Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2515/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı Cavabdeh X7rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İddiaçı Cavabdeh X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 Dekabr 2020-ci il tarixli (həmçinin, əgər mövcuddursa 06.01.2021-ci il tarixli) əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab olunaraq ləğv olunması, iddiaçının işə bərpa edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə iddiaçıya ödənilməsi, iddiaçıya qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş 9 gün üçün 1841,76 AZN məbləğin tam şəkildə ödənilməsi, iddiaçı tərəfindən xidmət müqaviləsi əsasında özünün birinci instansiya məhkəməsində təmsil olunması üçün ödənilmiş 1500 AZN məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi "Cavabdeh” X9i (bundan sonra "Cavabdeh”) ilə İddiaçı (bundan sonra İddiaçı) arasında 26.12.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabehin İnsan Resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. İddiaçı ilə Cavabdeh arasında olan əmək müqaviləsinə 30 Dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud surətdə pozularaq xitam verilmişdir. Belə ki. İddiaçı ilə cavabdeh arasında 26.12.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin nıüddətinin 26.12.2020-ci il tarixdə bitməsinə baxmayaraq, tərəflər arasında əmək münasibətləri davam etmiş və İddiaçı 28.12.2020-ci il tarixdə işə gələrək əmək fəaliyyətinə davam etmişdir. Daha sonra iddiaçı xəstələnərək 29.12.2020 – 03.01.2021-ci il tarixləri arasında əmək qabiliyyətini itirmiş (xəstəlik vərəqəsi mövcuddur) və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdehə məlumat verilməsinə baxmayaraq Cavabdeh tərəfindən əmək qanunvriciliyi kobud surətdə pozulmuş və İddaçı ilə olan əmək müqaviləsinə iddiaçıya qanunvericiliyə uyğun olaraq xəbərdarlıq edilmədən və ona məlumat verilmədən, 30.12.2020-ci il tarixdə əmək rnüqaviləsinin müddətinin qurtarması əsas gətirilərək xitam verilmişdir. Əlavə olaraq qeyd edir ki. əmək müqaviləsinə xitam verilərkən iddiaçı ilə son haqq-hesab aparılmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (əgər mövcuddursa) surəti ona təqdim, olunmamış müvafiq ödənişlər ödənilməmişdir. Məlumat üçün bildirir ki, İddiaçı Cavabdehin fəaliyyətə başladığı gündən etibarən müəssisənin struktur və ştatının hazırlanması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, xəstəxanaların müraciətlərinin cavablandırılması və digər məsələlərlə məşğul olmuş və Covid-19 pandemiyasının başladığı ilk dövrlərdən iş olmayan qeyri-iş günlərində, istirahət günlərində belə işə çıxaraq “Təbib”in fəaliyyətinin fasiləsiz olaraq tənzimlənməsi üçün rəhbərlik tərəfindən verilmiş bütün göstərişləri icra etmişdir, Ümumilikdə isə iddiaçı cavabdeh üçün kifayət qədər ağır dövr hesab edilən həm Covid-19 pandeiyası, həm də Vətən Müharibəsi dövründə Cavabdehlə əmək münasibətlərinə uyğun olaraq öhdəliklərini yüksək səviyyədə yerinə yetirmişdir. Onun üçün doğma hesab etdiyi qurumu və məsələnin mənəvi tərəfini də nəzərə alan İddiaçı, əmək müqaviləsinə qanunsuz və ədalətsiz şəkildə xitam verilməsinə baxmayaraq məsələnin danışıqlar yolu ilə həll olunmasına çalışmışdır. Məsələlərin danışıqlar yolu ilə həllinin tərafdarı olan İddiaçı, ilk olaraq Cavabdehin üst qurumu olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyinə 06.01.2020-ci il tarixdə rəsmi şəkildə müraciət etmişdir. Həmin müraciətə bugünə qədər cavab verilməmişdir. Daha sonra isə danışıqların aparılması üçün müqavilə və etibarnamə əsasında səlahiyyətli nümayəndələri vasitəsi ilə cavabdehlə danışıqlara başlanılmışdır. İddiaçının səlahiyyətli nümayəndəsi 07.01.2020-ci il tarixdə Cavabdehə pretenziya məktub göndərərək məsələnin məhkəməyə qədər həlli üçün görüş təyin edilməsini xahiş etmişdir. İlk görüş 22.01.2020-ci il tarixdə keçirilmiş və Cavabdehdən baş vermiş qanunsuzluqların səbəbi soruşulmuş və onların aradan qaldırırılması xahiş olunmuşdur. Cavabdehin nümayəndələri 30.12.2020-ci il tarixli xitam əmrinin qanunsuz olduğunu qəbul etmiş, həmin əmrin artıq ləğv olunduğunu və 06.01.2021-ci il tarixli yeni xitam əmrinin qüvvəyə mindiyini bildirmişdirlər. Əlavə olaraq, məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyini və lazımi tədbirlərin görüləcəyini də bildirmişdirlər. Cavabdehlə sonrakı danışıqlarda heç bir hərəkət görməyən iddiaçının nümayəndələri, cavabdehdən son haqq-hesabın ödənilməsi, qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin (xitam əmrinin surəti və əmək kitabçası) onlara təqdim olunmasını tələb etsələr də Cavabdeh yalnız iddiaçının öhdəliyində olan inventarın (kompyuter avandanlığı) təqdim olunmasından sonra son haqq-hesabın ödəniləcəyini bildirmişdir. Cavabdeh İddiaçıya göndərdiyi 25 Yanvar 2021-ci il tarixli məktubda da bu faktı qeyd etmişdir. Bu halların və yeni xitam əmrinin daha ciddi qanun pozuntusu olduğu iddiaçının nümayəndələri tərəfindən Cavabdehə bildirilmişdir və qeyd edilmişdir ki, İddiaçı 30.12.2020-ci il tarixdən sonra işə çıxmamışdır və işçi ilə əmək müqaviləsinə yalnız o işə çıxdıqdan sonra xitam verilə bilər. İddiaçı, o cümlədən, elektron sistemdə 06.01.2021-ci il tarixli yeni xitam əmrinin mövcud olmadığını qarşı tərəfə çatdırmışdır və xitam əmrinin surətinin (hansı qüvvədədirsə) ona təqdim olunmasını tələb etmişdir. 29.01.2021-ci il tarixdə İddiaçının nümayəndələri ilə cavabdehin əməkdaşları arasında baş tutmuş görüşdə İddiaçının öhdəliyində olan inventar Cavabdehə təhvil verilmişdir. Həmin görüşdə cavabdeh bildirmişdir ki, 06.01.2021-ci il tarixli yeni xitam əmri mövcud deyil. Və 30.12.2020-ci il tarixli xitam əmri qüvvədə qalır. Bundan sonra, iddiaçının son haqq-hesabı ilə bağlı edilməli olan ödəniş natamam miqdarda 05.02.2021-ci il tarixində ödənilmişdir. Beləliklə, danısıqların nəticə vermədiyini və hüquqlarının pozulduğunu görən İddiaçı məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyini bildirmişdir. Göründüyü kimi, İddiaçı hansı tarixli xitam əmri əsasında əmək müqaviləsinə xitam verildiyini 25.01.2021-ci il tarixinə qədər faktiki olaraq (Belə ki, cavabdehin 25.01.2021-ci il tarixli məktubunda xitam əmrinin tarixinin 30.12.2020-ci il olaraq göstərməsinə baxmayaraq danışıqlarda E-gov sisteminə müraciət olunduğunu və 06.01.2021-ci il tarixli əmrin qüvvəyə minəcəyini bildirmişdir.) bilməmişdir və bu günə qədər də rəsmi olaraq iddiaçıya və ya onun səlahiyyətli nmüayəndəsinə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti təqdim olunmamışdır. 15.02.2021-ci il tarixdə iddiaçınnın səlahiyyətləri nümayəndələri tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətinin və iddiaçının əmək kitabçasının iddiaçının səlahiyyətli nümayəndələrinə təqdim olunması tələbi ilə bağlı əlavə müraciət də olunmuşdur. İddiaçı ilə həyata keçirilməli olan son haqq-hesab məsələsinə gəldikdə isə iddiaçının əmək müqaviləsi üzrə əmək haqqı məbləği 2692,31 AZNdir.Cavabdeh 30.12.2020-ci il tarixli xitam əmrinin qüvvədə olduğunu bildirməsinə baxmayaraq işçinin son haqq-hesabı qeyd etdikləri kimi, yalnız 05.02.2021-ci il tarixdə natamam miqdarda ödənilmişdir. Belə ki, işçinin 24 gün olan məzuniyyət əvəzi ödənilməsinə baxmayaraq 9 qeyri-iş günündə işə cəlb (əmrlə təsdiqlənmiş) olduğunu əvəz günləri hesablanmamış və ödəniş tam şəkildə həyata keçirilməmişdir. Bundan əlavə qanunvericilikdə tələb olunan sənədləşmə prosesinə də əməl olunmamış, xitam əmrinin surəti və iddiaçının əmək kitabçası bu tarixə qədər də iddiaçıya təqdim olunmamışdır. Son haqq-hesabla bağlı qeyd etmək istəyir ki, 05.02.2021-ci il tarixdə iddiaçıya 1652 AZN vəsait ödənilmişdir. Lakin bu vəsaitə əlavə olaraq iddiaçıya 9 qeyri-iş günündə işə cəlb olunduğuna görə əvəz olaraq 1841,76 AZN (hesablanması qaydası: 1 gün üçün orta əmək haqqı olan – 102.32 AZN x 9 gün x 2 = 1841.76 AZN) vəsait də ödənilməli olmalı halda bu günə qədər ödənilməmişdir. İşin hallarından görünüdüyü kimi iddiaçı 29.12.2020- 03.01.2021-ci il tarixləri arasında xəstəliklə əlaqədar iş yerində olmadığ halda cavabdeh 30.12.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin iddiaçının səlahiyyətli nümayəndələri 22.01.2020-ci il tarixdə baş tutan görüşü vaxtı səsləndirdiyi və qanunsuz olan 30.12.2020-ci il tarixli əmri qanuni çərçivəyə salmaq cəhdi olan 06.01.2021-ci il tarixli əmri də mövcud olduğu təqdirdə qanunsuz hesab olunmalıdır. İşçi isə 28.12.2020-ci il tarixdən sonra işə çıxmamışdır.İşin hallarından da görünüdüyü kimi işçinin son haqq-hesabı 30.12.2020-ci il tarixdə verilməli olmasına baxmayaraq yalnız 05.02.2021-ci il tarixində və natamam şəkildə ödənilmişdir. Bundan əlavə yuxarıda qeyd etdiyi kimi son haqq-hesabla bağlı sənədləmə də qanunvericiliyə uyğun olaraq aparılmamışdır və bugünə qədər də işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmri və əmək kitabçası ona təqdim olunmamışdır. İddiaçı tərəfindən xidmət müqaviləsi əsasında özünün birinci instansiya məhkəməsində təmsil olunması üçün 1500 AZN vəsait ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ilə razı deyildirlər və iddianı tamamilə əsassız hesab edirlər. İlk növbədə bildirmək istəyir ki, təmsil etdiyi qurum tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericilik normalarına tam əməl edilmişdir. 30 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi haqqında onu deyə bilər ki, əmrin qeyri-qanuniliyi ilə bağlı heç bir əsas yoxdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının əmək qanunvericliyinə uyğun olaraq tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. İşdən çıxarılma üçün qanunla müəyyən edilmiş bütün addımlar atılmışdır. İddiaçı TƏBİB-in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsi üzrə işə qəbul edilmiş, onunla 26 dekabr 2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanılmışdır. 28 dekabr 2019-cu il tarixində sözügedən əmək müqaviləsinin müddəti bitmiş və 30 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi rəhbər tutulmaqla TƏBİB-lə bağlanmış 01-15 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətinin, onun xəstələndiyi və iş yerində olmadığı dövrdə qurtarmasını irəli sürərək, onunla əmək münasibətlərinə yalnız işçi işə çıxdıqdan sonrakı tarixdə xitam verilməli olduğunu xüsusilə qeyd etmişdir. Həmin arqument tamamilə əsassız olmaqla iddiaçının ərizəsində göstərdiyi faktlarla da təkzib olunur. İddiaçı 29 dekabr 2020-ci il tarixindən xəstələnərək əmək qabiliyyətini itirmişdir. Bu həmçinin iş materialları ilə təsdiq olunur. Hazırki iş üzrə müqavilənin müddəti 28.12.2020ci il tarixində basa çatmış və həmin vaxt işçi iş yerində olmuşdur. Başqa sözlə, yuxarıda qeyd edilmiş hallar mövcud olmadığından həmin maddənin tətbiq edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən, İddiaçı əmək qabiliyyətini itirdiyi dövrdə əmək müqaviləsinə xitam verilərək cavabdeh tərəfindən qanunun tələblərinin pozulduğunu iddia etmişdir. Halbuki, sözügedən halda heç bir hüquq pozuntusundan söhbət gedə bilməz. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona təqdim edilməməsini iddia etmişdir. İşin materiallarına əlavə edilmiş 30.12.2020-ci il tarixli məktubun surətindən də aydın olur ki, iddiaçıya əmrin tərtib edildiyi gün poçt vasitəsilə bildiriş göndərilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilmişdir. Məktub qoşmaları ilə birlikdə 12.01.2021-ci il tarixində İddiaçı çatdırılmışdır. Əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsi xəbərnamə ilə də təsdiq olunur. Lakin İddiaçı tərəfindən həmin məktubun qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya 25.01.2021-ci il tarixli məktubla yenidən xatırlatma edilmiş, əmək kitabçasının təhvil alınmasının zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarının 6-cı bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İsdən çıxan gün işçinin isdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Yalnız iddiaçının nümayəndəsinin 15 fevral 2021-ci il tarixli məktubu ilə əmrin surəti və əmək kitabçası istənilmiş və həmin məktuba cavab olaraq sözügedən sənədlər kuryer vasitəsi ilə nümayəndəyə təhvil verilmişdir. Göründüyü kimi, işçinin işdən çıxarılma prosesi qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdən biri də əmək müqaviləsinə xitam verilərkən onunla son haqq-hesabın aparılmadığı, ona çatası ödənişlərin verilmədiyi haqqındadır. Bununla bağlı bildirir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən gün, yəni 30.12.2020-ci il, cari il üzrə son iş günüdür. Həmin gün bank hesablaşma əməliyyatlarının edilməsi texniki cəhətdən qeyri-mümkün olması səbəbindən növbəti iş günü ərzində ödənişlər həyata keçirilmişdir. Son haqq-hesabın gecikdirilməsi əmək hüququnun deyil, bilavasitə inzibati xətalara dair münasibətlərin predmeti kimi çıxış edir. Son haqq-hesabın ödənilməsində gecikdirmələr işə bərpa üçün əsas kimi müəyyən edilməmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ona xəbərdarlıq edilməmişdir. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin əsas tənzimləyicisi olan Əmək Məcəlləsində digər əsaslardan fərqli olaraq müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin hər hansı formada əvvəlcədən xəbərdarlıq edilməsi birbaşa nəzərdə tutulmamışdır. Məcəllənin 73-cü maddəsinin 1-ci bəndi əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərə müqaviləyə xitam verilməsini tələb etmək hüququ verir. Hazırki mübahisəyə tətbiq etdikdə, cavabdehin 28.12.2020-ci il tarixindən etibarən 1 həftə ərzində münasibətlərin sontandırmaq ixtiyarına malikdir. Yuxarıda qeyd edilmiş qanununun normasından göründüyü kimi əmək müqaviləsində göstərilən müddət qurtardıqda işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair işəgötürən tərəfindən 30 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmr verilmişdir. Qeyd edir ki, müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əvvəlcədən iddiaçıya hər hansı məlumatın verilməsi zərurəti qanunla müəyyən edilməmişdir. Ona görə ki, hələ əmək münasibətlərin başlanğıcında iddiaçı müqavilənin 1 (bir) il müddətinə bağlandığından xəbərdar olmuşdur. Digər tərəfdən, bu birbaşa əmək hüquq münasibətlərinin mahiyyətindən irəli gəlir. İşçi özü müddətli əmək münasibətlərində maraqlı olmalı, prosesin gedişatını izləməlidir. Odur ki, yuxarıda göstərilənləri, nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa tələbinə dair” iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda İddiaçı Cavabdehnə (TƏBİB) qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa” tələbinə dair 2(006)-2515/2021 saylı mülki iş vardır. Hazırki iş üzrə mübahisəsiz qəbul olunan faktlardan biri də iddiaçının qanuni mənafeyinin pozulmasına səbəb olan hallar barədə ən pis halda 2021-ci ilin yanvarın 12-dən olmasıdır. Vəsatətə əlavə edilmiş 30.12.2020-ci il tarixli məktubdan bunun əyani şahid olunur. Həmin məktubla iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş, məktub qoşmaları ilə birlikdə xəbərnamədən aydın göründüyü kimi 12.01.2021-ci il tarixində rəsmi qaydada İddiaçı çatdırılmışdır. Lakin İddiaçı tərəfindən həmin məktubun qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya 25.01.2021-ci il tarixli məktubla yenidən xatırlatma edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı konkret bir müddətlə məhdudlaşdırıldığından iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Fikirlərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” adlı 296.2-ci maddəsinə nəzər salınsa görərlər ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının məhkəmə qaydasında işə bərpa tələbi ilə müraciət etmək hüququ 12.01.2021-ci il tarixindən yaranmışdır. Bu o deməkdir ki, iddiaçı maksimum 12.02.2021-ci il tarixinədək məhkəmədə iddia qaldıra bilərdi. İddia ərizəsinə nəzər salınsa ərizənin 17.02.2021-ci il tarixində imzalandığının şahidi olunar. Belə nəticəyə gəlirlər ki, İddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni 17.02.2021-ci ildən sonrakı tarixdə müraciət etmişdir. Bu səbəbdən də əmək qanunvericiliyinin müəyyən etdiyi 1 (bir) təqvim ayı iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün ciddi əsasdır. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti" anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı “Cavabdeh" X9inə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa tələbinə dair” iddiası üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi vəsatəti və etirazına münasibət bildirərək qeyd etmişlər ki, icraatda olan 2(006)-2515/2021 saylı iş üzrə cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətlə müraciət etmişdir. Həmin vəsatət əsassızdır, oradakı qeyd edilən işin halları ilə bağlı məlumatlar təhrif edilmişdir və obkektiv həqiqətə uyğun deyildir. Hesab edirlər ki, əvvəlcə cavabdehin işin halları ilə bağlı iddia etdiyi məlumatlara fikir bildirmək vacibdir. Cavabdeh iddia edir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti 12.01.2021-ci il tarixdə çatdırılmışdır. Lakin, iddiaçı həmin məktubun qəbul edilməsindən imtina etmişdir. Bu məlumat tamamilə yalandır və bu faktı sübut edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Reallıqda isə, həmin tarixdə iddiaçı evdə olmamış və evdə olan digər şəxslərin başqa bir şəxsə aid olan göndərişi götürməkdən imtina etmiş olması istisna edilmir. Cavabdeh tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuş xəbarnamədə də, məhz iddiaçının bu məktubdan imtina etməsi ilə bağlı hər hansı bir qeyd mövcud deyildir. Əlavə olaraq, həmin göndərişin içində hansı sənədlərin mövcud olması barədə elə hər hansı bir məlumat mövcud deyildir. Yəni, iddiaçı həmin göndərişi ümumiyyətlə görməmişdir və iddaçı tərəfindən ümumiyyətlə görülməyən bir göndərişin müddət axımını başlatmalı olduğu barədə iddia sadəcə cavabdehin öz qanunsuz hərəkətlərindən hər-hansı bir prosessual yolla yayınmaq cəhdidir. Məsələnin hüquqi aspekti barədə bildirmək istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd edilən normanın mənasından da göründüyü kimi, hüququnun pozulmasının aşkar edildiyi günün müəyyən olunması üçün maddədə qeyd edilmiş hər üç halın hamısı eyni zamanda mövcud olmalıdır. Qeyd edilən məsələ Azərbaycan Respublikasında olan məhkəmə təcrübəsində də geniş yayılmışdır. Buna nümunə olaraq, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7434/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli və 2(103)-1267/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnamələrini göstərmək olar. Hazırkı işlə bağlı olan məsələdə isə nəinki müddəada qeyd edilən öç halın hamısı, heç bir hal mövcud deyildir. Məsələnin daha aydın olması üçün, məhkəməyə əlaqəli hadisələrin xronologiyasını təqdim edir: 29.12.2020-ci il tarixdə iddaçı xəstələnərək, 29.12.2020 - 03.01.2021-ci il tarixləri arasında əmək qabiliyyətini itirmiş (xəstəlik vərəqəsi mövcuddur) və bu barədə cavabdehə e-mail vasitəsilə məlumat vermişdir (E-mail qoşma şəklində əlavə olunur). 30.12.2020-ci il tarixdə cavabdeh (İnsan resursları departamentinin rəhhəri Günəş Qədimova vasitəsilə) e-mail vasitəsi ilə iddiaçıya cavab verərək bildirmişdir ki, 30.12.2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəkdir və xəstəlik vərəqəsinin açıldığına görə həmin xitam əmrinə dəyişiklik olunması zəruridir (E-mail qoşma şəklində əlavə olunur). Bu e-maildən də göründüyü kimi cavabdeh özü əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə xitam verilməsinin qanunsuz hərəkət olacağını bilmişdir, 07.01.2020-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndələri cavabdehə pretenziya məktubu göndərərək məsələnin məhkəməyəqədər həlli üçün görüş təyin edilməsini xahiş etmişdir, ilk görüş 22.01.2020-ci il tarixdə keçirilmiş və Cavabdehdən baş vermiş qanunsuzluqların səbəbi soruşulmuş və onların aradan qaldırılması xahiş olunmuşdur. Cavabdehin nümayəndələri 30.12.2020-ci il tarixli xitam əmrinin qanunsuz olduğunu qəbul etmiş, həmin əmrin artıq ləğv olunduğunu və 06.01.2021-ci il tarixli yeni xitam əmrinin qüvvəyə mindiyini bildirmişdirlər. Həmin əmrin surəti iddaçının səlahiyyətli nümayəndələri tərəfindən tələb olunmuş və cavabdehin nümayəndələri həmin sənədi göndərəcəklərini bildirmişdirlər Əlavə olaraq, məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyini və lazımı tədbirlərin görüləcəyini də bildirmişdirlər. Daha sonra, iddiaçının nümayəndələri cavabdehə elekron sistemdə 06.01.2021-ci il tarixli yeni xitam əmrinin mövcud olmadığını qarşı tərəfə çatdırmışdır və xitam əmrinin surətinin (hansı qüvvədədirsə) ona təqdim olunmasını tələb etmişdir. 27.01.2020-ci il tarixdə cavabdeh tərəfindən 30.12.2020-ci il tarixli xitam əmrinin mövcud olduğu barədə xatırlatma 25.01.2020-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. Cavabdehlə sonrakı danışıqlarda heç bir hərəkət görməyən iddiaçının nümayəndələri, cavabdehdən son haqq-hesabın ödənilməsi, qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin (xitam əmrinin sürəti və əmək kitabçası) onlara təqdim olunmasını tələb etsələr də cavabdeh yalnız iddaçının öhdəliyində olan inventarın (kompyuter avandanlığı) təqdim olunmasından sonra son haqq-hesabın ödəniləcəyini bildirmişdir. Cavabdeh iddiaçıya göndərdiyi 25 Yanvar 2021-ci il tarixli məktubda da bu faktı qeyd etmişdir. 29.01.2021-ci il tarixdə iddiaçının nümayəndələri ilə cavabdehin əməkdaşları arasında baş tutmuş görüşdə iddiaçının öhdəliyində olan inventar cavabdehə təhvil verilmişdir. Həmin görüşdə cavabdeh bildirmişdir ki, 06.01.2021-ci il tarixli yeni xitam əmri mövcud deyil və 30.12.2020-ci ii tarixli xitam əmri qüvvədə qalır. 05.02.2021- ci il tarixdə iddiaçının son haqq-hesabı ilə bağlı ödənilməli olan ödəniş natamam miqdarda ödənilmişdir. 15.02.2021-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin sürətinin və iddiaçının əmək kitabçasının İddiaçının səlahiyyəli nümayəndələrinə təqdim olunması tələbi ilə bağlı əlavə müraciət də olunmuşdur. Yuxanda qeyd olunanlara və işin hallarına əsasən, bir daha bildirir ki, iddiaçının görmədiyi və ümumiyyətlə mövcud olduğunu bilmədiyi bir sənədə görə müddət axımının başlaması mövqeyi tamamilə qanunsuzdur və maddi və prosessual hüquq normalarının ciddi pozuntusudur. İddiaçının 27.01.2021-ci il tarixə qədər ümumiyyətlə hansı tarixli xitam əmrinin qüvvədə olduğu barədə məlumatı olmamışdır. Onunla son haqq-hesab 05.02.2021-ci il tarixdə natamam şəkildə görülmüşdür və iddaçıya əmək kitabçası və əmək müqaviləsinə xitam əmrinin surəti 09.03.2021-ci il tarixdə çatdırılmışdır. Bütün qeyd olunanları nəzərə alaraq bildirir ki, bu işlə bağlı iddia müddətinin tətbiq edilməsinin heç bir maddi və prosessual əsası yoxdur. Məhkəmə işə mahiyyəti üzrə baxaraq qurumların öz səlahiyyətlərindən və nüfuzundan istifadə edərək qanunsuzluqlar etməsinə (qeyd edir ki, ictimaiyyətə də məlum olduğu kimi, son dövrlər hüquq mühafizə orqanları cavabdehin digər hüquqa zidd hərəkətləri ilə bağlı tədbirlər görməkdədir) və bu qanunsuz hərəkətləri inadkarcasına müdafiə etməsinə imkan verməməli və ədaləti bərpa etməlidir. Cavabdehin etirazı ilə bağlı isə ümumiləşdirmə apararaq bildirmək istəyir ki, cavabdehin öz etirazında bildirdiyi fikirlər tamamilə qanunsuz, heç bir maddi və prosessual hüquq norması ilə öz təsdiqini tapmayan, bir-biri üə əlaqəsiz, təkrarlanmış söz yığınından ibarətdir. Belə ki, cavabdeh öz etirazında iddia edir ki, “iddiaçının sağlamlığ ilə bağlı 29.12.2020 - 03.01.2021-ci il rarixləri arasında xəstəlik vərəqəsi olmasına baxmayaraq, onun əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə xitam verilməsi qanunidir. Çünki, iddiaçının əmək müqaviləsinin müddəti 26.12.2020-ci il tarixdə bitmişdir və Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.". Cavabdehin nəzərinə çatdırır ki, iddiaçı ilə aralarında olan əmək münasibətləri müqavilə müddətinin bitməsinə baxmayaraq davam etmişdir. Əmək münasibətlərinin davam etdiyi və işçinin xəstəlik vərəqəsində olduğu dövrdə əmək münasibətlərinə xitam verilməsinin tamamilə qanuni olduğu iddiası ən azından Azərbaycan Respublikasının əmək qanunvericiliyinə hörmətsizlikdir. Etirazın daha sonrakı bəndlərində isə, cavabdeh eyni mövqeyini başqa cümlələrlə təkrarlayaraq inadkarcasına öz qanunsuz əməlini miidafiə etməyə çalışmışdır. Ona görə də, həmin məsələlərə təkrar-təkrar cavab verməyin bir əhəmiyyəti olduğunu hesab etmir. Halbuki, əlavə olunmuş e-maildən və tərəflər arasında olan əvvəlki danışıqlarda belə cavabdehin nümayəndələri özləri bu əməlin hüquqa zidd olduğunu etiraf etmişdirlər. Cavabdehin etiraz və vəsatətinin tamamilə həqiqətə uyğun olmayan məlumatlardan ibarət olduğunun başqa bir sübutu isə cavabdehin etirazının 5-ci hissəsindəki fikirləridir. Belə ki, cavabdeh iddia edir ki, 30.12.2020-ci il tarixdə bank hesablaşma əməliyyatlarının edilməsi texniki cəhətdən qeyri-mümkün olması səbəbindən növbəti iş günü ərzində ödənişlər həyata keçirilmişdir. Halbuki, son haqq-hesabla bağlı natamam ödəniş iddiaçıya 05.02.2021-ci il tarixdə ödənilmişdir. Cavabdeh 30.12.2020-ci il tarixindən sonrakı iş gününün 36 gün sonra yəni, 05.02.2021-ci il tarixi olduğunu iddia edir. Yuxarıda da qeyd etdiyi kimi, cavabdehin son haqq-hesabla bağlı ödənişlərin yalnız iddiaçının nümayəndləri ilə olan 29.01.2021-ci il tarixli görüşdən sonra ödəmişdir. Çünki həmin tarixə qədər, tərəflər arasında danışıqlar davam etmişdir. Yekun olaraq məhkəmənin nəzərinə bir daha çatdırır ki, cavabdehin vəsatət və etirazı yalan məlumatlar, hüquq normalarının əsassız və qanunsuz tətbiqi, ümumiyyətlə mövcud olmayan hüquq normalarının tətbiqi və ya hüquq normalarının bir hissəsinin əsas götürülərək digər hissələrinin yox hesab edilməsi ilə xarakterizə olunur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının 17.02.2021-ci il tarixli iddia ərizəsi ilə tələb etdiyi iddiaların tam şəkildə təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. İddiaçı ilə Cavabdeh X9 arasında 26.12.2019-cu il tarixdən 26.12.2020-ci il tarixədək 1 il müddətinə bağlanmış 01/15 saylı, 26.12.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki,bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehn İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. 01-15 saylı əmək müqaviləsinə 1/01 saylı əlavədən görünür ki, 01-15 saylı əmək müqaviləsinin 4.1-ci bəndinə uyğun olaraq işçiyə hər ay vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2692,31 AZN məbləğində vəzifə maaşı ödənilir. Cavabdeh İdarə Heyətinin sədri Ramin Bayramlının 19.03.2020-ci i ltarixli, 01-02 saylı əmrindən görünür ki, 20-26 mart 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir. Cavabdeh İdarə Heyətinin sədri Ramin Bayramlının 22.05.2020-ci i ltarixli, 01-21 saylı əmrindən görünür ki, 25-29 may 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir. 991391 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 29.12.2020-ci ildən 03.01.2021-ci ilədək əmək qabiliyyətini itirmişdir. Cavabdeh İdarə Heyətinin sədri Ramin Bayramlının 30.12.2020-ci il tarixli, 01-89 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin *b* bəndinə əsasən “Cavabdeh" (TƏBİB) X9in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri İddiaçı 30 dekabr 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 26 dekabr 2020-ci il tarixli 01-15 nömrəli əmək müqaviləsinə xitam verilməsi, işçinin 26.12.2019- 30.12.2020-ci iş ili üzrə istifadə edilməmiş 20 gün əsas əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir. 30.12.2020-ci il tarixli 1519 saylı məktubdan və 12.01.2021-ci il tarixli xəbərnamədən görünür ki, “Cavabdeh" X9i tərəfindən 30.12.2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti İddiaçı göndərilsə də, 12.01.2021-ci il tarixdə İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən İcbari Tibbi Sığortaüzrə X4 Heyətinin sədri Zaur Əliyevə ünvanlanmış 06.01.2021-ci il tarixli məktubdan görünür ki, TƏBİB-lə arasında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının ƏM-nə uyğun olmayaraq xitam verilməsinin araşdırılaraq pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. “xxxx” MMC-nin direktoru İsa Təhməzov tərəfindən Cavabdeh İdarə Heyətinin sədri Ramin Bayramlıya ünvanlanmış 07.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı işdən azad olunmasına dair məsələnin məhkəməyə qədər həlli üçün baş vermiş pozuntunun araşdırılması və İddiaçı pozulmuş hüquqlarının bərpası üçün müvafiq tapşırıq verilməsini və əlaqədar şəxslərlə görüş təşkil edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 25.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil alaraq istifadəsində olan inventarı təhvil verməsi xahiş olunmuşdur. TƏBİB-in 29.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Lenova T580 İ5” markalı kompüter və “Logitech” markalı mouse İddiaçı nümayəndəsi İsa Təhməzov tərəfindən “TƏBİB” X6 EİŞ-nin müdiri Emil Abbasova təhvil verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Heyəti sədrinin müavini tərəfindən İddiaçı ünvanlanmış 27.01.2021-ci il tarixli məktubdan görünür ki, müəyyən edildiyinə görə əmək müqaviləsinin müddəti 26 dekabr 2020-ci il tarixində qurtarmış, həmin günün qeyri-iş gününə təsadüf etməsi nəzərə alınaraq 28 dekabr 2020-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi barədə ona şifahi xəbərdarlıq edilmiş və 30 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin qurtarması) ilə xitam verilmişdir. 29.12.2020- 03.01.2021-ci il tarixlərində əmək qabiliyyətini itirməsi ilə əlaqədar TƏBİB tərəfindən təqdim edilən məlumatda əmək müqaviləsinin qurtardığı gün işdə olduğu, əmək qabiliyyətinin itirilməsi halı müqavilə müddəti bitdikdən sonrakı dövrə düşməsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin bu hala şamil edilmədiyi bildirilmişdir. Əlavə olaraq sözügedən məsələdə əmək münasibətlərinin pozulduğunu hesab edirsə, bununla bağlı müvafiq instansiyalara müraciət edə bilər. 15.02.2021-ci il tarixli təhvil-təslim aktından və 17.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlər müqabilində 1500 AZN ödəniş edilmişdir. “xxxx” MMC-nin direktoru İsa Təhməzov tərəfindən Cavabdeh İdarə Heyətinin sədri Ramin Bayramlıya ünvanlanmış 15.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı hüquqlarının pozulduğunu və danışıqlar yolu ilə bərpa olunmaq ehtimalının olmadığını anlayaraq məsələnin məhkəmə qaydasında həlli üçün müraciət ediləcəyi bildirilmişdir. Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 42-ci maddəsinin 1-ci, 45-ci maddəsinin 1-ci və 5-ci və 47-ci maddəsinin “f” bəndlərinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, müqavilədə müəyyən edilmiş müddət 1 il təşkil etmişdir. Müqavilədə əmək müqaviləsinin müddətinin eyni şərtlərlə yalnız bir il uzadılması nəzərdə tutulduğundan, tərəflər arasındakı əmək münasibətlərinin müddəti 26 dekabr 2020-ci il tarixdə bitməli idi. 2020-ci ilin dekabrın 26-nın həftənin şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyini nəzərə alan işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə xitam vermişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 991391 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi İddiaçı 29.12.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək əmək qabiliyyətini itirdiyi üçün əmək müqaviləsinə xitam verildiyi gün işdə olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin (ƏMnin 73-cü maddəsinin) tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Lakin məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürdüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan maddələrin məzmunundan göründüyü kimi burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh" X9i tərəfindən iddiaçının tərəf olduğu müddətli əmək müqaviləsinə xitam verilməsinə dair 30.12.2020-ci il tarixli 01-89 nömrəli əmrin surəti poçt vasitəsilə İddiaçı 30.12.2020-ci il tarixdə göndərilmişdir. Qeyd edilən məktub poçt xidmətinin əməkdaşı tərəfindən 12.01.2021-ci il tarixdə İddiaçı təqdim edilsə də o, məktubu qəbul etməkdən imtina etmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş İddiaçı İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin sədri Zaur Əliyevə ünvanladığı 06.01.2021-ci il tarixli məktubdan görünür ki, o, TƏBİB-dən aralarında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Tibbi Sığorta üzrə X4 Heyətinin sədri Zaur Əliyevə müraciət etdiyi zaman hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş iddiaya etirazda iddia müddətinin keçdiyinin bildirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri, həmçinin həmin tələblərdən irəli gələn məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Məhkəmə iddianın işə bərpa tələbi ilə bağlı olmayan “qeyri-iş günlərində işə cəlb olunduğu üçün əvəzi ödənilməmiş 9 günə görə 1841,76 AZN məbləğin tam şəkildə ödənilməsi” hissəsi ilə əlaqədar iddia müddətinin 1 illik olduğunu nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı qeyri-iş günlərində işləməyə cəlb olunduğuna görə son haqq-hesabın aparılması zamanı əlavə haqqın ödənilməli olduğunun cavabdeh tərəfindən nəzərə alınmamasına istinad etsə də, irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X7rşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X7rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2515/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2515/2021
06.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver