Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2685/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi və maraqlı şəxs olan Maraqlı şəxs xx.xx.2018ci il tarixində rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü qızları X15 dünyaya gəlmişdir. Maraqlı şəxslə aralarında olan nikah münasibətlərinin ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X12 ərizəçinin himayəsində qalması, nikah ləğv edildikdən sonra alimentin ödənilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs keçirilmiş mediasiya prosesində iştirak etmiş və aralarında 29 dekabr 2021-ci il tarixli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Lakin, maraqlı şəxs tərəfindən barışıq sazişinin aliment ilə bağlı olan hissəsi icra edilmir və aliment əksik məbləğdə ödənilir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət vardır. Maraqlı şəxs ilə aralarında olan nikaha Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirmişdir ki, barışıq sazişi aliment hissəsində cavabdeh tərəfindən könüllü şəkildə vaxtlı-vaxtında icra edilmir. Bu səbəbdən də sazişin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355- 25.2-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılaşırlar ki, aralarında rəsmi bağlanmış 473 nömrə ilə qeydə alınmış 11 mart 2018-ci il tarixli nikah münasibətlərinə tam xitam verilsin və iddiaçı tərəfindən bu barədə aidiyyatı məhkəməyə müraciət edilsin. 2.1.1. Nikaha xitam verildikdən sonra Tərəflərin birgə nikahından doğulmuş Övladın İkinci tərəf ana-X7 himayəsində saxlanılsın. X11 Maraqlı şəxs övladı X15 ilə istənilən vaxt ünsiyyətdə olmağına heç bir maneə törətməməyi öhdəsinə götürür. 2.1.2. Həmçinin, İkinci tərəf-Babayeva Ramina X4 atası Maraqlı şəxs yanında həftədə 2 gecə (həftənin günləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyə olunur) qalmağına razılıq verir (10 yaşına qədər dayə ilə). 2.1.3. Maraqlı şəxs X2 üçün uşağın 18 yaşı tamam olana qədər X8 hər ay 4.500 manat məbləğində vəsaitin (alimentin) ödənilməsini öhdəsinə götürür. Lakin, Maraqlı şəxs əmək qabiliyyətini itirsə, o zaman uşağın saxlanma xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq. 2.1.4. X11 bu Sazişin 2.1.5-ci bəndində qeyd olunan öhdəliyi yerinə yetirsə, Maraqlı şəxs X1 əsasında 290.000 manat məbləğində Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səvərəliyeva küçəsi, ev 28, mənzil 65 təmirli mənzilini alınmağı öhdəsinə götürür və həmin mənzilə dair heç bir tələbinin olmadığını bildirir. 2.1.5. X11 birgə nikah dövründə adına alınan ünvan 1 ünvanında yerləşən mənzili bu saziş bağlandığı tarixdən 1 həftə ərzində Maraqlı şəxs adına rəsmiləşdirməyi öhdəsinə götürür və gələcəkdə həmin əmlaka dair heç bir tələbinin olmadığını bildirir. Həmin mənzil Maraqlı şəxs adına notariat qaydasında rəsmiləşdirildikdən sonra X11 bu barədə bağlanmış əqdi gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür. 2.1.6. Tərəflər uşağı xaricə ölkələrə qısa müddətə (səyahət, müalicə və s.) aparmaq üçün bir-birinə icazə verməyi öhdələrinə götürürlər (o cümlədən, 10 yaşına qədər dayə ilə). 2.1.7. Babayeva Ramina X3 psixi, fiziki, mənəvi inkişafı və təhsili ilə bağlı məsələləri Maraqlı şəxs razılığı ilə həll edilməsini öhdəsinə götürür. 2.1.8. Maraqlı şəxs bəyan edir ki, o, X9, X14 və X10 (X6ceki evlilikdən olan qızı), işlədiyi müəssisədə nəzərdə tutulan ailə üzvləri üçün korporativ tibbi sığorta ilə təmin edəcək. Bu bənddə qeyd olunan razılaşma hər uşağın 18 yaşına çatana qədər qüvvədədir. 2.1.9. Tərəflər bəyan edirlər ki, birgə nikah dövründə birgə təsərrüfat hesabına əldə etdikləri bütün daşınar və daşınmaz əmlaklar, əşyalar, pul vəsaitləri, reyestr və qeydiyyat orqanı tərəfindən mülkiyyətçi olaraq qeydə alınan şəxsin mülkiyyətində qalır və ər-arvad arasında heç bir bölgüyə məruz qalmır. Hazırda tərəflərin bütün daşınar və daşınmaz əmlakları, əşyalar, pul vəsaitləri ilə bağlı hər hansı iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. 2.1.10. Tərəflərin birgə nikah dövründə üzərlərinə götürdükləri pul öhdəliklərini (borcları) nikah pozulsa belə bir-birindən tələb etməməyi bəyan edirlər. 2.1.11.Tərəflər təsdiq edirlər ki, onlar Sazişin şərtlərini, onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Saziş imzalandıqdan dərhal sonra məcburi hüquqi qüvvəyə minir. Bu sazişin qüvvədə olma müddəti daimidir. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquqi və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı və qeyd olunan şərtlərin icrasının təmini üçün tərəflər qarşılıqlı öhdəlik daşıyır. Tərəflər sazişi könüllü icra edəcəklərini öz öhdələrinə götürür. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Tərəflər bu sazişi imzalandıqdan sonra 1 iş günü ərzində Mediasiya üçün müraciətdə qeyd edilən tam mediasiyanın keçirilməsi üçün razılaşdırılmış mediasiya xidmət haqqını mediatora ödəməyi öhdəsinə götürür. 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciə edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlqədar müvafiq qaydada məhkəməyə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası, həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, övladlarının maddi və mənəvi mənafeyini üstün tutaraq onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya saziş imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazlrki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.4.3. mediasiya və ya hazırki sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə, 3.4.5. yaxın qohumlara, 3.4.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu sazişin məzmununun sazişin 3.4.1 və 3.4.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu saziş tərəflər arasında vahid razılaşma təklif edir və bu mövzuda yazılı və şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi X11 ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, barışıq sazişinin bütün şərtlərinə əməl edilmiş və icra edilmişdir. Lakin, Maraqlı şəxs tərəfindən barışıq sazişinin aliment ilə bağlı olan hissəsi icra edilmir və aliment əksik məbləğdə ödənilir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişinin bir hissəsi ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə də təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizəçi X7 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, belə ki, ərizəçi X11 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Maddə 2. Barışığın şərtləri 2.1.3. Maraqlı şəxs X2 üçün uşağın 18 yaşı tamam olana qədər X8 hər ay 4.500 manat məbləğində vəsaitin (alimentin) ödənilməsini öhdəsinə götürür. Lakin, Maraqlı şəxs əmək qabiliyyətini itirsə, o zaman uşağın saxlanma xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq”... hissəsində təsdiq edilməli, qalan hissədə isə təsdiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maddə 2. Barışığın şərtləri 2.1.3. Maraqlı şəxs X2 üçün uşağın 18 (on səkkiz) yaşı tamam olana qədər X8 hər ay 4.500 (dörd min beş yüz) manat məbləğində vəsaitin (alimentin) ödənilməsini öhdəsinə götürür. Lakin, Maraqlı şəxs əmək qabiliyyətini itirsə, o zaman uşağın saxlanma xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq”... hissəsində təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2685/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2685/2023
31.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver