Məhkəmə qərarları › İş №2(006)-2371/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2371/2025

13.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2371/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Həsənli X4 Tural Mehman oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs 18 saylı Mediasiya təşkilatına müraciət etmiş, aralarında olan mübahisəni mediator vasitəsi ilə həll etmişdirlər. Belə ki, onların arasında 09 fevral 2025-ci il tarixli MŞB/18/2024-01 saylı Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 1-ci bəndinə əsasən Maraqlı şəxs onların birgə nikahın doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 2025-ci ilin yanvar ayından başlayaraq hər uşağa görə hər ay 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində alimentin Maraqlı şəxs əmək haqqından tutularaq Ərizəçi məxsus bank kartına ödənilməsini öz öhdəsinə götürmüşdür. Bunun üçün Maraqlı şəxs hazırki sazişi ərizə ilə öz iş yeri üzrə mühasibatlıq bölməsinə təqdim edəcək. 2-ci bəndə əsasən ilkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (50 manat) Ərizəçi ödəyir. Göründüyü kimi, Tural Mehman oğlu ilə arasında bağlanmış 09 fevral 2025ci il tarixli, MŞB/18/2024-01 saylı Barışıq Sazişini müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etmədiyinə görə ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 09 fevral 2025-ci il tarixli, MŞB/18/2024-01 saylı “Barışıq Sazişi”nin 1-ci bəndinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi və ərizəçi tərəfindən ərizənin verilməsi üçün məhkəməyə ödədiyi 100 (yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına nikahlarının 2021-ci ildə pozuluğunu, maraqlı şəxsin alimenti ödədiyini, alimentin ilk dəfə 2021-ci ildə təyin olunduğunu, o vaxtdan bəri alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmədiyini, tərəfin məbləğlə razı olduğunu və barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. 4.Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin ediməsinə etiraz etmədiyini bildirmişdir. 5.Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəyib. 8.Mülki işin materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilən və birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında bağlanan xx.xx.2025-ci il tarixli, MŞB/18/2024-01351 nömrəli Barışıq sazişindən görünür ki,

1. İİ Tərəf onların birgə nikahın doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 2025-ci ilin yanvar ayından başlayaraq hər uşağa görə hər ay 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində alimentin Maraqlı şəxs əmək haqqından tutularaq Ərizəçi məxsus bank kartına ödənilməsini öz öhdəsinə götürür. Bunun üçün İİ Tərəf hazırki sazişi ərizə ilə öz iş yeri üzrə mühasibatlıq bölməsinə təqdim edəcək.

2. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (50 manat) İ Tərəf ödəyir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 10.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 11.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 12.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 13.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. 14.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 15.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. 16.Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 17.İş materiallarından göründüyü kimi hazırki ərizənin verilməsi üçün məhkəmə tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 18.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2024- 01351 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. İİ Tərəf onların birgə nikahın doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 2025-ci ilin yanvar ayından başlayaraq hər uşağa görə hər ay 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində alimentin Maraqlı şəxs əmək haqqından tutularaq Ərizəçi məxsus bank kartına ödənilməsini öz öhdəsinə götürür. Bunun üçün İİ Tərəf hazırki sazişi ərizə ilə öz iş yeri üzrə mühasibatlıq bölməsinə təqdim edəcək.

2. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (50 manat) İ Tərəf ödəyir.” Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Maraqlı şəxs onun xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar