Məhkəmə qərarları › İş №2(006)-2791/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2791/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2791/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, bibisi X1, ölüm faktının müəyyən edilməsinə və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü, eyni ünvanda qeydiyyatda olan X1, qardaşı oğludur. Bibisi, X3 ailə həyatı qurmadığı üçün uşağları yoxdur. Uzun illərdir ki, onunla bir ünvanda yaşamışdır, daha sonra onlarla birkikdə, anasına məxsus evə Şixəli Qurbanov ev 1 mənzil 27- yə köçmüşdür. Yaşadıqları ünvanı dəyişməsi səbəbindən, gələcəkdə tibbi xidmət göstərməsi üçün 3 nömrəli şəhər poliklinikasının qeydiyyatına düşmüşlər. Atası, X4 xx.xx.2023-cü il tarixdə ürək durğunluğu çatmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Bibisi, X3 xx.xx.2024-cü il tarixdə günorta saatlarında yuxuda dünyasını dəyişmişdir. xx.xx.2024-cü il tarixdə Təcili və X6 Stansiyasından, ölüm haqqında xəbərqarlıq vərəqəsi almış. X2, babasının və nənəsinin yanında dəfn etmişdir. Bundan sonra 3 nömrəli Şəhər Poliklinikasına müraciət edərək bibisinin ölüm haqqında tibbi sənədi almaq istəsəm də, xx.xx.2024-cü il tarixdə 18-1-1-1/2-F- 522-xx-xx/2024 nömrəli "Ölüm haqqında şəhədətnamə" nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tibb şəhədətnaməsinin verilməsindən "imtina" olunmuşdur. xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsindən 3-16-5/8-1383/24 nömrəli imtina arayışı almış, ona görə də, məhkəməyə müraciət etmək məcburiyyət yaranmışdır. Ərizəçi məhkəmə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə ünvanlayaraq, bibisi X1 03 aprel 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmməd-zadə Arif Nəsrulla oğlu izahat verərək bildirmişdir ki, ərizəçinin bibisi olan X3 onun xalasıdır. 03 apreldə vefat edib, yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Tamilla xala ilə onu Arif tanış edib. Tamilla xala apreldə dəfn edilmişdir, yasda iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (1418ZAV) sürətindən görünür ki, X3 xx.xx.1937-ci il tarixində doğulmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:15-də xəstənin yanına gəlinmiş və qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X11"Bakı Baş Səhiyyə Mərkəzi" X11 3 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 08 aprel 2024cü il tarixli məktubundan görünür ki, qohumu xx.xx.1937-ci il təvəllüdlü X1 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 No-li Qərarı ilə təsdiq edilmiş "Olüm haqqında şəhadətnamə" nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəfimizdən mərhumun adına "Olüm haqqında tibbi şəhadətnamə" verilməsi mümkün deyil. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AR DİN “yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X3 28 avqust 2007-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal Bələddiyəsinin 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu,X10 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda dəfn edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar