Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2817/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov, dalan 2, ev 6-da qeydiyyatda olan X4 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. O xx.xx.2024-cü il tarixdə, yaşadıqları Nizami rayonu, Mətləb Ağayev, 44/2 ünvanında vəfat etmişdir. Həmin vaxt Bakı şəhəri Təcili və X5 xidmətinin əməkdaşları gəlmiş və ölüm faktı ilə bağlı sənəd təqdim edilmişdir. Mərhum Biləcəri qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün ərizəçi tərəfindən Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə şəhadətnamənin təqdim edilməsindən imtina edilmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin əldə edilməsinə zərurət vardır. Belə ki, vərəsəlik hüququnun həyata keçirilməsi başda olmaqla, bir sıra sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamə əldə edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X7 bildirmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçi xx.xx.2024-cü il tarixdə zəng edib bildirmişdir ki, anasının vəziyyəti yaxşı deyildir. Mərhumun halı pisləşmiş və təcili yardım çağrılmışdır. Lakin buna baxmayaraq X4 vəfat etmiş və Biləcəri qəbiristanlığında dəfn edilmişdir. X7 dəfn mərasimində iştirak etmiş, dəfn mərasimində həmçinin qohumlar və yaxınlar da iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X8 bildirmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçi xx.xx.2024-cü il tarixdə axşam saat 11 radələrində zəng edib bildirmişdir ki, anasının vəziyyəti yaxşı deyildir. X8 onlara getmiş, həkim çağırılmış, lakin həkim gələnə qədər X4 vəfat etmişdir. Bildiyi qədəri ilə X2 heç bir xəstəliyi olmamış, o, insult keçirmiş və rəhmətə getmişdir. O, Biləcəri qəbiristanlığında dəfn edilmişdir. X4 vəfat etdikdən sonrakı gün dəfn olunmuşdur. X8 dəfn mərasimində iştirak etmiş, dəfn mərasimində həmçinin qohumlar və yaxınlar da iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X6 bildirmişdir ki, o ərizəçinin dayısı, mərhumə X2 isə qardaşıdır. O həmin gün evdə imiş və ona zəng gələrək bildirimişdir ki, bacısının vəziyyəti yaxşı deyildir. X6 onlara getmiş, həkim çağırılmış, lakin həkim gələnə qədər X4 vəfat etmişdir. O, insult keçirmiş və bu səbəbdən rəhmətə getmişdir. O, Biləcəri qəbiristanlığında dəfn edilmişdir. X4 vəfat etdikdən sonrakı gün dəfn olunmuşdur. X6 dəfn mərasimində iştirak etmiş, dəfn mərasimində həmçinin qohumlar və yaxınlar da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirmişdir ki, o, ərizəçinin atası, mərhumənin isə həyat yoldaşıdır. Həmin gün mərhumənin vəziyyəti yaxşı imiş. O, təzyiq xəstəliyindən əziyyət çəkirdi. Həmin vaxt X9 evdə olmamış, evə qayıdarkən onun halının pisləşməsinin şahidi olmuşdur. Ona nə qədər kömək etsələr də X4 dünyasını dəyişmiş və Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-632/2024 saylı məktubdan görünür ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X1 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:15-də Nizami rayonu, Mətləb Ağayev, 44/2 ünvanına X3 adına çağırış daxil olmuşdur. Həmin xəstəyə həkimə qədər ölüm diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi İdarəetmə Birliyi” PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 5 nömrəli şəhər poliklinikasının Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 230 saylı məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov, dalan 2 ünvanında qeydiyyatda olan, Nizami rayonu, Mətləb Ağayev, 44/2 ünvanında yaşayan X4 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə və müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. İş materiallarına həmçinin dəfn yerinin fotoşəkli, doğum haqqında şəhadətnamənin surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına və şahid ifadələrinə əsasən xx.xx.1974-cü il tarixdə anadan olmuş X2 Biləcəri qəbiristanlığında dəfn edildiyi faktı təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2817/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2817/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver