Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2562/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi və Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Nümayəndə Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).
2. Ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə mərhum qardaşı X12 epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə xx.xx.1995-ci il tarixdə xəstəxanaya aparılarkən vəfat etmiş və Quba rayonu Ağbil bələdiyyəsinin ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. X6 dəfni ilə bağlı qeyd edilən bələdiyyənin sədrinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə akt tərtib olunmuşdur. X6 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 34 nömrəli şəhər poliklinikasına müraciət edilsə də, poliklinika tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02 nömrəli arayışda qeyd edilmişdir ki, X6 həmin poliklinikaya hər hansı xəstəliklə bağlı müraciəti olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim olunmadığına və təcili tibbi yardım stansiyası tərəfindən heç bir məlumat verilmədiyinə görə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin qeyri-mümkün olması və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X6 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edilməsinə baxmayaraq, həmin şöbənin rəisi Suella Şərifzadənin imzası ilə verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən X6 “ölüm haqqında tibbi şəhadətnamə”si olmadığından ölüm faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən X6 ölüm haqqında şəhadətnaməsinin verilməsindən əsassız olaraq imtina edilmişdir. X6 ölüm faktının müəyyən edilməsində məqsəd onun əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin, X6 ölümünü təsdiq edən şəhadətnamə olmadığından ondan miras qalmış əmlakı üzrə heç bir hüquqi hərəkət etmək mümkün deyildir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, onun əsl ərizəçi, iş üzrə nümayəndəsi olduğu Ərizəçi ilə əvəz edilməsini xahiş etmişdir.
4. Sonradan Nəsimi rayon Qeydiyyat şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Nəsimi rayon və Səbail rayon Qeydiyyat şöbələri tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, Səbail rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər maraqlı şəxs tərəfindən nümayəndənin iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçinin nümayəndəsi Nümayəndə onun qardaşı oğludur. X3 da Nümayəndə qardaşı olmuşdur. X12 xx.xx.1995-ci il tarixdə xəstəxanada epilepsiya xəstəliyi səbəbindən rəhmətə getmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı və nümayəndəsi Nümayəndə onun bacısı uşağıdır. X3 da onun bacısı oğlu olmuş, xx.xx.1995-ci il tarixdə rəhmətə getmişdir.
9. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla birlikdə nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
10. Nümayəndə AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1991-ci il tarixdə anadan olmuşdur (Fin: xxxxxxx).
11. Doğum haqqında AZ-İ seriyalı 966244 nömrəli şəhadətnamədən görünür ki, atası X4, anası Ərizəçi olan Nümayəndə xx.xx.1991-ci il tarixdə anadan olmuşdur.
12. Doğum haqqında XVİİ-ЖГ seriyalı 484186 nömrəli şəhadətnamədən görünür ki, atası X4, anası Ərizəçi olan X12 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur.
13. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
14. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, poliklinikanın arxiv araşdırmaları nəticəsində mərhum xx.xx.1993-cü il təvəllüdlü X7 aid heç bir sənəd və həmin şəxsin qeydiyyatı barəsində məlumat aşkar edilməmişdir. Vəfat etmiş şəxsin qeyd edilən poliklinikaya xəstəliklə əlaqədar müraciət etmədiyinə, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə, təcili tibbi yardım stansiyası tərəfindən heç bir məlumat verilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
15. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış X12 ilə bağlı xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət, idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir.
17. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 ölümü ilə bağlı xx.xx.1995-ci il tarixdən indiyədək tabe(şəhər) prokurorluqlarında cinayət işi istintaq edilməmiş və həmçinin həmin şəxsə münasibətdə axtarış elan olunmamışdır.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış X12 haqqında vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatların istənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X4 ilə Ərizəçi olan X12 xx.xx.1993-cü il təvəllüdlü Rüfət Şəfiyevin doğumunun Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Qeyd olunan informasiya sistemində R.Şəfiyevin nikahı və övladının doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.
19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, sorğu edilən xx.xx.1993-cü il təvəllüdlü X6 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir.
20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”dan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
21. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, ev 815 ünvanında yaşamış, 34 nömrəli Şəhər Poliklinikasında (əvvəlki 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) qeydiyyatda olmuş və onun xx.xx.1995-ci il tarixdə vəfat etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahı”ya əsasən stasionar xəstələrin xəstəlik tarixçələrinin saxlanma müddəti 25 il, ambulator xəstələrə dair sənədlərin saxlanma müddəti isə 5 ildir. Bu müddətlər nəzərə alınaraq vətəndaş R.Şəfiyev barəsində hər hansı tibbi məlumatın təqdim edilməsi mümkün deyildir.
22. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” PHŞnin xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, 1993-cü il təvəllüdlü X12 xx.xx.1995-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyidlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir.
23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, əvvəllər qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən X6 doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti 1 il olduğundan həmin sənədlərin göndərilməsi mümkün olmamışdır. Həmçinin, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X6 iştirakı ilə respublikanın notariat ofislərində notariat işlərinin rəsmiləşdirilməsi aşkar olunmamışdır (X6 doğumu haqqında akt qeydinin kserosurəti təqdim edilmişdir).
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X12 barəsində həmin notariat ofisində xx.xx.2025-ci il tarixdə, 8V-4 reyestr nömrə ilə təsdiq edilmiş və açılmış işin surəti məhkəməyə göndərilmişdir (müvafiq sənədlər təqdim edilmişdir).
25. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş X6 xx.xx.1994-cü il tarixli, 2106 nömrəli doğum haqqında akt qeydi həmin şöbədə qeydə alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi və X4 xx.xx.1990-cı il tarixdə nikaha daxil olmaqla, onların birgə nikahından xx.xx.1993-cü il tarixdə X12 anadan olmuşdur.
27. X12 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba rayonu Ağbil kənd qəbiristanlığında dəfn olunmuşdur.
28. X1 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 34 nömrəli Şəhər Poliklinikasına müraciət edilsə də, müraciətə ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 31 yanvar tarixli 5 nömrəli qərarına əsasən verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”sinin olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.
29. Ərizəçi oğlu X6 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Ərizəçinin müvafiq şəhadətnaməni almaqda məqsədi xx.xx.2024-cü il tarixdə vəfat edən həyat yoldaşı X1 miras əmlakı üzərində vərəsələrin hüquqlarının müəyyən edilməsi olmuşdur. Yəni, vərəsələrin dəqiq dairəsinin müəyyən edilməsi üçün X6 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
32. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş X6 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.
Nəticə:
33. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş X6 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova