Məhkəmə qərarları › İş №2(006)-2775/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2775/2023

09.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2775/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı 16 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə hayatı qurmuşdur. Onunla nikahları xx.xx.2016-cı il tarixdə 5-saylı “ASAN Xidmət" mərkəzində 4763 nömrə altında qeydə alınmışdır. Cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2017-ci il tarixdə oğlu X3 və xx.xx.2021-ci il tarixdə isə digər oğlu X4 anadan olmuşdur. Bakı 16 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının 13 May 2023-cü il tarixli protokoluna və barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ona 400 manat alimentin ödəməsini oz öhdəsinə götürmüşdür. Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq hər ayın 25-dən 30-na kimi onun kart hesabına ödəniləcəkdir. Həyat yoldaşı Maraqlı şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon X5 yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində xidmət edir və aylıq əmək haqqı 987 manat 44 qəpikdir. Ona görə də bu sazişin təsdiq ediİməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) aralarında olan aliment tələbi barədə mübahisə üzrə barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən: 1.Tərəflər xx.xx.2016-ci il tarixində 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi AZ-İİN 4763 nikah akt qeydinin davam etməsi barədə razılığa gəlmişlər; 2.Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvvəllüdlü X1 və xx.xx.2021-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi qızma), hər ay 400 (dörd yüz) manat alimentin ödəməsini öz öhdəsinə götürür; 3. Alimentin ödənilməsi üçün hər ay 2-ci tərəfin (Maraqlı şəxs) əmək haqqından 400 manat tutulmalı; 4.Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. Həmçinin həmin Sazişin 6-cı bəndinə əsasən Saziş könüllü icra ediləcəkdir. 8-ci bəndə əsasən Sazişin könüllü icrasından imtina olunarsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvvəllüdlü X1 və xx.xx.2021cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1ci tərəfə (Ərizəçi qızma), hər ay 400 (dörd yüz) manat alimentin ödəməsini öz öhdəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.Tərəflər xx.xx.2016-ci il tarixində 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi AZ-İİN 4763 nikah akt qeydinin davam etməsi barədə razılığa gəldilər. 2.Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvvəllüdlü X1 və xx.xx.2021cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1ci tərəfə (Ərizəçi qızma), hər ay 400 (dörd yüz) manat alimentin ödəməsini öz öhdəsinə götürür.

3. Alimentin ödənilməsi üçün hər ay 2-ci tərəfin (Maraqlı şəxs) əmək haqqından 400 manat tutulsun. 4.Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar