Məhkəmə qərarları › İş №2(006)-2608/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2608/2022

06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2608/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci maddəsinə uyğun olaraq, ölüm haqqında şəhadətnamənin alınması üçün əsas olan ölüm haqqında şəhadətnamənin verilməsi üçün 20 nömrəli poliklinikaya müraciət etmişlər, lakin poliklinika onlara təqdim etməkdən imtina etdi. xx.xx.2021-ci il tarixli, 0702 nömrəli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi“ olmasına baxmayaraq atası Fikrət Muxtarovun ölümünün qeydə alınması, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir, lakin ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilərək imtina cavabı verilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 05/Q- 1965/75 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mərhum atası X16 şəhər qəbirsanlığında xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.1999-cu il təvəllüdlü X2 iştirakı ilə dəfn edilmişdir. Atası vəfat etdiyi ücün onun hüquqi varislərinin müəvvən edilməsi üçün zəruri sənədlər toplanaraq müvafiq notariat orqanına təqdim edilməlidir. Bunun üçün isə ilk növbədə atasının ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. Bakı Şəhəri Nəsimi Rayon Mənzil-X1 33 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda qeyd edildiyi kimi o, Ərizəçi Bakı şəhəri Nəsimi rayonu. 3-cü mkr, H.B.Əİiyev küçəsi 38 saylı evin 22 nömrəli mənzilində qeydiyyatdaytadır və həmin mənzildə faktiki olaraq yaşayır və mərhum atası X7 vəfat edən günədək onunla birgə həmin mənzildə qeydiyyatda olaraq faktiki olaraq yaşamış və həmin mənzildə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs Bakı şəhəri Baş Səhiyyə İdarəsi 20 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 129 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan X7 ünvan 3aciəti olmayıb, eyni zamanda X7 xx.xx.2021-ci il tarixində vəfat etdiyindən poliklinika tərəfindən X25 şəhadətnamənin yazılması imkan xaricindədir. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE 02715136 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 XX.XX.1932ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1967-ci ildə Rusiya Federasiyası, Yesentuki şəhərində anadan olmuş, atası X13r. Bakı şəhəri Səadət sarayı tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 481731 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X9 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 677 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atayev, Atayeva soyadı verilmişdir. Təcili və X8 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə X4 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Mərhum atası X7 vəfat edən günədək xx.xx.2021-ci ilə onunla birgə qeydiyyatda olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3-cü mkr., H.B.Əliyev küçəsi, ev 38, mənzil 22 ünvanında yaşayan X7 ünvan 3aciəti olmayıb, eyni zamanda F.Muxtarov xx.xx.2021-ci il tarixindən vəfat etdiyindən plikilinika tərəfindən X25 Şəhadətnamə yazılması imkan xaricindədir. Abşeron rayon Xıdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, XB-086 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Xıdalan qəbristanlığmda dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X4 xx.xx.1932-ci ildə doğulduğu, xx.xx.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur, mərhum isə onun atası idi. Mərhum bir neçə müddət xəstə idi, müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur, mərhum isə onun atası idi. Mərhum bir neçə müddət xəstə idi. Vəfat edən gün mərhumun yanına getmək üçün ərizəçigilə getdilər, həmin vaxt onun artıq vəfat etdiyini bildilər. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçinin əri onun yaxın dostudur. Mərhum vəfat edən günü ərizəçinin əri ona zəng edərək qayınatasının vəfat etdiyini bildirdi. Mərhum xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib, Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin atası olmuşdur. Muxtarov X6 qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1932-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1932-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar