Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2427/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Ərizəçi – Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi olmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X2 01 fevral 2023-cü il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi və qətnamənin icrasının Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi onunla əsaslandırılmışdır ki, əri xx.xx.1965-cı il tarixdə Bakı şəhərində doğulan, X7 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində təcili yardım gəlib çatana kimi Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Tobçubaşov, Ev-42 ünvanında rəhmətə getmişdir. Əri rəhmətə getdikdən sonra onu Məmmədbəyli kənd qəbiristanlığında dəfn etmişik. Son vaxtlar isə bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə iddiaçıdan əri barədə hər hansı sənəd istəyirlər. İddiaçı 3 saylı Şəhər poliklinikasına 106 saylı Forma arayış almaq üçün müraciət etdikdə iddiaçıya bildirdilər ki, uzun müddət poliklinikaya həyat yoldaşı ilə bağlı müraciət olunmadığı üçün 106 saylı Formanın verilməsinin mümükün olmadığını və mənə bu barədə məhkəməyə müraciət etməyi bildirdilər. Bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, əsaslı sənədlər olmadığı üçün imtina edilmiş və bildirmişlər ki, xx.xx.1965ci il doğulan, X2 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə iddiaçıya bir çox sənədləşmə işlərində lazım olur. Ərinin ölüm faktını şahidlər də təsdiq edə bilər. xx.xx.2023-cü ildə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə əvəz olunmasını və iddia tələbindən qətnamənin icrasının Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi hissəsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki, ərizəçi onun qonşusudur, təxminən 30 ildir ki, ərizəçini tanıyır, Seymur bəy ərizəçinin əri idi, Seymur bəy vəfat edərkən həyətdə olub, bu il vəfat edib, dəfn və yas məraimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirdi ki, ərizəçi onun qonşusudur, təxminən 30 ildir ki, ərizəçini tanıyır, Ərizəçi mərhum əri, oğlu və qızı ilə birgə yaşayırdı, mərhum bu il vəfat edib, dəfn və yas məraimində iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE № 03014770 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Bakı şəhəri Səadət sarayı tərəfindən 27 noyabr 1990-cı il tarixdə verilmiş, V-ЖГ 419055 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X4 arasında nikah 27 noyabr 1990-cı il tarixdə bağlanmış və bu barədə 3477 saylı akt qeydi qeyd edilmişdir. Azərbaycan Respublikası, Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 117 saylı arayışdan görünür ki, X1 rayon Məmmədli kənd qəbirstanlıqdan yer ayrılaraq dəfn olunmuşdur. BŞT və TTYB-nin “Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası” PHŞ 8 №li Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 tənəffüs zəifdir, reaksiya yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 3 № şəhər poliklinikası tərəfindən verilmiş arayışa əsasən, X2 ölüm səbəbi məlum olmadığından “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11xx/xx/2023 saylı arayışa əsasən, “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi məhkəmə qətnaməsi əsasında verildiyindən təqdim edilməsi qeyri-mümkündür. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, keçmiş məhkəmə iclasında iştirak edən ərizəçinin və şahidlərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri - xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri- xx.xx.1965-ci il təvəllüdlü X2 01 fevral 2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X2 01 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2427/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2427/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver