci il tarixdən 02.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,5 ABS dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2.240,91 ABŞ dolları borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Yolçuyeva (Qəribova) Elmira Mahal qızından İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar