Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3096/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1953-cü il təvəllüdlü əri X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ailə qurduğu, ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1953-cü il təvəllüdlü mərhum əri X4 xx.xx.2022-ci il tarixdə qeyd edilən ünvanda rəhmətə getmişdir. Ərizəçinin mərhum əri X4 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən qəbiristanlıqda dəfn edilmiş, lakin qəbirüstü abidəsi götürülməmişdir. Ərizəçi mərhum ərinə ölüm haqqında şəhadətnamə almaq üçün 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müvafiq sənədlər təqdim olunmadığından ərizəçiyə imtina cavabı verilmişdir. Ərinin ölüm haqqında sənədi ərizəçiyə bir çox işlərini gördüyü zaman lazım olur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 16 ildir ki, qonşudurlar. Vəfat edən şəxs ərizəçinin əri X2 onkoloji problemləri olmuş, İranda müalicə almış və orada əməliyyat olunmuşdur. Əməliyyatdan sonra ərizəçinin əri mərhum X4 3 il yaşamışdır. Mahirə Babayeva mərhumun vəfatı günü oğlugildə olmuş və evə gələndə ölüm xəbərini eşitmişdir. O, X2 yas və dəfn mərasimlərində iştirak etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 21 ildir ki, qonşudurlar. Vəfat edən şəxs ərizəçinin əri X2 onkoloji problemləri olmuş, İranda əməliyyat olunmuşdur. O, X2 yas və dəfn mərasimlərində iştirak etmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 16587799 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1953-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 nikahı Naxçıvan şəhər VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 yanvar 1981-ci il tarixdə 11 № ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan 2 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/152/70 №-li cavab məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 70 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 181 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə vəfat edən günədək ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayıb və qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyasının 2 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:45-də Nəsimi rayonu, Bakı-2 küçəsi, ev 1, mənzil 15 ünvanından çağırış daxil olmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Tağıyev M., tibb bacısı Məmmədova R. yerinə yetirmiş, xəstənin 69 yaşlı X4 olması müəyyən edilmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında «həkimə qədər ölüm. Kişi cinsli meyit” ifadəsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 5 №-li Şəhər Poliklinikası tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli 218 №li məktubundan görünür ki, Bakı 2 küçəsi ev 1, mən.15-də yaşayan, xx.xx.1953-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə qəfildən vəziyyəti pisləşmiş və yaxınları tərəfindən ona təcili yardım çağırılmışdır. Təcili yardım həkimi ünvana çatdıqda artıq xəstə rəhmətə getmişdir. Həkim kişi meyidi aşkar etmişdir. Xəstənin yaxınları ölüm haqqında şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmişdir. Lakin, xəstə yaşadığı müddətdə heç vaxt 5 №-li şəhər poliklinikasına müraciət etməmiş və ambulator kartası olmadığından ölüm haqqında şəhadətnamə almaq üçün xəstənin yaxınları Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 29 iyun 2022-ci il tarixli 53 nömrəli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X4 “Qurd Qapı”sı qəbiristanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunub, qəbirüstü abidəsi var və abidənin üzərində aşağıdakı sözlər yazılıb: X4 xx.xx.1953xx.xx.2022. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1953-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş X4 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ərinin adına ölüm haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən sənəd olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən sənədləşmə işlərində problemlərlə üzləşir, bu səbəbdən də ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1953-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş X2 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş X2 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3096/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3096/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver