Məhkəmə qərarları › İş №2(006)-3015/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3015/2022

05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3015/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə, “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 20 mart 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 20 mart 2022-ci il tarixində ərizəçinin anası X4 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində qəflətən vəfat etmişdir. Ərizəyə əlavə edilmiş 20 mart 2022-ci il tarixli Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həkim Gözəlova və tibb bacısı Sadıqova həmin tarixdə saat 10:28-də mənzildə qadın cinsli meyid aşkar etmiş, xəstənin S.A.A. qrafasında mərhumun soyad, ad və ata adı yazılmışdır. Ölümün səbəbi qeyd edilməmişdir. Ərizəyə əlavə edilmiş mərhumun şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mərhum X4 14 fevral 1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs verdiyi 0510-1649/15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ölümün qeydiyyatı haqqında ərizə təmin edilməmiş, ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Ərizəyə əlavə olunmuş Yasamal rayon 39 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 89 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi arayışın verilməsi mümkün deyil, mərhum X1 39 saylı şəhər poliklinikasına müraciəti qeydə alınmadığından və ölüm qəflətən olduğu üçün ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Ərizəyə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, ərizəçi mərhumun doğma qızıdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək bildirdi ki, anası X4 evində tək yaşayırdı. 20 mart 2022-ci il tarixdə anasının evinə getmiş, anasının vəfat etdiyini görmüşdür. Mərhumun xroniki xəstəlikləri var idi. Xırdalanda dəfn olunmuşdur. Hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, mərhum X4 onun həyat yoldaşının anasıdır. Yoldaşı zəng etdi ki, anasına zəng çatmır, evin qapısını açmaqda isə çətinlik çəkir. Təcili tibbi yardım çağrılmasına baxmayaraq, onlar içəri daxil olduqlarında artıq mərhumun vəfat etdiyini görmüşlər. Mərhum özünü son vaxtlar özünü çox piss hiss edirdi. Ölüm isə qəflətən baş vermişdir. Poliklinikada qeydiyyatda olmamışdır. Xırdalan qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, mərhum X3 qonşu kimi tanıyırdı. Həmin gün səslər gəldiyi üçün çölə çıxmış, mərhumun vəfat etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, mərhumun kürəkəni ilə birlikdə işləyir. Həmin gün səhər saatlarında kürəkəni ona zəng etdi ki, qayınanası rəhmətə gedib. Dəfn mərasimində də iştirak etmişdir. Hazırda Xırdalan qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölümün qeydə alınması mümkünsüz olmuşdur. İş materiallarında olan 20 mart 2022-ci il tarixli, ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, mərhum X2 ölüm səbəbi qeyd olunmamışdır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər Poliklinikasından verilən 89№-li, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 39 nömrəli poliklinikaya heç bir xəstəliklə müraciəti qeydə alınmadığından və ölümü qəflətən olduğu üçün ölüm səbəbi məlum olmadığından poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X4 20 mart 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Xırdalan qəbrstanlığında dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X2 20 mart 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi anası X2 20 mart 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar