Məhkəmə qərarları › İş №2(006)-2885/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2885/2021

13.08.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2885/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyini cəlb etməklə Cavabdehnə qarşı «maddi və vənəvi zərərin əvəzinin və hüquqi yardım xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızı Cavabdehnə qarşı «maddi və vənəvi zərərin əvəzinin və hüquqi yardım xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən 2016-cı ilin noyabr ayında çəkilmiş «Axırıncı Yol» adlı filmində 24:54 dəqiqədən başlayaraq 25:18-cı dəqiqəyə qədər «Röyayam» adlı mahnının bir hissəsi radioda səslənmiş, daha sonra isə filmində aktyor İlkin Misgərli tərəfindən zümzümə edilmişdir. Filmdə adı çəkilən mahnının sözlərinin müəllifi İddiaçıdır (şair psevdonimi Ülviyyə Alovlu). Mahnının filmdə istifadə edilməsi üçün müəllifdən heç bir icazə alınmamış, filmdə mahnının müəllifi kimi adı da qeyd edilməmişdir. Əldə edilmiş məlumata görə «Axırıncı Yol» filminin kinoteatrda 150.000, Youtube kanatında isə hazırda 10.000 izləyicisi olmuşdur (https:/ww.youtube.com.watch?v=3AoAvdHbWk). İddiaçı tərəfindən qeyd olunan filmdə səslənən mahnı ilə əlaqədar hüququnun pozulması barədə Cavabdeh MMC-nin direktoru İlkin Həsənliyə pretenziya məktubu ilə müraciət olunmuşdur. Pretenziya məktubu ilə bağlı olaraq barədə 5 təqvim günü müddətində cavabdeh tərəfindən məktubda qeyd olunan ünvana yazılı məlumat vermək xahiş olunmuşdur. Əks təqdirdə pozulmuş müəllif hüquqlarının müdafiəsi və vurulmuş zərərin ödənilməsi üçün məhkəmə instansiyasına müraciçt ediləcəkdir. İddiaçı müəlliflik hüquqlarının pozulması nəticəsində maddi və mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən İddiaçı xeyrinə zərərin əvəzi kimi 30.000 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat, hüquqi yardıma görə 4000 manat, cəmi 44.000 manatın tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Axırıncı Yol» filminin kinoteatrlarda nümayişindən əldə olunan gəlirlən 80.000 manat, internetdə nümayişdən əldə olunan gəlirdən 10.000 manat, müəllif hüququnun pozulması və müəllifdən icazə alınmadan əsərindən kommersiya məqsədi üçün istifadə edilməsinə görə 20.000 manat, iddiaçının adının müəllif kimi əsərdə qeyd edilmədiyinə görə 20.000 manat, mənəvi ziyana görə 5000 manat, hüquqi xidmətə görə 4000 manat, cəmi 149.000 manat məbləğində kompensasiyanın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının qeyd olunan mahnı üzərində müəlliflik hüququ təsdiq olunmalı, buna aid sübutları mövcud olmalıdır. Onlar mahnını filmdə işlədərkən mahnının ifaçısı Röya Ayxandan, həmçinin mahnının müsiqini bəstələyən Ramal İsrafilovdan icazə almışlar. İddiaçı hətta sözügedən filmin premyerasında iştrak edib. Burada əsas məsələ 2017-ci ildə baş tutan «Maşın Şou» realiti şousundan qaynaqlanıb. Həmin şouda formata əsasən səs toplayan şəxs kimisə şoudan kənarlaşdırmaq hüququ əldə edir. İlkin Misgərli də səs toplayaraq Ülviyyə Alovlunu şoudan kənarlaşdırmışdı. İddiaçı da bunun intiqamını almaq üçün hazırda məhkəməyə müraciət edib. Üstəlik qarşı ərəfin tələb etdiyi məbləğ çox absurddur. Biz sosial şəbəkədə filmin baxışından 713 dollar gəlir əldə etmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru X4 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə3 öz izahatında göstərmişdir ki, qeyd olunan halda əqli mülkiyyət hüquqlarının pozulması halı mövcuddur və mahnılarda ikili müəlliflik halı vardır ki, burada mahnının sözlərindən və müsiqidən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsindən və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru İlkin Həsəni tərəfindən verilmiş 29.04.2021-ci il tarixli arayışına əsasən, «Axırıncı Yol» filmi Cavabdeh və Azad Azərbaycan Teleradio Yayım şirkəti ilə birgə 05.08.2015-ci il tarixdə lentə alınıb. Film 01.03.2016-01.06.2016-cı il tarixlərində kinoteatrlarda nümayiş etdirildikdən sonra, 31.12.2016-cı il tarixdə ATV telekanalında və eyni ilə Youtube sosial şəbəkəsində yayımlanıb. İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 2005-ci ildə o, Alovlu Ülviyyə kimi tanınan şairə İddiaçı ilə birlikdə Röya Ayxan üçün «Röyam» mahnısını yazmışlar. Mahnının musiqisini o, bəstələmişdir və sözlərin yazılmağı üçün hazır musiqini şairə Ülviyyə Alovluya təqdim etmişdir. Ülviyyə xanım onun verdiyi ölçü üzrə musiqiyə söz yazaraq onları onun studiyasına gətirmişdir. Yəni müğənni Röya Ayxanın öz albomuna daxil etdiyi və hamının «Röyam» adı ilə tanıdığı mahnının sözlərinin (şeirin) müəllifi Muradova (Alovlu) Ülviyyə Niyazi qızıdır. İş materiallarında olan «https://azxeber.com/az/rya-zu-handa-oxudu-klip/test» internet portalında 06.07.2012-ci il tarixdə dərc olunan «Röya özü haqda oxudu-KLİP» yazısından görünür ki, «Azxeber.com-un məlumatına görə, bu, Röyanın repertuarında hit olan, elə öz adı ilə bağlı Röyayam mahnısına hazırlanan klipdir. Klipə rejissorluğu Lider TV-nin «Fotoşok» verilişinin aparıcısı Novruz Məmmədov edib. Bu işdə ona elə Röyayam mahnısının söz müəllifi Ülviyyə Alovlu dəstək olub». İş materiallarında olan «https://musavat.com/news/medeniyyet-aygun-royadoyushunun-yeni-raundu_53913.html» internet portalında 29.05.2009-cu il tarixdə dərc olunmuş «AYGÜN-RÖYA A «DÖYÜŞUA»nün YENİ RAUNDU» yazısında iddiaçının müsahibəsindən görünür ki, «…Ona görə də mahnının sözlərinin müəllifi kimi bu məsələyə aydınlıq gətirmək istəyirəm. İş burasındadır ki, bu mahnı yazısında mən heç Röyanın mətbuat katibi deyildim. Biz bəstəkar Ramalla yenicə iş birliyinə başlamışdıq. İlk mahnımız Röya üçün yazdığımız Fərəh mahnısı oldu. Mahnı dinləyicilər tərəfindən sevildiyindən Röya mənimlə Ramaldan daha bir mahnınınyazılmasını istədi…Bu mahnı ilə güya X7 elə mənəm mahnısına Cavab vermək istəyirdi. Ramal da icazə üçün mənə zəng vurdu. Eşidəndə ki, mahnını A.Kazımovaya vermək istəyir, mən etiraz etdim. Bəli, məhz mən mahnının sözlərinin müəllifi Ülviyyə Alovlu, bu mahnının A.Kazımovanın oxumasına icazə verməmişəm!..Biz Röyanın vaxtıkən aldığı, amma hələ ifa etmədiyi mahnıları gözdən keçirəndə, bu mahnını da ifa etməsini qərara aldıq. Röyanın səhnə fəaliyyətinin 10 illiyinin tamam olması münasibəti iləsə mən mahnıdakı «Şən qızam» ifadəsini dəyişib «Röyayam» etdim. Beləcə, mahnının adı da «Röyayam» oldu. Bir daha vurğulayıram: Mən bu mahnını yalnız Röya Ayxan üçün yazmışam!». İş materiallarında olan «https://news.milli.az/showbiz/120918/html» internet portalında 15.06.2012-ci il tarixdə dərc olunmuş «Röya Ayxan meydan oxudu: «Mənə heç kim, heç nə edə bdiməz» yazısından görünür ki, «Aparıcı Novruz və şairə Ülviyyə Alovlu elə şairənin öz sözlərinə yazılmış Röyayam mahnısına çəkdikləri klipi hədiyyə etdilər». İş materiallarında olan «https://youtu.be/juWjnr_35kw» internet portalında 7 il əvvəl Ase Production tərəfindən yerləşdirilmiş Röyayam mahnısının Röya Ayxanın ifasındakı klipinin əvvəlində mahnının sözlərinin müəllifi Ülviyyə Alovlunun olduğu yazılıb. İş materiallarında olan «https://www.youtube.com.saytında#İlkMedia #BozbashPictures #AxirinciYol» internet portalında 31 dekabr 2016-cı il tarixdə «Axırıncı Yol» filmi kütləvi yayılmışdır. Həmin paylaşımdan görünür ki, internet üzərindən həmin filmə 10.529,169 dəfə baxılmışdır. Eyni saytdakı bu linkə #GTRussia#konoden#YouTube» «Skolğko platit YouTube za 1000 prosmotrov v 2021 qodu?» başlıqlı paylaşımda qeyd olunub ki, YouTube kanalı yayımlanan filmin hər 1000 izləməsi üçün həmin filmi Yayan şəxsə 1 ABŞ dolları ödəyir. İş materiallarında olan «Lisenziar» qismində Cavabdeh MMC ilə «Lisenziat» qismində "xxxx" MMC arasında bağlanılmış 23.02.2016-cı il tarixli audiovizual əsərin göstərilməsi yolu ilə filmlərin istifadəsi haqqında 5 №-li Lisenziya Müqaviləsindən görünür ki, «Lisenziar» nümayiş müddətinə «Lisenziat»a hüquqlar verir, «Lisenziat» isə hazırki müqavilənin şərtlərinə uyğun olaraq «Lisenziar»a mükafat ödəməyi öhdəliyi götürür. Hazırda müqavilənin tərəfləri «Lisenziat»a filmin hüquqlarının verilməsi, beləliklə onun kinoteatrlarda nümayişini müqavilənin və həmin firm haqda müvayiq qoşmanın şərtlərinə uyğun həyata keçirməli olduğu barədə razılığa gəlmişlər. İş materiallarında olan «Lisenziar» qismində Cavabdeh MMC ilə «Sublisenziya sahibi» qismində "xxxx" MMC arasında tərtib edilmiş 02.07.2016-cı il tarixli aktından görünür ki, 23.02.2016-cı il tarixli 05 saylı «Audiovizual əsərin göstərilməsi yolu ilə filmalərin istifadəsi» haqqında 5 saylı sublisenziya müqaviləsinə əsasən «Lisenziar» tərəfindən «Axırıncı Yol» filmin nümayiş hüquqlarını CinemaPlus, Nizami, Cinema City, Zirə, Cinema 3D, Park Cinema kinoteatrlarında təqdim etmək üçün «Sublisenziya sahibi»nə təhvil vermişdir. «Sublisenziya sahibi» «Axınıcı Yol» filmin nümayişini həyata keçirib və «Lisenziar»a filmlərin nümayişi barədə 2016-cı ilin 29.02.2016-02.07.2016 nümayiş dövrü üçün hesabatlar təqdim edib. «Sublisenziya sahibi» tərəfindən təqdim edilmiş hesabatlara əsasən filmin nümayişi 197357,40 manat mükafat təşkil edir. «Sublisenziya sahibinin» mükafatı (10%) 19735,74 manat, reklam xərcləri (ƏDV-siz) 1955,00 manat, 29.02.2016-02.07.2016 nümayiş dövrü üçün ümumi kassa yığım 522641,40 manatdır. İş üzrə "xxxx" ASC-nin ödəniş tapışırıqlardan görünür ki, 23.02.2016-cı il tarixli 5 saylı lisenziya müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 14.02.2016-cı il tarixdə – 5.000 manat, 14.03.2016-cı il tarixdə 19395,06 manat, 15.03.2016-cı il tarixdə – 9125,46 manat, 16.03.2016-cı il tarixdə – 6.291,99 manat, 28.03.2016-cı il tarixdə – 24.000 manat, 29.06.2016-cı il tarixdə – 25.000 manat, 29.07.2016-cı il tarixdə – 10.000 manat, 10.08.2016-cı il tarixdə – 8.274 manat, 13.10.2016-cı il tarixdə – 10.000 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təritib edilmiş «Axırıncı Yol» kommersiya filminin əsas smetası (2015) 171,980 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22.07.2021-ci il tarixli arayışından görünür ki, 17.11.2015-ci il tarixdə ********** nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC tərəfindən «Axırıncı Yol» filminin nümayişi həyata keçirilməmiş və həmin filmin nümayişi ilə əlaqədar Cavabdeh MMC-yə və ya digər şəxsə hər hansı ödəniş edilməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, cavabdeh tərəfindən “Axırıncı Yol” filmi çəkilmiş və filmin çəkiliş vaxtı 01 saat 18 dəqiqə 07 saniyə olmuşdur. Həmin filmdə 22 saniyə ərzində filmin aktyoru tərəfindən sözləri iddiaçıya musiqisi isə Ramal İsrafilova məxsus mahnı səsləndirilmişdir. Həmin hissədə mahnının sözlərinin iddiaçıya məxsus olması göstərilməmiş və iddiaçının hər-hansı bir razılığının alınması öz əksini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müəlliflik hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın filmin çəkilişindən əldə edilmiş gəlirlərdən 80000 (səksən min) manat pulun tutulması hissəsində qeyd edir ki, iş materiallarında olan 02 iyul 2016-cı il tarixli aktdan görünür ki, filmin nümayişindən yekun gəlir kimi 197357,40 (bir yüz doxsan yeddi min üç yüz əlli yeddi manat, qırx qəpik) manat mükafat təşkil etmiş, ondan 10 % məbləğ sublisenziya şirkətinə xidmət haqqı kimi tutulmuş, 1955 (bir min doqquz yüz əlli beş ) manat isə vergi çıxılması müəyyən edilərək yekun olaraq 175.666, 66 (bir yüz yetmiş beş min altı yüz altmış altı manat, altmış altı qəpik) manat təşkil etmişdir. Filmin nümayişi isə bir saat 18 dəqiqə 07 saniyə yəni 4687 saniyə olmuşdur. Məhkəmə nəzərə alır ki, yekun gəlirdən filmin nümayişi üçün bir saniyənin dəyəri 37 manat 47 qəpik təşkil etdiyindən və hüquq pozulması 22 saniyə ərzində davam etdiyindən 37,47 ( otuz yeddi manat qırx yeddi qəpik) manatın 22 saniyə dəyəri 824,34 ( səkkiz yüz iyirmi dörd manat otuz dörd qəpik) manat təşkil etmişdir. Həmçinin qeyd olunan mahnı birgə müəlliflik hesab edildiyindən qeyd olunan ziyan məbləği ( 824,34 manat) iki hissəyə yəni sözlərinin müəllifinə və musiqinin müəllifinə bərabər şəkildə bölünməlidir. Hazırda isə mahnının müsiqisinin müəllifi iddia ilə məhkəməyə müraciət etmədiyindən iddia yalnız mahnının sözlərinin müəllifinə münasibətdə qismən təmin edilərək 824,34 : 2 = 412,17 ( dörd yüz on iki manat on yeddi qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın filmin internetdə nümayişindən əldə edilmiş 10.000 ( on min) manat pulun cavabdehdən tutulması hissəsində də yuxarıdakı eyni hesablama qaydasını tətbiq edərək iddianın qismən təmin edilməsini əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənəddən görsənir ki, youtube kanalından filimin nümayişi üzrə əldə edilmiş gəlirin miqdarı 713,33 (yeddi yüz on üç dollar, otuz üç sent) ABŞ dolları təşkil etmişdir. Məhkəmə hesablama apararaq hesab edir ki, 22 saniyə üçün youtube kanalından əldə edilmiş iddiaçıya çatası məbləğ 0,15 sent ( 713,33 : 4687 saniyə) x 22 saniyə = 3.30 (üç dollar otuz sent) sent təşkil edir. Məhkəmə iddianın müəllif hüquqlarının pozulması kimi 20.000 (iyirmi min ) manat məbləğində pulun tutulması hissəsində isə iddianı əsaslı hesab etmir. Belə ki, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə edərək zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsini tələb edə bilərlər. İddiaçı isə məhkəməyə artıq gəlirlərin tutulması ilə bağlı məhkəməyə müraciət etmiş olduğundan əlavə olaraq kompensasiya ödənilməsi ilə bağlı iddia irəli sürə bilməz. Odur ki, iddia bu hissədə təmin oluna bilməz. Məhkəmə müəllif adının filmdə qeyd edilmədiyinə görə 20.000 (iyirmi min) manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, ilkin tələb olan 22 saniyəlik filmin hissəsindən gələn gəlir məhkəmə tərəfindən müəyyən edilərək hüquqi qiymət verib təmin edilmiş və yenidən başqa bir formadan tələb qoymağı formal xarakter daşıdığından və artıq qiymət verildiyindən prosessual və hüquqi qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan iddia bu hissədə də təmin oluna bilməz. Bele ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istina olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakılara həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: - əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); - əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); - əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); - əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); - əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); - əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); - kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişidaxil olmaqla) (kütləvi bildiriş hüququ); - əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); - kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); - əsəri tərcümə etmək (tərcümə hüququ); - əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); - dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenilən işləmək (yenidən işləmək hüququ); - memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır. Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ ilə əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquq müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: - zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; - zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; - hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadilə olunması; - pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 5.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hüquqi yardım xərcinə görə 4000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 4000 manat pul ödənilməsini tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Odur ki, məhkəmə qeyd olunan maddi hüquq normalarını və işin məhkəmədə müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh MMC-dən 412.17 (dörd yüz on iki manat on yeddi qəpik) və 3.30 (üç dollar, otuz sent) ABŞ Dolları pul tutularaq İddiaçı ödnilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 412.17 (dörd yüz on iki manat on yeddi qəpik) manat və 3.30 (üç dollar, otuz sent) ABŞ Dolları (ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə hesablanaraq) pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar