Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2861/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və çıxarılmış qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasının qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X14 onun atasıdır. O, xx.xx.1959-cu il tarixdə ermənistan, Vardenis rayonunda anadan olmuşdur. ermənistanın 1988-ci il tarixdə başlatdığı qanunsuz müharibə zamanı onlar qaçqın düşərək Azərbaycan Respublikasında məskunlaşmışlar və hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Mərhum atası X14 işlədiyi "xxxx" QSC-nin Həzi Aslanov metrosunda xx.xx.2022-ci il tarixdə xidməti işində olarkən ürək-damar çatışmamazlığından əziyyət çəkib iş yerində vəfat etmişidr. O, ölən vaxta kimi təcili tibbi yardım maşını gəlib çıxmadığından, ona verilmiş tibbi sənəddə ölümünün səbəbi göstərilməmişdir. Bu barədə 7 saylı yardımçı stansiyanın tibbi heyəti xx.xx.2022-ci il tarixdə 02:30-da metronun Həzi Aslanov stansiyasına hadisə yerinə gələrək kişi cinsli meyid gördüklərindən və ölümün səbəbini bilmədiklərindən həkimə qədər ölüm kimi qeydiyyat aparmışlar. Lakin onlar bilirdilər ki, atalarında ürək-damar çatışmamazlığı xəstəliyi vardır və onun ürəyinə beş ay bundan əvvəl anju olmuş və stent qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1959-cu il təvəllüdlü mərhum atası X8 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. Atasının ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişlər. Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü mərhum atası X8 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ona xx.xx.2022-ci il tarixdə 05/Q-567/75 saylı məktubla imtina edilmişdir. Eyni qaydada da Bakı şəhəri Nəsim rayonu 5 saylı şəhər Poliklinikasına da müraciət etmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixdə 146 saylı məktubla imtina verilmişdir. Ona görə də, xx.xx.1959-cu il təvəllüdlü mərhum atası X8 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Atasının ölməsi barədə Bakı Metropolitenində Akt yazılmışdır. Onun Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn edilməsi barədə arayış verilmişdir. Bundan başqa atasının ölməsi və Mehdiabad qəbirstanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda xx.xx.1959-cu il təvəllüdlü mərhum atası X8 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası "xxxx" QSC-də elektrik-mexanik vəzifəsində çalışmışdır. Hadisə günü atası işdə olmuşdur. Gecə saat 02 radələrində ona atasının iş yoldaşı Ruslan Məmmədovdan zəng daxil olmuşdur. Həmin zəng nəticəsində atasının ölüm xəbərini almışdır. Mərhum uzun müddətdir ki, ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Elə bu səbəbdən də, vəfat etmişdir. Onun ölüm xəbərini alar-almaz dərhal hadisənin baş verdiyi yerə getmişdir. Atasını Abşeron rayonu Mehdiabad qəsəbəsində dəfn etmişlər. Ölüm haqqında şəhadətnamənin alınması məqsədilə bir sıra orqanlara müraciət etsələr də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, mərhumun həyat yoldaşı, ərizəçinin isə anasıdır. Mərhum həyat yoldaşı ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Ölümündən bir müddət öncə əməliyyat da keçirmişdir. Mərhum xidməti vəzifələrini yerinə yetirən zaman vəfat etmişdir. Hadisə 29 mart 2022-ci il tarixdə baş vermişdir. Onu Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qızı, ərizəçinin isə bacısıdır. Atası 29 mart 2022-ci il tarixində xidməti vəzifələrini icra edərkən ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Mərhum atasını Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X7 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qızı, ərizəçinin isə bacısıdır. Atası uzun illər boyunca "xxxx" QSC-də elektrik-mexanik vəzifəsində çalışmışdır. Mərhum ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Elə həmin səbəbdən də, vəfat etmişdir. Hadisə 29 mart 2022-ci il tarixində baş vermişdir. Atasını Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X5 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qızı, ərizəçinin isə bacısıdır. Atası 29 mart 2022-ci il tarixində vəfat etmişdir. Mərhumun vəfat etməsi barədə ilk öncə onun qardaşına məlumat verilmişdir. Sonradan bu hadisə ilə bağlı onlar da xəbər tutmuşlar. Mərhum xidmətdə olarkən vəfat etmiş və vəfat etməsinə səbəb olaraq isə onun ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkməsi olmuşdur. Atasını Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X1 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qaynı, ərizəçinin isə dayısıdır. Mərhum iş yerində olarkən vəfat etmiş və hadisə 29 mart 2022-ci il tarixində baş vermişdir. X15 rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı digər qohumlar da iştirak etmişlər. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun iş yoldaşıdır. Belə ki, onlar mərhum Eldar Hüseynov ilə eyni iş yerində çalışmışlar. Mərhum iş yerində olarkən vəfat etmişdir. Onun uzun müddətdir ki, ürək çatışmamazlığı xəstəliyinən əziyyət çəkdiyini bilirdi. Hadisə 29 mart 2022-ci il tarixdə baş vermişdir. Eldar Hüseynovun ölümü ilə əlaqədar dərhal onun oğluna məlumat vermişdir. Mərhumun dəfn mərasimində də, iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X10 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 29 mart 2022-ci il tarixdə Həzi Aslanov metrostansiyasına 1959-cu il təvəllüdlü X8 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. "xxxx" QSC-nin 29 mart 2022-ci il tarixli “stansiyalarda sərnişinlərlə baş vermiş hadisənin” aktından görünür ki, X14 29 mart 2022-ci il tarixdə saat 02:24 radələrində vəfat etmişdir. Aktda mərhumun özünü pis hiss etməsi, bu səbəbdən yerə uzanması, mərhuma ilkin tibbi yardımın göstərilməsinə cəhd etlmək istənilsə də, artıq nəbzinin atmadığı və dünyasını dəyişdiyi, habelə hadisə ilə əlaqədar təcili tibbi yardımın çağırılması açıq-aydın şəkildə qeyd edilmişdir. Bakı Baş Səhiyyə X21 Şəxs 5 №li Şəhər Poliklinikasının 04 aprel 2022-ci il tarixli, 146 saylı məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X14 xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-də rəhmətə getmişdir. Nəsimi rayon 5 saylı şəhər poliklinikasında kardioloqda qeydiyyatdadır, lakin ölüm halı H.Aslanov metropolitendə baş verdiyinə görə “Forma N 106” almaq üçün Nəsimi Rayon Məhkəməsinə müaciət edilməlidir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-567/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 41 saylı arayışından görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X8 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X8 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1959-cu il tarixdə ermənistan, Vardenis rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuş X14 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1959-cu il təvəllüdlü X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə ermənistan, Vardenis rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuş X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2861/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2861/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver