Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2439/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X6 oğlunun vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü X6 oğlu onun əridir. O, xx.xx.1957-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Mərhum əri xx.xx.2023-cü il tarixində vəfat etmişdir. AR-sı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 “X23” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-2/2-A-764- 42-443/2023 nömrəli arayışa əsasən mərhum əri xx.xx.2023-cü il tarixində saat 18:35-də 16 saylı Bakı şəhəri X24 Stansiyasının Briqadasının müşayəti ilə X16 Təxirəsalınmaz Təcili və Tibbi Yardım şöbəsinə gətirilmişdir. Mərhum ərinə göstərilən tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixində saat 19:03-də onda bioloji ölüm baş vermişdir. xx.xx.2023-cü il tarixində mərhum əri olan xx.xx.1957-ci il təvəllüdlü X6 oğlu Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi tərəfindən 4 saylı Bakı “ASAN xidmət” X5 mərhum ərinin ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Mərhum ərinin adına daşınmaz əmlak qalmışdır, qeyd edilən daşınmaz əmlakı vərəsəlik qaydasında qəbul edilməsi (sənədləşdirilməsi) üçün “ölüm haqqında şəhadətnamənin" olması vacibdir. Bu səbəbdən ölüm faktının təsdiq edilməsi ərizəçi üçün buna görə zəruridir. Bu səbəbdən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs 4 saylı Bakı Cavabdeh Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Maraqlı şəxs 4 saylı Bakı Cavabdeh Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 4 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun anası, mərhum isə atasıdır. Atasının halı pisləşmiş və o, təcili yardım çağırmışdır. Atasını xəstəxanaya aparmışlar. Qısa vaxt keçdikdən sonra həkim bildirdi ki, atası rəhmətə getmişdir. Atasının əvvəllər xəstəliyi olmamışdır. 3 günün içərisində rəhmətə getmişdir. Mərhum atası Pirşağıda dəfn edilmişdir. Dəfn mərasimində yaxın qohumlar və kənd camaatı iştirak etmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, mərhumun bacısıdır. Mərhum qardaşının halı pisləşmiş və onu xəstəxanaya aparmışlar. Az müddət keçdikdən sonra o, xəstəxanada rəhmətə getmişdir. Mərhum qardaşı Pirşağıda dəfn edilmişdir. Dəfn mərasimində yaxın qohumlar və kənd camaatı iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin qayını, mərhumun isə qardaşıdır. Mərhum qardaşı ürək xəstəliyindən və təzyiqdən əziyyət çəkirdi. Mərhum qardaşının halı pisləşmiş və o, qardaşını xəstəxanaya aparmışdır. Yarım saat keçdikdən sonra həkim çıxıb bildirmişdir ki, qardaşı rəhmətə gedib. Sonra ailəsi xəstəxanaya gəlmişlər. Xəstəxanada onun oğluna sənədə imza etdirmişlər. Qardaşının cənazəsini evə aparmışlar. Mərhum qardaşı Pirşağıda dəfn edilmişdir. Dəfn mərasimində yaxın qohumlar və kənd camaatı iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. 4 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15- 249/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm faktını təsdiq edən sənəd olmadığından, ölümün qeydə alınması mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 891 saylı arayışından görünür ki, mərhum X6 oğlunun Təbib “X20”-PHŞ-ın ölüm haqqında arayışına əsasən xx.xx.2023-cü ildə rəhmətə getmişdir. Dəfn xərcləri ölümündən sonra yoldaşı Ərizəçi tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “X20” X18 28 sentyabr 2023-cü il tarixli 18-1-2/2-A-764-42-443/2023 nömrəli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X6 oğlu xx.xx.2023-cü il tarixində saat 18:35-də 16 saylı Bakı şəhəri X24 Stansiyasının Briqadasının müşayiəti ilə X16 Təxirəsalınmaz Təcili və Tibbi Yardım şöbəsinə gətirilmişdir. Xəstəyə göstərilən tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixində saat 19:03-də xəstədə bioloji ölüm baş vermişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “X20” X18 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 oğluna aqonal vəziyyət diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 Ərizəçi ünvanladığı 2 fevral 2024-cü il tarixli tarixli 18-1/2-A-4xx-xx-2429/2024 saylı məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X6 oğlunun “Bağırsaq keçməzliyi” diaqnozu ilə xx.xx.2023-cü il tarixində saat 18:35-də 16 saylı X24 Stansiyasının Briqadasının müşayiəti ilə KTM-in Təxirəsalınmaz Təcili və Tibbi Yardım şöbəsinə gətirildiyi, xəstəyə göstərilən tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixində saat 19:03-də bioloji ölüm baş verdiyi bildirilmişdir. X8 və Tibbi Yardım şöbəsində vəfat etdiyindən KTM tərəfindən Forma-106nın verilməsi mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X6 oğlunun məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi əri X6 oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1957-ci il tarixində Bakı şəhərində doğulmuş X6 oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1957-ci il təvəllüdlü X6 oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixində anadan olmuş X6 oğlunun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2439/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2439/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver