Məhkəmə qərarları › İş №2(006)-2608/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2608/2023

13.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2608/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi «Caetano Distribution” MMC (Maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi MMC və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00006 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesi nəticəsində Ərizəçi MMC və Maraqlı şəxs arasında Barışıq sazişi bağlanmışdır. Həmin Barışıq sazişinə əsasən Maraqlı şəxs 18.158,2 manat vəsaiti 25 fevral 2023-cü il tarixdən başlayaraq hissə-hissə 4 ay ərzində ödəməyi öz öhdəsinə götürüb. Razılığa zidd olaraq bu günədək rəsmi olaraq Maraqlı şəxs «Caetano Distribution” MMC-yə hər hansi vəsaiti ödəməmişdir. Bununla da Maraqlı şəxs həmin Barışıq Sazişinin şərtlərini pozmuşdur. Qeyd edilənə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında ərizəçinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə ərizəçinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00006 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:  "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, CD-236/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 19 158,20 (on doqquz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində borc yaranmışdır.  "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, CD-236/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 19 158, 20 (on doqquz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində yaranmış borcdan 1 000 (bir min) manatını Maraqlı şəxs ödəmişdir. Qalıq borc 18 158,20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat təşkil edir.  Maraqlı şəxs qalıq borcu 18 158,20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləği 25 fevral 2023-cü il tarixindən etibarən 4 ay müddətində ödəməyi öz öhdəsinə götürür.  Maraqlı şəxs qalıq borcu 18 158, 20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləği ilk 3 ay 5 000 ( beş min) manat, 4-cü ay isə 3 158,20 (üç min yüz əlli səkkiz manat iyirmi qəpik) manat olmaqla qaimə ilə "xxxx" MMC-nin hesabına ödəməyi öz öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, «Caetano Distribution” MMC ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizəçi «Caetano Distribution” MMC-nin (Maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Caetano Distribution” MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00006 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, CD-236/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 19 158,20 (on doqquz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində borc yaranmışdır.

2. "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, CD-236/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 19 158, 20 (on doqquz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində yaranmış borcdan 1 000 (bir min) manatını Maraqlı şəxs ödəmişdir. Qalıq borc 18 158,20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat təşkil edir.

3. Maraqlı şəxs qalıq borcu 18 158,20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləği 25 fevral 2023-cü il tarixindən etibarən 4 ay müddətində ödəməyi öhdəsinə götürür.

4. Maraqlı şəxs qalıq borcu 18 158, 20 (on səkkiz min yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləği ilk 3 ay 5 000 ( beş min) manat, 4-cü ay isə 3 158,20 (üç min yüz əlli səkkiz manat iyirmi qəpik) manat olmaqla qaimə ilə "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürür.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar