Məhkəmə qərarları › İş №2(006)-2977/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2977/2025

09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2977/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 43 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın bölüşdürülməsi və mirasdan payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 43 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın bölüşdürülməsi və mirasdan payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1nun Cavabdeh adına qeydə alınmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 49B/43 ünvanda yerləşən mənzil, ünvan 2il, ünvan 3şən mənzillər və Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha, 0,04 ha, 0,12 ha, 0,12 ha (cəmi 0,40 ha) torpaq sahələrindəki 1/2 hissə payından ona çatan hissəsinə payının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1 xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu, mərhum atasının ikinci nikahıdır. X1 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun birinci növbəli vərəsəsi kimi Cavabdeh adına olan əmlaklarda miras payı qalmışdır. Belə ki, Cavabdeh adına olan əmlaklar aşağıdakılardır: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49B/43 ünvanda yerləşən mənzil; ünvan 6nzil; ünvan 7rləşən mənzillər; Bakı şəhəri, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha, 0,04 ha, 0,12 ha, 0,12 ha (cəmi 0,40 ha) torpaq sahələri. Qeyd olunan bu əmlaklar üzərində Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Nəzərə çatdırır ki, X1nun ölümündən sonra onun rəsmi nikahda olduğu Cavabdeh yuxarıda qeyd olunan əmlaklarındakı payı miras qalmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, mərhum X1nun Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49B/43 ünvanda yerləşən mənzil, ünvan 6nzil, ünvan 7rləşən mənzillər və Bakı şəhəri, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha, 0,04 ha, 0,12 ha, 0,12 ha (cəmi 0,40 ha) torpaq sahələrindəki 1/2 hissə payından ona çatan hissəsinə payı müəyyən olunmalı və mülkiyyət hüququ tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvadı və valideynləri birinci növbədə olan vərəsələrdir. Bildirir ki, o, mərhum atasının birinci nikahdan olan oğludur və onun birinci növbədə olan qanuni vərəsəsidir. Birinci növbədə olan vərəsə kimi onun atasının nikahda olduğu şəxsin adına qeydiyyata alınmış əmlaklardakı payına miras hüququ vardır. Bununla bağlı olaraq bildirir ki, o, əvvəlcə cavabdehə müraciət edərək payının qarşılıqlı razılıqla ona verilməsini təklif etmişdir. Lakin cavabdeh onun bu təklifini qəbul etməmişdir. Bundan sonra o, müvafiq ərizə ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 43 saylı notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin onun müraciətinə heç bir cavab verilməmişdir. Odur ki, miras əmlakdan ona çatan payının müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvadı və valideynləri birinci növbədə olan vərəsələrdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə (Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması) miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Ona görə də, mərhum atası X2 miras qalan və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49B/43 ünvanda yerləşən mənzil, ünvan 6nzil, ünvan 7rləşən mənzillər və Bakı şəhəri, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,12 ha, 0,04 ha, 0,12 ha, 0,12 ha (cəmi 0,40 ha) torpaq sahələrindəki A hissə payından ona çatan hissəsinə mülkiyyət hüququ məhkəmə qaydasında tanınmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisi məhkəməyə məktubla müraciət edərək, notariat işlərinin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəmə iclasına göndərə bilmədiklərini qeyd etmiş və məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 07.05.1996-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 177819 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X4r. - xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 972782 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cavabdeh arasında nikah 22 avqust 2014-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1764 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Babayeva soyadı verilmişdir. - xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 821111 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində mədə xərçəngindən vəfat etmiş, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 187 saylı akt qeydi aparılmışdır. - 10.05.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət edərək, atasının iddia predmeti olan əmlakların 1/2 hissəsindən ibarət payının ona çatası hissəsinə dair adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Bakı şəhəri 43 saylı notariat ofisinin 17 iyun 2025-ci il tarixli 1841 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək «Elektron notariat» AİS vasitəsi ilə axtarış nəticəsində mərhum X3 vəfatı ilə əlaqədar olaraq notariat ofisində vərəsəlik işinin açılması və ya «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsi barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 25 iyun 2025-ci il tarixli məktubundan, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh sorğuda qeyd olunan daşınmaz əmlaklar haqqında mülkiyyətində olubolmaması və hansı tarixdə əldə edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Babayeva (Böyükzadə) Dilarə Ağarza qızının adına: 1) xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49b mənzil 43 qeydiyyatdan keçmişdir, Bakı şəhəri 14 saylı DNK-nın 4Ə-1588 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir; 2) xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Bəsti Bağırova küçəsi ev 2 mənzil 67 qeydiyyatdan keçmişdir, Bakı şəhəri 14 saylı DNK-nın 4Ə1589 reyestr nömrəli xx.xx.2024cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir; 3) xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 20C mənzil 142 qeydiyyatdan keçmişdir, Bakı şəhəri 14 saylı DNK-nın 4Ə-1641 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir; 4) xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0.12 ha və 0.12 ha torpaq sahələri qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; 5) xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0.12 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; 6) xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir, Bakı şəhəri 14 saylı DNK-nın 4Ə-1585 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - 16.04.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddia predmeti kimi qeyd edilən əmlakların heç biri iddiaçının atasına məxsus olmamış, birgə nikah dövründə əldə edilməmiş, mərhum həmin əmlakların əldə edilməsindən sonra cavabdehlə nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Göründüyü kimi, iddia predmeti olan əmlaklar miras kütləsinə aid olmayan, nikah bağlananadək cavabdehə məxsus olmuş əmlaklardır. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 43 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın bölüşdürülməsi və mirasdan payın müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 43 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın bölüşdürülməsi və mirasdan payın müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar