Məhkəmə qərarları › İş №2(006)-2857/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2857/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2857/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu X15 rayonunun Masazır qəsəbəsində dünyasını dəyişmiş və Qaradağ rayon Sahil qəbiristanlığında dəfn olunmuşdur. Ölüm hadisəsinin baş verməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Respublika Təcili və X8 Mərkəzi PHŞ Sumqayıt TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Lakin, Abşeron rayon Mərkəzi X1 ölümü haqqında tibbi arayışın verilməsi ilə bağlı müraciət olunsa da, həmin arayışın verilməməsi səbəbindən Maraqlı şəxs2 tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxarılmasına zərurət yaranmışdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Nəsimi rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 tərəfindən nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi övladı X12 onun qızının əri olmuşdur. X3 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş və Qaradağ rayon Sahil qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfnində iştirak etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi övladı X12 onun qızının əri olmuşdur. X3 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş və Qaradağ rayon Sahil qəbiristanlığında dəfn olunmuşdur.

7. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 ilə X2 nikahı haqqında xx.xx.1968-ci il tarixdə 77 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Soltanova” soyadı verilmişdir.

9. Doğum haqqında АЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, atası X13, anası X4 olan X12 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur.

10. X6 AA6390695 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur (Fin: 1C2X73D).

11. xx.xx.2025-ci il Respublika Təcili və X8 Mərkəzi PHŞ-nin Sumqayıt TTTY Bölməsi Sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 23:10-da ünvan 1 ünvanında X6 adına çağırış daxil olmuş, həkim Məmmədli Məmməd və feldşer Müsrəlova Aynurədən ibarət tərkibdə briqada ünvana gəldikdə otaqda yerdə “kişi meyiti aşkar edildi” qeyd edilmişdir.

12. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Sahil bələdiyyəsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəbiristanlığında dəfn olunmuşdur.

13. Maraqlı şəxs2 tərəfindən ərizəçiyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölümü təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasının imkan xaricində olması qeyd edilməklə, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir.

14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müvafiq qərara əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümünün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzə ambulator tibb müəssisəsi tərəfindən verilir. X6 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” həmin xəstəxana tərəfindən verilmir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1971-ci ildə Cəlilabad şəhərində anadan olmuş X12 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində vəfat etmiş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəbiristanlığında dəfn olunmuşdur.

16. Ərizəçi mərhum övladının ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, onun müraciətinə ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 31 yanvar tarixli 5 nömrəli qərarına əsasən verildiyi bildirilmiş, Maraqlı şəxs2 isə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ölümün qeydə alınmasının mümkün olmamasını bildirmişdir.

17. Övladının ölüm haqqında şəhadətnaməsi ərizəçiyə onun ölümündən sonra verilən birdəfəlik müavinəti almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1971-ci ildə Cəlilabad şəhərində anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir.

Nəticə:

20. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Cəlilabad şəhərində anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar