Məhkəmə qərarları › İş №2(006)-2973/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2973/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2973/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Mərhum ərizəçinin atasıdır. O, xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 247, mənzil 37 ünvanında ölmüşdür. Ölüm səbəbi ani ürək tutması olmuşdur. Ölümündən sonra isə X18 xidmətinin əməkdaşları gəlsə də, onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etdilər. X1 xx.xx.2025-ci il tarixdə Abşeronrayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Ölüm faktinin qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsələr də, ölüm haqqında həkim şəhadətnaməsini təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda isə müvafiq sənədləşdirilmə (vərəsəlik və s.) işlərinin aparılması üçün X1nun ölüm faktının təsdiq edilməsi və bunun əsasında ğlüm haqqında şəhadətnamənin alınması zəruridir. Göstərilənlərə əsasən, xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, atası X5 14 iyul 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Daha sonra onlar onu xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Ölüm faktının qeydə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdilər. Oradan onlara bildirildi ki, atasının ölümü haqqında tibbi şəhadətnamə olmadığından şəhadətnamənin verilməsi mümkün deyildir. Bunun üçün məhkəməyə müraciət etmələrini məsləhət gördülər. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızı, mərhum isə əmisidir. O, 19 mart 2025-ci il tarixində yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. Həmin zaman işdə olmuşdur. Ona zəng edib xəbər verdilər. Daha sonra mərhumu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdilər. Dəfnində iştirak etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıqızı, mərhum isə dayısıdır. O, 19 mart 2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. Dayısı uzun müddətdir ki, ürək xəstəsi idi. Ürək tutmadan vəfat etmişdir. Daha sonra mərhumu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdilər, Dəfnində iştirak etmişdir. 7.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 17 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən Ərizəçi verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, o, həqiqətən D.Əliyeva küçəsi, 247 saylı evin 37 saylı mənzilində yaşayır. 10.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində Ərizəçi verilən cavabdan görünür ki, tərəfindən Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatə ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, o ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etmələrini tövsiyə edir. 11.Mülki işin materiallarında olan xx.xx.1988-ci il tarixində verilən, XİV-ЖГ seriyalı, 323377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 1988-ci ildə anadan olmuşdur. X3 oğlu, anası-X6r. 12.Mülki işin materiallarında olan Abşeron rayonu X14 tərəfindən Ərizəçi verilən xx.xx.2025-ci il tarixli, 13 saylı arayışdan görünür ki, həqiqətən onun xx.xx.1962-ci il təvəllüdlü atası X5 xx.xx.2025-ci il tarixində vəfat etmiş və Abşeron rayon Aşağı Güzdək qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. 13.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X19 “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 18-1-20/2-K-1118-42-988/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tərəfindən verilir. B.Ağaməmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. 14.Mülki işin materiallarında olan Təcili və X10 Stansiyası PHŞ tərəfindən verilən Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 10:50-də Dilarə Əliyeva küçəsi, ev 247, mənzil 37 ünvanında 63 X2 meyiti aşkar edilmişdir. Ölümün ilkin səbəbi ürək-ağciyər çatışmamazlığı olmuşdur. “Həkimə qədər ölüm kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 16.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 17.Göründüyü kimi ərizəçi mərhum atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 19.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 20.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 21.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 22.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar