Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2676/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 20.05.1939-cu ildə Azərbaycan Respublikasının Bərdə rayonu, Alaçədir kəndində anadan olmuş X2 13 mart 2008-ci il tarixdə və 01.08.1933-cü ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuş X3 12 dekabr 2009-cu il tarixdə ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamələrin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə prosesində vermiş olduğu ərizə ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 05.09.2018-ci il tarixli, 1565/08 saylı məktubundan görünür ki, X3 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsi tərəfindən mümkün olmaması qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 05.09.2018-ci il tarixli, 1566/08 saylı məktubundan görünür ki, X2 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsi tərəfindən mümkün olmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 iyul 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimatın 2-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra - şəhadətnamə) ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra - ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra stasionar tibb müəssisəsi) və patolojı-anatomık müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir; 3-cü bəndinə əsasən Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X1 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada "Xəbərdarlıq vərəqəsi" doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir; 4-cü bəndinə əsasən Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə '‘Xəbərdarlıq vərəqəsi" və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yuxarıda qeyd edilən təlimatdan göründüyü kimi “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün müvafiq tibb müəsisəsinə müraciət edilməlidir. Müvafiq olaraq həmin şəhadətnamə əsasında qeydiyyat şöbəsinə müraciət edilməklə ölüm haqqında şəhadətnamə alına bilər. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan ərizəyə məhkəmədə baxılmalı deyildir. Ərizəçi tərəfindən müvafiq sahə poliklinikasına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. Habelə, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair” mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2676/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2676/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver