Məhkəmə qərarları › İş №2(006)-2444/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2444/2021

05.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2444/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Beynəlxalq ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin İddiaçı arasında 1708 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsindən yaranmış 32000 ABŞ dolları məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh “xxxx” ASC-nin İddiaçı arasında, xx xxx 2012-ci ildə 1708 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 03 il müddətinə bağlanmış və “X18 Prado” minik avtomobilinin alınması üçün 32000 ABŞ dolları məbləği təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-486/2013 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ona, AR DİN-nin BDYPİ-nə və X3 qarşı qaldırdığı ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 1708 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin Bankla İddiaçı arasında bağlanmış hesab edilməsi barədə tələb istisna olmaqla digər tələblərin təmin edilməsini qət etmişdir. Apelyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianın təmin edilməməsini qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, yəni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi “xxxx” ASC-nin, İddiaçı arasında 1708 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələbi rədd edilmişdir. Bu isə öz növbəsində bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi kimi qiymətləndirilir. Həmin Müqavilənin bitmə vaxtı xx.xx.2015-ci il tarixli olduğundan və eyni vaxtda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə öhdəlikləri üzrə mübahisələndirmə iddia müddəti 03 il olduğundan, bankın hər hansı iddiası əsassızdır. Lakin hal-hazırda Azərbaycan Respublikası Mülki X1 adına 32000 ABŞ dolları məbləğində kredit borcu göstərilir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək etiraz ərizəsini müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etməyər, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, X5 və X16 oğlunun birgə verdikləri apelyasiya şikayəti təmin edilmiş, Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2013-cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx” ASC-nin birgə cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinə qarşı “ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2013-cü il tarixli 2(103)-3567/13 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, X5 və X7 birgə verdikləri apelyasiya şikayəti təmin edilmiş, Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2013-cü il tarixli qətnamə ləğv edilmiş, xxxx” ASC-nin İddiaçı və qeyrilərinə qarşı ipoteka müqaviləsinin bağlanmş hesab edilməsi, müqavilənin qeydiyyata alınması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına qeydiyyata alınması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X2 adına olan qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh “xxxx” ASC ilə İddiaçı arasında xx xxx 2012-ci ildə 1708 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 03 il müddətinə bağlanmış və “X18 Prado” minik avtomobilinin alınması üçün 32000 ABŞ dolları məbləği təşkil etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən göründüyü kimi X5 və X7 birgə verdikləri apelyasiya şikayəti təmin edilmiş, Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2013-cü il tarixli qətnamə ləğv edilmiş, xxxx” ASC-nin İddiaçı və qeyrilərinə qarşı ipoteka müqaviləsinin bağlanmş hesab edilməsi, müqavilənin qeydiyyata alınması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına qeydiyyata alınması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X2 adına olan qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar