Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2804/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş atası mərhum İsmailov Məmməd X11 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X12 Ata Kişi oğlu xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası mədə xərçəngi xəstəliyindən əziyyət çəkərək xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həmin vaxt başı hüzür mərasiminə qarışdığına və anasının atasının ölüm haqqında şəhadətnaməsini alacağını güman etdiyimə görə həmin şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, atasıın ölüm haqqında şəhadətnaməsi hələ də alınmamışdır. Bu məqsədlə 1 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş və ona verilmiş xx.xx.2020-ci il tarixli, 42 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, atasının ölüm səbəbi poliklinikaya məlum olmadığından və həkimlər ölümə şahidlik etmədiyinə görə şəhadətnamənin verilməsi qeyri-mümkündür. O, atasının vərəsəsi kimi tanınıb vərəsəlik şəhadətnaməsini əldə etmək üçün atasının ölüm haqqında şəhadətnaməsini notariat orqanına təqdim etməlidir. Atasıın ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli 05/Q-102/75 nömrəli məktubla mənə bidlirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəinin müvafiq sənədi ilə təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktları” kitabında hər-hansı məlumat aşkar edilmədiyindən ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının ölüm haqqında şəhadətnaməsi vərəsə kimi tanınmaq üçün notariat orqanına təqdim etməli olduğu vacib sənəddir. Həmin sənədin də əldə edilməsi üçün atasının ölməsi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, atası evdə rəhmətə getmişdir. Rəhmətə gedən zaman yanında o və anası olmuşlar. Yas mərasimi olmuş, dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Atası Milli Onkoloji Mərkəzdə 7 ay müalicə olunmuş və orada qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında bildirdi ki, X12 Ata Kişi oğlu onun həyat yoldaşı olmuşdur. 2019-cu il dekabrın 5-i səhərə yaxın evdə rəhmətə getmişdir. Onkoloji xəstə idi. Ürəyi bulanırdı, elə bilirdilər ki, təzyiqi qalxıb, onkoloji xəstə olduğunu vaxtında bilməmişlər. Artıq xəstəliyin 4-cü mərhələsində idi. Rəhmətə gedəndə yanında o və oğlu olmuşdur. “Dağüstü 1” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09:07 radələrində İsmailov Məmməd X11 adına çağırış daxil olmuş, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş X4 surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X12 Ata Kişi oğluna C16.2-Mədə cisminin bədxassəli yenitörəməsi cT3N1M1 mərhələ İV G2 diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZE № 04821403 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X12 Ata Kişi oğlu ünvan 1 mənzil 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayon bələdiyyəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 685 №-li arayışdan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü İsmailov Məmməd X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2019-cu il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2020-ci il tarixli, 05/Q-102/75 №-li məktubun surətindən görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan 1 saylı şəhər poliklinikası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 42 saylı arayışdan görünür ki, 1947-ci il təvəllüdlü X2 ölüm səbəbi poliklinikaya məlum olmadığından və həkimlər ölümə şahidlik etmədiyindən poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, X12 Ata Kişi oğlu ərizəçinin atası olmuşdur. O, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. X12 Ata Kişi Bakı şəhəri, Yasamal rayonu, “Dağüstü 1” qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1947-ci il təvəllüdlü X12 Ata Kişi oğlu oğlunun xx.xx.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü İsmailov Məmməd X11 xx.xx.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2804/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2804/2020
28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver