Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-244/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 165.729,04 manat, faiz borcu üzrə 1.009,33 manat, cəmi 166.738,37 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 166.738,37 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" KB ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 163.894,78 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 163.894,78 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 03.07.2021-ci il tarixədək, illik 4% ödəmək şərtilə 174.495 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 16.07.2014-cü il tarixli, UMi-24/2014 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə 24.06.2019-cu il tarixli əlavə sazişə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 18.07.2014-cü il tarixdə, həmin ipotekanın əlavə qeydiyyatı isə 27.06.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. 16.07.2014-cü il tarixli UM-24/2014 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.000000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC Cavabdeh1 24 ay müddətinə, illik 4% hesablanmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 174.495 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2022-ci il tarixli, 9/7782 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən (hesabdan çıxarış məlumatlarına, maliyyə arayışına) "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi əsasında 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 08.06.2021-ci il tarixə Cavabdeh1 banka olan borcu 164.532,82 manat məbləğində müəyyən olunur, o cümlədən – 08.06.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): Əsas borc – 164.532,82 manat; Faiz – 0 manat. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Qeyd: İş materiallarında olan hesabdan çıxarış məlumatlarınan göründüyü kimi, Cavabdeh1 tərəfindən 08.06.2021-ci il tarixdən sonra 520 manat məbləğində ödəniş edilmişdir. Lakin banka olan borc məbləği 08.06.2021-ci il (sualda göstərilən tarixə) tarixədək hesablandığından, 520 manat nəzərə alınmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 "xxxx" KB ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 16.07.2014-cü il tarixli UMi-24/2014 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən həmin mənzil 155.000 manat dəyərində qiymətləndirilmişdir. Tərəflər arasında 16.07.2014-cü il tarixli UMi-24/2014 saylı ipoteka müqaviləsi üzrə 24.06.2019-cu il tarixli əlavə saziş imzalanmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilinin hazırda bazar qiyməti 150.000 manat, likvid qiyməti isə 135.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, "xxxx" KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyriyaşayış sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" KB ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 163.894,78 manat (iddiaçının son dəqiqləşmə ərizəsinə əsasən) pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 150.000 manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" KB ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ qalarsa Cavabdeh1 qaytarılmalı; həmin əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 300 manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ekspertiza xərci olan 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Belə ki, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən Cavabdeh1 banka ümumilikdə 164.532,82 manat borcunun olduğu qeyd edildiyi halda, iddiaçı iddia tələbinin həcminin artırılması, yaxud azaldılması barədə MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim etməmiş, cavabdehdən ümumilikdə 163.894,78 manat məbləğində pul tələb etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmamaqla, iddia tələbinə uyğun təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilinin likvid qiymətinin 135.000 manat olduğu qeyd edilsə də, iddiaçı tərəfindən qeyd edilən mənzilin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi xahiş edildiyindən, məhkəmə iddia tələbindən kənara çıxılmamaqla, iddia tələbinə uyğun olaraq, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.07.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.07.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 163.894,78 manat (iddiaçının son dəqiqləşmə ərizəsinə əsasən) pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 150.000 manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" KB ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ qalarsa Cavabdeh1 qaytarılsın. Həmin əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın. Həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 300 manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ekspertiza xərci olan 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-244/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-244/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver