Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2352/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, anası X4 xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2021-ci il tarixində vəziyyəti ağırlaşmış və təxirəsalınmaz tibbi yardım çağırılsa da, həkimlərin gəlişinə qədər Babayeva Zemfira yaşadığı mənzildə həmin gün vəfat etmişdir. Ertəsi gün xx.xx.2021-ci il tarixində Bilgəh qəbiristanlığında dəfn olunmuşdur. Bundan sonra ərizəçi təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, lakin X2 poliklinikada tibbi kartının tapılmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş və X1 testinin nəticəsi pozitiv olduğuna görə tibbi qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra o, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin 106 saylı ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ona anasının ölüm faktının təsdiq edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmadığından məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun arvadının qardaşı oğludur, X6 isə qaynının arvadı olmuşdur. X4 xx.xx.2021-ci il dekabr tarixdə Bakı şəhərində yaşadığı mənzildə vəfat etmişdir. Onun ölüm xəbərini alan kimi ora getmiş, təcili tibbi yardıma zəng edib məlumat vermişlər. Təcili yardım gələndə Zemfira artıq vəfat etmişdir. Onu Bilgəh qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 283288 №-li doğum haqqında şəhadətnamənin və AZE seriyalı 03222857 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikasının məktubda bildirilir ki, Nəsimi rayonu, İ.Əbilov küçəsi, ev 82 ünvanında qeydiyyatda olmuş xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə saat 21:45 rəhmətə gedib. Mərhum 3 nömrəli şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Mülki işin materiallarında olan Bilgəh Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2021-ci il tarixində Bilgəh kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 8 saylı bolməsinin verdiyi xx.xx.2021-ci il tarixli 0914 №-li "ölüm haqqında xəbərdarlıq vərəqəsi"dən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:45-də ünvan 1 ünvanına Zemfira Şamil qızının adına çağırış daxil olmuşdur. Çağırış 8 saylı bölmənin həkimi R.Vəliyev yerinə yetirmiş, həmin xəstəyə «həkimə qədər ölüm. Qadın cinsli meyit» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədlər təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünün qeydə alınması üçün zəruri olan sənədi təqdim etmədiyindən ölümün qeydə alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün ərizəçi tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahid ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi X3 aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2352/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2352/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver