Məhkəmə qərarları › İş №2(006)-2617/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2617/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2617/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, mərhum *8.*7.1951-ci il tarixdə Şəki şəhərində anadan olan anası X3 21 may 199*-ci il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 2*-də qeydiyyatda olan *8.*7.1951-ci il tarixdə Şəki şəhərində anadan olan ərizəçinin anası X1 şəhərində 21 may 199*-ci il tarixdə vəfat etmişdir. Anasının rəhmətə getməsi ona və ailə üzvlərinə psixoloji sarsıntı keçirtməsinə səbəb olmuş, ona görə də anasının ölüm haqqında şəhadətnaməsini götürə bilməmişlər. Üzrlü səbəbdən müddəti ötürmüşlər. Anası vəfat etdikdən sonra onlar onu Şəki rayon, Oxud kəndində yerləşən Yel Baba qəbiristanlığda dəfn etmişlər. Eyni zamanda anası rəhmətə gedən vaxt ərizəçi azyaşlı olmşdur. Son vaxtlar isə evlə bağlı sənədləşmə aparmaq istədikdə ondan anası barədə hər hansı məlumat istədilər və anasının vəfat etdiyini bildirdikdə ondan ölüm haqqında şəhədatnamə istəmişlər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və ona bildirmişlər ki, *8.*7.1951-ci il tarixdə Şəki şəhərində anadan olan anası X3 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. X9 1951-ci ildə doğulmuşdur. 2 qardaş, 1 bacıdırlar. Anası rəhmətə gedəndə 19 yaşında idi. Anası 21.*5.199*-cı il tarixdə rəhmətə getmişdir. Ürək xəstəliyi vardı. Həmin ərəfə havasını dəyişsin deyə Şəki şəhərinə aparmışdılar. Sel olmuşdu deyə kəndə gedə bilməmişdilər, xalasıgildə qalmışdılar. Elə ondan 1-2 gün sonra anası vəfat etmişdir. O vaxt bilməmişdilər, başları qarışıq olub ölüm haqqında şəhadətnamə almamışdılar. Mərhum Şəki rayon Oxud kənd qəbiristanlığında dəfn olunmuşdur. 25.*4.2*25-ci ildə də atası vəfat etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçinin atası ilə əmioğludular. Atasıgil Bakı şəhərində yaşayırdılar. Məmmədova Xəzəngül 21.*5.199*-cı il tarixdə vəfat etmişdir. Şəki rayon Oxud kənd qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İV982694 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, anası X5 qızı və atası X6 qeyd edilmişdir. Şəki şəhəri İHB-nin 2*1 saylı *5.*5.2*25-ci il tarixli arayışına əsasən Məmmədova (Abdullayeva) Xəzəngül Nuru qızı *8.*7.1951-ci ildə Şəki rayonu Oxud kəndində anadan olmuşdur. 21.*5.199*-cı ildə Bakı şəhərində öz evində vəfat etmiş və Şəki rayonu Oxud kənd qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 12.*3.2*25-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12.*3.2*25-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X15 “5 nömrəli Şəhər Poliklinikasının 18-1-1-48/2-82/2*25 nömrəli 17.*3.2*25-ci il tarixli məktubuna əsasən, *8.*7.1951 -ci il təvəllüdlü X5, Bakı şəhəri Nəsimi rayon,3 Alatava ev 2* ünvanında yaşayan, 21.*5.199*-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət ünvan 2 şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 1*6 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi məsləhət görülür. Bakı Şəhəri Maraqlı şəxsndə 13.*3.2*25-ci il tarixli 3-16-5/8-M-15-472/25 nömrəli Ərizəçiya ünvanlanmış məktubuna əsasən, X3 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3*7.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3 №-li 12 aprel 2*19-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası (mərhumun oğlu olması iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə ilə müəyyən edilir) X5 21.*5.199*-cı il tarixdə Şəki şəhərində vəfat etmiş və Şəki rayonu Oxud kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, sökülməsi nəzərdə tutulan evdən anasını qeydiyyatdan çıxara bilməsi üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, *8.*7.1951-ci il təvəllüdlü X3 21.*5.199*-cı il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və X3 21.*5.199*-cı il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*7.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *8.*7.1951-ci il təvəllüdlü X3 21.*5.199*-cı il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar