Məhkəmə qərarları › İş №2(006)-2762/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2762/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2762/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4onun bacısı idi. 18.03.025-ci il tarixdə bacısı Abdullayeva Leylanın vəziyyəti ağırlaşdı və X10 gələnə gədər o vəfat etmişdir. Onlar bacısını xx.xx.2025-ci il tarixində Bakı şəhəri köhnə qəbirstanlığında dəfn etdilər. Həmin gün o ölüm haqqında şəhadətnamə almaq üçün 37 nömrəli şəhər poliklinikasına müraciət etdi. Son vaxtlar bacısının 37 nömrəli şəhər poliklinikasına müraciəti və təhkimi olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermədilər. Ona bildirdilər ki, “əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz məhkəməyə müraciət etməlisiz” Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, X4 onun baldızı olub. Mərhum 18 mart tarixində dünyasını dəyişib. Dəfn mərasimində mərhumun rəfiqələri ilə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, o, ərizəçinin oğludur. Mərhum 1953-cü il təvəllüdlü X4 onun atasının bacısıdır. Anası tez-tez bibisinin yanına gedirdi. Dəfn mərasimində mərhumun rəfiqələri ilə iştirak edib. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və şahid izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: - ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:40-da 02 saylı bölmənin X10 briqadası ünvan 1 ünvanına çatdıqda X4 vəfat etmişdir. - 37 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü mərhum X4 xx.xx.2025-ci il tarixdə rəhmətə gedib. Mərhumun 37 nömrəli şəhər poliklinikasına müraciəti və təhkimi olmadığı üçün Ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. - 3 saylı Bakı “Asan Xidmət” X3 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə tərəfinfən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında bacısının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. - Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən məhrum xx.xx.1953-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. - ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X1 Ərizəçi bacısı olması faktı öz təsdiqini iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədə tapmışdır. Göründüyü kimi, Ərizəçi bacısı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1953-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Odur ki, məhkəmə yuxarıdan göstərilənlərə əsasən belə qərara gəlir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi təmin edilməli, xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar