Məhkəmə qərarları › İş №2(006)-2863/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2863/2024

17.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2863/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış MSB/9/2023-01734 saylı Barışıq Sazişinin məcburi icrası üçün həmin Barışıq Sazişinin təsdiq edilməsi və məcburi icraya göndərilməsi, 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi (borc verən) ilə Maraqlı şəxs (borc alan) arasında xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanıb, həmin müqavilə əsasında Xəlilov, Cavadova 65 635 Avro borc pul vermişdir. Həmin müqaviləyə görə borc alan borc verəndən xx.xx.2023-cü il tarixində borc aldığı 65 635 AVRO pulu 29 07.2023-cü il tarixində geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixində həmin pul dəfələr ilə Cavadovdan geri tələb olunsa da o həmin pulu geri qaytarmamışdır. Bu səbəblə xx.xx.2023-cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatında tərəflər arasında könüllü mediasiya iclası keçirilmiş və onların arasında MSB/9/2023-01734 saylı Barışıq sazişi bağlanmışdır. Həmin Sazişə görə, Maraqlı şəxs aldığı 65 635 AVRO pulu xx.xx.2023-cü il tarixində tam olaraq Ərizəçi geri qaytarmağa vəd verir, xx.xx.2023-cü il tarixinə qədər Ərizəçi tərəfindən həmin pulun geri tələb olunması üçün Məhkəməyə və ya İcra Şöbələrinə müraciət olunmayacaq, xx.xx.2023-cü il tarixinə qədər cavabdeh həmin 65 635 AVRO pulu Ərizəçi qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə Ərizəçi hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir. Lakin Cavadov həmin Mediasiya Sazişini də icra etməmişdir. Bu səbəblə ərizəçi ona xx.xx.2024-cü il tarixində rəsmi bildiriş göndərək xx.xx.2023-cü il tarixində bağlanmış MSB/9/2023-01734 saylı X1 icra etməsini, 65 635 AVRO əsas borcu və 118 143 AVRO dəbbə pulunu, cəmi 183 778 AVRO pulu 5 ərzində ödəməsini, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin bildirişi Cavadov xx.xx.2024-cü il tarixində alıb həmin tarixdən 15 gün vaxtın keçməsinə baxmayaraq Cavadov hələ də həmin Sazişi icra etməmişdir. Bu səbəblə Ərizəçi üçün həmin X1n məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti əmələ gəlmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Bu Saziş ilə Birinci tərəf Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs qarşılıqlı olaraq razılaşırlar ki, Ərizəçi, borc kimi xx.xx.2023-cü il tarixində Maraqlı şəxs odluna verdiyi və Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixində Ərizəçi geri qaytarmalı olduğu 65 635 AVRO pulu, Maraqlı şəxs xx.xx.2023-cü il tarixində tum olanıq X2 geri qaytaracaqdır.

2. xx.xx.2023-cü il tarixinə qədər Ərizəçi tərəfindən həmin pulun geri tələb olunması üçün Məhkəməyə və ya İcra Şöbələrinə müraciət olunmayacaq.

3. xx.xx.2023-cü il tarixinə qədər Maraqlı şəxs həmin 65 635 AVRO pulu Ərizəçi qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə Ərizəçi hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar