Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2519/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum oğlu X5 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2019-cu il tarixdə xərçəng xəstəliyindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 48-də vəfat etmişdir. Həmin vaxt evə təcili tibbi yardım çağırılmışdır, Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir, sonradan müvafiq icra hakimiyyəti orqanından ölüm qeydi barədə arayış alınması mümkün olmamışdır. Eyni zamanda ərizəçinin oğlunun ölümünün qeydə alınması məqsədi ilə o, Qaradağ rayon qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ərizəçiyə qeydiyyat şöbəsindən X2 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab vermişlər. Ona görə də X2 ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, ərizəçinin anası X2 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 48-də xx.xx.2019-cu il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktnın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, o, ərizəçi onun qardaşının həyat yoldaşıdır. X2 dəfnində o da iştirak edib, xx.xx.2019-cu ildə rəhmətə getmişdir, nikahından uşağı var idi, lakin nikahları pozulmuşdur. İş materiallarındakı Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-1928/15 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan AZE № 02531439 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ № 334535 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası X3, atası X4r. Mülki işdə olan xx.xx.2020-ci il tarixdə 19 saylı X1 verdiyi 88 saylı məktuba əsasən X5 heç bir xəstəliklə qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan fotoşəkillərdən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu X5 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğluX2 xx xxxx 2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin oğlu X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2519/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2519/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver