Məhkəmə qərarları › İş №2(006)-3055/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3055/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3055/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı 16 oktyabr 1954-cü il təvəllüdlü X2 11 avqust 2020-cü il tarixdə Bakı şəhərində ölümün faktının müəyyən edilməsi və ölüm haqqında Şəhədətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X5 11 avqust 2020-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hadisə yerinə gələn Bakı şəhəri Təcili və X3 Stansiyasının 8 saylı bölməsinin verdiyi zəbərdarlıq vərəqəsi də ölüm faktınl təsdiq etmişdir. Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin, şöbə ölüm haqqında şəhadətnamələrin verilməsinin qeydiyyat oraqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X6 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, mərhum X1 bacısının qaynı olmuşdur. 2020-ci ildə avqustda rəhmətə getdiyini və dəfndə iştirak etmədiyini bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, mərhum X1 bibisi qızının əmisidir avqust ayında rəhmətə gedib, yasda iştirak etməmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (5KKU34C) və doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.1954-cü il tarixində Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-cİ il tarixdə saat 21:45-də xəstənin yanına gəlinmiş və kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçina ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Maraqlı şəxs 11 may 2024-cü il tarixli arayışdan görünür ki, X2 ölümü haqqında akd qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim oluna bilmədiyindən ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. İş materiallarında olan Abşeron rayonu, Masazır bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01/01-06/527 nömrəli arayışından görünür ki, X5 xx.xx.2020-cİ il tarixdə vəfat etmiş, Masazır kəndi qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X2 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 16 oktyabr 1954-cü il təvəllüdlü X5 11 avqust 2020-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizənin “Ölüm haqqında Şəhədətnamənin verilməsi vəzifəsinin Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, 16 oktyabr 1954-cü il təvəllüdlü X2 ölməsi faktının müəyyən edilsin barədə məhkəmə qətnaməsi Ölüm haqqında Şəhədətnamənin verilməsi üçün əsasdır və hazırda tərəflər arasında belə bir mübahisə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 16 oktyabr 1954-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar