Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2897/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində 1 saylı X8 vəfat etmiş anası xx.xx.1948-ci il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 onun anasıdır. O, anası, bacısı və bacısı oğlu birgə ünvan 1 ünvanında yaşayırlar. X1 uzun illər ürək çatışmazlığından əziyyət çəkmişdir, o cümlədən 2021-ci ildən isə onkoloji xəstə idi. xx.xx.2023-cü il tarixdə, gündüz saat 11 radələrində anası evdə tək olmuşdur. Bacısı oğlu evə gəldikdə anasının halı pisləşdiyindən qapını aça bilməmişdir. Bacısı oğlu qapını sındırıb evə daxil olmuşdur. Anası yerdə uzanmış vəziyyətdə olmuş, lakin huşu üzərində olmuşdur. Bacısı və bacısı oğlu X15 zəng etmiş və TTYS əməkdaşları gəlib anasını 1 saylı X11 aparmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək anası 1 saylı KTM-də müalicə olunmuş, ona ensefalit, şəkərli diabet və ürək-damar çatışmazlığı diaqnozları qoyulmuşdur. 24 mart 2023-cü il tarixdə saat 23:20 radələrində anası 1 saylı KTM-də vəfat etmişdir. Lakin 16 mart tarixində anasının evdə yıxılıb hərəkətsiz qaldığına görə və bacısı oğlunun qapını sındırıb X18 vasitəsilə anasını 1 saylı KTM-ə gətirdiyinə görə xəstəxana anasının nəşini onlara təhvil verməmişdir və nəşi Məhkəmə Tibbi- Ekspertiza və X4 göndərmişdir. O cümlədən bununla bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat vermiş və onlar da müvafiq olaraq bununla bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat vermişlər. Nəsimi Rayon Prokurorluğu onun izahatını alıb işi araşdırdıqdan sonra xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O cümlədən tərəfindən heç bir şikayət və tələb olmadığından meyitin daxili müayinə edilməsinə də razı olmamışdır. Anasının ölümünün qeydiyyatı ilə əlaqədar 1 saylı KTM-ə müraciət edərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsini istəsə də, KTM-dən ona bildirilmişdir ki, meyiti 16 mart tarixli hadisə ilə əlaqədar Məhkəmə Tibbi Ekspertiza və X4 göndərdiklərinə görə tibbi şəhadətnamə verə bilməzlər və ekspertizaya müraciət etməyi bildirdilər. Ekspertizaya müraciət etdikdə isə bildirilmişdir ki, belə bir sənəd verilə bilməz, çünki həm onun tərəfindən meyitin daxili müayinəsindən imtina edilmişdir, həm də 1 saylı KTM meyidi ekspertizaya göndərərkən, ölüm səbəbini özləri açıq aşkar göstərmişlər. Bununla belə 1 saylı KTM anasının dəfn edilməsi üçün ona arayış vermişdir. Həmin arayışda da anasının öldüyü tarix və vaxt, o cümlədən ölüm səbəbi açıq-aşkar göstərilmişdir. Buna baxmayaraq, 1 saylı KTM-də anasının ölümünün qeydiyyatı üçün lazım olan tibbi şəhadətnaməni verməkdən imtina etmiş və bununla əlaqədar məhkəməyə müraciət etməsini bildirmişdir. Qeyd etdiklərindən sonra anasının ölümü haqqında şəhadətnamənin alınması üçün 25 may 2023-cü il tarixdə tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. “Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəfinizdən şöbəmizə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi imkanımız xaricindədir.” O cümlədən məktubda qeyd edilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin xalası qızıdır. Mərhumə onun xalasıdır. Anası onun 6 yaşı olanda rəhmətə getmişdir. Bundan sonra atası xalası ilə, yəni mərhumə X5 ilə ailə həyatı qurmuş və xalası ona öz övladı kimi baxmışdır. O, mərhuməyə həmişə ana deyə müraciət etmişdir. 15 mart 2023cü il tarixində anasının halı pisləşmiş və onlar otağa daxil olmaq istəmişlər, lakin qapı bağlı olduğundan otağa girmək mümkün olmamışdır. Onlar FHN-nə müraciət etmiş və onların köməyi ilə otağa daxil olmuşlar. Anasını xəstəxanaya aparmışlar. 16 mart 2023-cü il tarixindən 20 mart 2023-cü il tarixinədək, anası xəstəxanada qalmışdır. Daha sonra elə xəstəxanada rəhmətə getmişdir. X13 Qorqud qəbristanlığında dəfn etmişlər. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, mərhumə X5 onun nənəsidir. Anası ona zəng edərək bildirdi ki, nənə evdə çətin vəziyyətdədir. O, taksi ilə evə gəlmiş və nənəsini xəstəxanaya aparmışlar. O, xəstəxanada 8 gün qalmış və daha sonra orada rəhmətə getmişdir. X9 Qorqud qəbristanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. “X17” PHŞ-nin arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2023-cü il tarixində isə vəfat etmişdir. Son kliniki diaqnoz: beyin infarktı, ensefalit, kəskin ürək-damar çatışmazlığı, ürək dayanması. Nəsimi Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 ölməsi faktı ilə bağlı AR CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/7-446/2023 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi X1nın ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1948-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2897/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2897/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver