Məhkəmə qərarları › İş №2(006)-2936/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2936/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2936/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, Ərizəçi X8 və onun nümayəndəsi X10 iştiraları ilə, Ərizəçi X3 Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X8 Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı Yevstropova Alevt ina Mixaylova ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. xx.xx.2025-ci il tarixdə mərhum Alevtina Yevstopova ünvan 2 ünvanında vəfat etmişdir. Alevtina Yevstropovanın ölümünü təsdiqləyən BŞT və TTYS-nın PHŞ ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum arvadı Alevtina Yevstropovanın ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyat üzrə müraciət etsələr də, nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, tərəflərindən Maraqlı şəxsnə sorğu ilə müraciət edərək mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilərək ona təqdim edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16- 5/8-B-15-579/20 saylı məktubla sorğularına cavab olaraq bildirmişdirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim etdikləri sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyat üzrə müraciət etməlidirlər. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 və onun nümayəndəsi X12 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, o, ərizəçinin qardaşı oğludur. X7 əmisinin yoldaşı olub və 2025-ci ildə vəfat edib. Dəfn mərasimində iştirak edib, X9 ərazisində yerləşən qəbiristanlıqda dəfn olunub. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və şahid izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: - Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 244810 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 338 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:39-da 5 saylı bölmənin təcili tibbi yardım briqadası Nəsimi 3 mkr. R. Məmmədov m156 ünvanına çatdıqda X5 vəfat etmişdir. - Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - qəbrüstü fotoşəkildən görünür ki, X5 xx.xx.1937-ci il tarixində doğulmuş, xx.xx.2025-ci ildə isə ölmüşdür. - Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən məhrum xx.xx.1937-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 4-cü sektorunda dəfn edilmişdir. - ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X1 X3 həyat yoldaşı olması faktı öz təsdiqini iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədə tapmışdır. Göründüyü kimi, ərizəçi X8 arvadı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1937-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Odur ki, məhkəmə yuxarıdan göstərilənlərə əsasən belə qərara gəlir ki, ərizəçi X3 Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi təmin edilməli, xx.xx.1937-ci il ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X3 Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi təmin edilsin. xx.xx.1937-ci il ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar