Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2834/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 05A000030030 saylı kredit müqaviləsinin və 005R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05A000030030 saylı kredit müqaviləsi üzrə 9523.34 manat məbləğində kredit borcu, 689.43 manat məbləğində faiz borcu və 3037.82 manat məbləğində cərimə borcu olmaqla, 005R********** saylı kredit razılaşması üzrə 3749.97 manat məbləğində kredit borcu, 225.31 manat məbləğində faiz borcu və 905.42 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 18131 (on səkkiz min yüz otuz bir) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43. 0 kv.m. yaşayış, 14.8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 18131 (on səkkiz min yüz otuz bir) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 nömrəli evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43. 0 kv.m. yaşayış, 14.8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 19 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək, iddia ərizəsinin “xahiş edirik” hissəsində texniki səhvə yol verildiyini, ipoteka predmeti olan əmlakın səhv qeyd edildiyini, ipoteka ilə yüklü edilmiş əmlakın Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində 35 saylı evin 5ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58.84 kv.m., yaşayış sahəsi 43.14 kv.m., yardımçı sahəsi 15.7 kv.m. olan 3 otaqlı 15 nömrəli mənzil olduğunu və tutmanın məhz qeyd olunan əmlaka yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(006)-2834/2021 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək dayandırılmışdır. 28 sentyabr 2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən keçirilmiş 13 sentyabr 2021-ci il tarixli, № 9/4199 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, 20 oktyabr 2021-ci il tarixdə isə "xxxx" MMC tərəfindən 19 oktyabr 2021-ci il tarixli, A/01-PLS saylı məlumat (sənədin icra olunmadan geri qaytarılması barədə) daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Sonradan İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə ekspertiza rəyi verilmədən icraatın təzələnməsini, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli №3 saylı Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait müştərək qaydada iddiaçı və cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2834/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2834/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver