Məhkəmə qərarları › İş №2(006)-2507/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2507/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2507/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1949-cu ildə anadan olmuşdur. Qardaşı-Maraqlı şəxs2 Sadiq oğlu (xx xxxxxxxx 1945-ci il təvəllüdlü, AZE seriyalı 0000**** nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin sahibi) müvəqqəti qaldığı ünvan 1 ünvanında 04 mart 2024-cü il tarixdə vəfat etmişdir. Bununla bağlı, ilkin olaraq Təcili və X4 Stansiyasına zəng edib, yardım briqadası çağırmışdır. Qeyd edilən çağırış üzrə gələn təcili yardım briqadasının tərtib etdiyi 04 mart 2024-cü il tarixli “Xəbərdarlıq vərəqəsində” həmin ölüm faktı qeyd edilərək təsdiqlənmişdir. Həmin gün S.Sadıqov Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. X17 şəhadətnamənin alınması məqsədi ilə o, mərhum S.Sadıqovun qeydiyyat ünvanı üzrə (Nəsimi rayonu ərazisi) 06 mart 2024-cü il tarixdə 20 nömrəli Şəhər Poliklinikasına ərizə ilə müraciət etmişdir. Poliklinikanın baş həkimi Qasım Rzayev tərəfindən imzalanmış 06 mart 2024-cü il tarixli cavab məktubunda “X17 şəhadətnamə"-nin verilməsindən imtina edilmişdir. Buna səbəb olaraq baş həkimin cavab məktubunda bildirilmişdir ki, vəfat etmiş şəxsin 20 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığına görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 №li qərarına əsasən, həmin poliklinika vəfat etmiş şəxsin “X17 Şəhadətnamənin” verilməsi imkanında deyil. Şifahi olaraq da izah edilmişdir ki, vəfat etmiş şəxs həmin poliklinikaya müraciət etmədiyinə görə poliklinikada onun adına heç bir tibbi kart yoxdur və buna görə də onun ölümü ilə bağlı tibbi şəhadətnamənin verilməsi imkanı yoxdur. Lakin buna baxmayaraq Bakı şəhəri, Təcili və X4 Stansiyasının 13 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə və 11 mart 2024-cü il tarixli 29 nömrəli arayışa əsasən, mərhum S.Sadıqovun ölüm faktı öz əksini tapır. Ərizəçi qeyd etmişdir ki, mərhum S.Sadıqovun dəfn olunduqdan 2 gün sonra 07 mart 2024-cü il tarixində ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, həmin şöbədən imtina bildirişi almışdır. Səbəb olaraq isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktının tibbi müəssisəsinin müvafiq sənədi (X17 şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməli olduğu göstərilmişdir. Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi, mərhum S.Sadıqovun 04 mart 2024-cü il tarixdə öldüyü faktı həm Təcili və X4 Stansiyasının həkimi Usubov Araz, Tibb bacısı Süleymanova A. və sürücüsü Tahirov Tofiq tərəfindən imzalanmış 04 mart 2024-cü il tarixli “Xəbərdarlıq vərəqəsi" ilə, həm də mərhum S.Sadıqovun Abşeron rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilməsi barədə Abşeron Rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışla təsdiq edilir. Beləliklə S.Sadıqovun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə müraciət etməkdə məqsədinin gələcəkdə vərəsəlik və digər hüquqları həyata keçirməsinə maneələrin yaranmasının qarşısının alınması olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Oktyabrskiy rayon VVAQ tərəfindən verilmiş X-ЖГ seriyalı, 333147 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11, ana qafasında X2 qeyd edilmişdir. Bakı şəhəri Oktyabrskiy (Yasamal) rayon VVAQ tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 276157 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11 qeyd edilmişdir. Bakı-Nəsimi PRİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZE seriyalı № 0000**** Azərbaycan respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 nikahdan sonra Ağacanova soyadı verilmişdir. Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Maraqlı şəxs2 həmin tarixdə Sabunçu rayonu, ünvan 4vanında həkiməqədər ölümü aşkar edilmişdir. Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X3 Ərizəçi ünvanladığı məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi, yəni X17 şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Aiddiyyatı üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X20 20 saylı Şəhər Poliklinikasının 18-1-1-26/2-A-31-2/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 20 nömrəli şəhər poliklinikasının baş həkimi Qasım Rzayev tərəfindən xx.xx.2024-cü il tarixdə edilən müraciət ərizəsinə cavab olaraq bildirir ki, M.Cəlal küçəsi ev 44, mənzil 55 ünvanında qeydiyyatda olmuş və Sabunçu rayonu, ünvan 4vanında vəfat etmiş 1945-ci il təvəllüdlü Maraqlı şəxs2 Nəsimi rayonu 20 nömrəli şəhər poliklinikasına müraciəti olmamışdır. xx.xx.2024-cü il tarixində vəfat edən Maraqlı şəxs2 poliklinikaya müraciəti olmadığından, onun adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən X17 Şəhadətnamə poliklinika tərəfindən yazılması imkan xaricindədir. Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Maraqlı şəxs2 Mir Cəlal küçəsi, ev 44, mənzil 55 ünvanında öldüyü xx.xx.2024-cü il tarixə kimi qeydiyyatda olmuşdur. Abşeron Rayon Məmmədli Bələdiyyəsinin 29 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsinə əsasən dünyasını dəyişmiş Sadıqov X9 rayonu Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 oğlu ifadəsində bildirmişdir ki, xx.xx.1955-ci il təvəllüdlüdür, ali təhsillidir və pensiyaçıdır. Ərizəçi onun faktiki baldızıdır. Mərhum Maraqlı şəxs2la faktiki ər-arvad münasibətləri olub, 28 il birlikdə yaşamışlar. Rəsmi nikah olmayıb və övladları yoxdur. Mərhum insult keçirmişdi, sonradan da xəstə oldu. 4 mart 2024-cü ildə onunla bir yaşadığı evdə vəfat etmişdir. Mehdinin öz evi də var idi, hərdən bir gedib gəlirdi, amma onunla birlikdə yaşamaq istəyirdi. Vəfat etdiyi gün yanında özü və qardaşı qızı olmuşdur, təcili yardıma müraciət etdilər, onlar gələnədək artıq Mehdi ölmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 1990-cı il təvəllüdlüdür, orta təhsillidir, "xxxx" MMC-də işləyir. X12 Mehdi Sadıxivla bir yerdə yaşamışlar.Maraqlı şəxs2 xəstə idi, ürək xəstəliyi var idi. 3 gün içində xəstələndi, yatağa düşdü, 4 mart 2024-cü ildə də vəfat etdi. Mehdi dayı vəfat edənə qədər o da mərhuma qulluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron Rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı xx.xx.1945-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar