Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2600/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1937ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə anası X4 yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 106 saylı evin 117 saylı mənzilində vəfat etmişdir. Bu barədə Təcili və X5 Stansiyasının ölüm haqqında 0742 nömrəli xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Lakin X1 ölüm haqqında şəhadətnaməsi ərazi aidiyyatı üzrə Nəsimi qeydiyyat şöbəsində qeydə alınmamışdır. Bu səbəbdən mərhum anası X2 miras qalmış Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 106 saylı evin 117 saylı mənzilini vərəsəlik qaydasında qəbul edilməsindən məhrum olunmuşdur və xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum anası X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Bununla bağlı ərizə ilə Nəsini rayon qeydiyyta şöbəsinə müraciət edilsə də, qurum tərəfindən 3-16- 5/8-Q-15-661/2023 nömrəli 25 aprel 2023-cü il tarixli cavab məktubu ilə ölüm haqqında şəhadətnamənin olmaması səbəbilə, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu və bu səbəbdən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə 13 iyun 2023-cü il tarixli məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 1986cı ildə hazırda yaşadığı binaya köçəndən Bella Qonçarovanı tanımışdır. O, onu özünə ana bilmişdir. Bellə Qonçarovanın uşaqları pandemiya dövrü gələ bilmədiyi vaxt o, Bellə Qonçarovanın yanında olmuşdur. xx.xx.2020-ci il tarixini səhəri o, Bellə Qonçarovanın evinə qalxmış və onun yaxşı olmadğını görmüşdür. Bellə Qonçarova yaxşı olmadığından həkim çağırmışdır, həkimlər müdaxilə edib getdikdən sonra o, özünü yaxşı hiss etmişdir. Axşam yenidən pisləşdiyindən o, həkim çağırmış və həkimlər gəldikdə artıq Bellə Qonçarova vəfat etmişdir. Onun vəfatından sonra o, qonşusu X7 məlumat vermiş və Şahin Quliyev dəfn üçün lazımi tədbirləri görmüş və X8 qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qsimində dindirilmiş X9 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. 01 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 02685383 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin anası X4 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X5 Stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görunur ki, X1 adına 23:30-da çağırış daxil olmuş, ünvana (ünvan 2aş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Maraqlı şəxs 25 aprel 2023-cü il tarixli 3-16-5/8-Q-15-661/2023 saylı məktubundan görünür ki, ərizəçiyə anası X1 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 1№-li Şəhər Poliklinikasının cavab məktubundan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun Poliklinikaya son müraciəti xx.xx.2014-cü il tarixdə olduğuna görə poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında arayışın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2600/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2600/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver