Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2589/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 27 iyun 1987-ci il təvəllüdlü X7 23 oktyabr 2021-ci il tarixdə saat 08:00-da yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə ölməsi faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qızı 27 iyun 1987-ci il təvəllüdlü X7 23 oktyabr 2021-ci il tarixdə saat 08:00-da yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə özünü kəmərlə asaraq intihar edib. Bununla bağlı X8 araşdırma aparılıb, cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 noyabr 2021-ci il tarixli qərarla qızımın özünü öldürməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Araşdırma zamanı keçirilmiş 11 noyabr 2021 -ci il tarixli ekspert rəyinə əsasən Nigar Məmmədovanın ölümündən əvvəlki dövrdə psixi emosional vəziyyətində narahatlıq sıxıntı, gərginlik özünə qapanma, tənhalığa meyillilik, ünsiyyətdən yayınmaq kimi əlamətlər təzahür olunmuş, depressiya vəziyyətində olmuşdur (endogen mənşəli olması inkar olunmur). Ehtimal olunur ki, həmin halın yaranması onda güman edilən şizoid şəxsiyyət tipli fonunda “Covid-19” xəstəliyinin yayılması, mövcud pandemiya şəraiti, xəstəliyin yaratdığı problemlərlə əlaqədar olmuşdur. Məmmədova Nigarda müəyyən edilən depressiya vəziyyəti onu özünü öldürmə həddinə çatdıra bilər. Ehtimal olunur ki, Nigar Məmmədova intihar edən zaman öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olub. Lakin, araşdırma zamanı ölüm haqqında həkim arayışı təqdim olunmayıb. Mən ərizə ilə Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək qızım Nigar Məmmədovanın ölümünün qeydə alınmasını xahiş etsəm də, həmin Şöbə 30 mart 2022- ci il tarixli 05/Q-514/75 saylı məktubla ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyini bəhanə edərək ölüm faktını qeydə almaqdan imtina edib.. Vətəndaş vəziyyəti aktlarının düzgün olmadığına görə, o məhkəməyə müraciət etməyə məcbur olub. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəblə bağlı məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, ərizəçi bibisidir. Nigar 23.10.2021-ci ildə vəfat edib, mərhum Yasamalda dəfn olunub və intihar edib. Yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, ərizəçi X10 bibisidir, çox içki içdiyinə görə vəfat etdi. İşə çıxmadı, sonradan öyrəndilər ki, vəfat edib. Nigar 23.10.2021-ci ildə vəfat edib, Anar və onun atası ilə mərhumun evinə gedəndə görüb ki, mərhum özünü asıb. Yasda iştirak edib. Belə ki, iş materiallarında olan: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. AA0452977 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 21.11.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AZE 18082961 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 13.11.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 11.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini İdarəetmə X15 X16 Şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 27.06.1985-ci il təvəllüdlü X4 23.10.2021-ci il tarixdə intihar səbəbindən ölümü baş verdiyinə görə poliklinika tərəfindən ölüm haqqında arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Nəsimi rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd olunması” haqqında 22 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, X4 ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzə cinayət işinin başlanmasır rədd edilmişdir. Maraqlı şəxs 30.03.2022-ci il tarixli 05/Q-514/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Tibbi ərazi bölmələrinin idarəetmə birliyi “Bakı şəhər Təcili və X9 Stansiyası” PHŞ tərəfindən verilmiş 11.05.2022-ci il tarixli 130 saylı arayışdan görünür ki, 23.10.2021-ci il tarixdə saat 10:05-də “103 Xidmətinə ünvan 3 ünvanından naməlum şəxsin asılma səbəbi ilə bağlı çağırış daxil olmuşdur. Çağırış 3 saylı bölmənin həkimi Rövşən Vəliyev icra edərək, ünvanda X5 (36 yaş) məxsus meyit ilə rastlaşmış, “Qadın cinsli” meyit Həkimə qədər diaqnozu qoymuşdur. Meyit Nəsimi rayon Prokurorluğunun əməkdaşı Elşən Məmmədova təhvil verilmiş və hadisə barədə 22-ci polis bölməsinin leytenantı Məmmədov məlumalandırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş, 11 may 2022ci il tarixli, 661 saylı arayışın surətindən görünür ki, X1 yerləşən Dağüstü 1 Qəbiristanlığında 24.10.2021-ci il tarixində dəfn edilmişdir. 12.04.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı X7 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin qızı X4 23.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyun 1987-ci il təvəllüdlü X4 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2589/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2589/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver