Məhkəmə qərarları › İş №2(006)-31/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-31/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-31/2020 11.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi x2 iştirakı ilə İddiaçı "İddiaçı" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x7 keçmiş “İddiaçıbank” x10 26.11.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsinə əsasən illik 28 faizlə, 36 ay müddətinə 63.000 ABŞ dolları borc almışdır.Yuxarıda qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq, 01.09.2009-cü il tarixli, 102/09 pb.B saylı ipoteka müqaviləsinə 26.11.2013-cü il tarixli, 01 saylı əlavə ilə, x3 mülkiyyətindəki Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 965 saylı reyestr kitabının 86562 nömrəli vərəqində qeydiyyata alınan, Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əlavə notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır.Bundan başqa, 26.11.2013-cü il tarixində Cavabdeh2 ilə 683/13/PB/YF-Z saylı zaminlik müqaviləsi bağlanılmışdır. x7 vəfat etdiyi üçün 03.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə Cavabdeh1, Cavabdeh2, x8, Cavabdeh3 bərabər paylarla Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə vərəsəlik hüququ əldə etmişlər.Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 3.3-cü bəndinə əsasən SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda və ya Agentliyə geri qaytarılarsa, həmin andan borclu ilə “İddiaçıbank” ASC arasında müvəkkil bankın faiztariflərinə müvafiq qaydada, yəni 32 %-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələrilə ödəməlidir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2017-ci il iyunun 22-dək x3 İddiaçı BOKT ASC-yə 26.11.2013-ci il tarixli, 683/13/PB/YF№-li kredit müqaviləsi üzrə 29.239,64 ABŞ dolları əsas, 24.350,11 ABŞ dolları hesablanmış faiz, 26.267,72 ABŞ dolları dəbbə pulu, cəmi 79.857,47 ABŞ dolları borcu vardır.Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər.Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Müstəqil ekspert rəyinə əsasən, 01.09.2009-cu il tarixli 102/09 pb.B saylı ipoteka müqaviləsinə 26.11.2013-cüil tarixli 01 saylı əlavənin 2.2-ci bəndində ipoteka ilə yüklü edilmiş ipoteka predmetinin qiyməti 52.000 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 26.11.2013-ci il tarixli, 683/13/PB/YF№-li kredit müqaviləsi üzrə 29.239,64 ABŞ dolları əsas, 24.350,11 ABŞ dolları hesablanmış faiz, 26.267,72 ABŞ dolları dəbbə pulu, cəmi 79.857,47 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ilkin satış qiyməti 52.000 manat olmaqla borcun əvəzi açıq hərracda satılmaqla Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı , 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzildə yaşayanlar - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 mənzil açıq hərracda satıldıqdan sonra bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi x4 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «İddiaçıbank» ASC ilə x7 və Cavabdeh2 arasında bağlanmış 26.11.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən x5 36 ay müddətinə, illik 28%-lə, 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «İddiaçıbank» ASC ilə x6rasında bağlanmış 01.09.2009-cu il tarixli ipoteka (girov) müqaviləsinə əsasən ünvan 2 öhdəliklərin təminatı kimi «İddiaçıbank» ASC-yəipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 70.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan «İddiaçıbank» ASC ilə x7 və Cavabdeh2 arasında bağlanmış 26.11.2013-cü il tarixli, 683/13/PB/YF/-Z saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu x3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan «İddiaçıbank» ASC ilə x6rasında bağlanmış 01.09.2009-cu il tarixli, 102/09/PB.b saylı ipoteka (girov) müqaviləsinə edilmiş 26.11.2013-cü il tarixli, 01 №-li əlavəyə əsasən ünvan 2 öhdəliklərin təminatı kimi «İddiaçıbank» ASC-yəipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 52.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 20.06.2009-cu il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, x5 məxsus olan ünvan 2 «İddiaçıbank» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 965 nömrəli reyestr kitabının 86562 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin İddiaçı BOKT ASC-yə ünvanladığı 07.04.2017-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2A saylı evin, 27 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 12 fevral 2015-ci il tarixli, AZ № 730873 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x7 11.02.2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarındakı Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən verilmiş 03 may 2016-cı il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 11.02.2015-ci il tarixdə vəfat etmiş x3 vərəsələri-ünvan 2 ünvanında qeydiyyatda olanlar: arvadı-Cavabdeh1, qızı-Cavabdeh2, qızı-x8, oğlu-Cavabdeh3 bərabər paylarla- ünvan 2-miras əmlakdan pay almalıdırlar. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 22.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu x3 banka 29.239,64 ABŞ dolları əsas borc, 24.350,11 ABŞ dolları faiz borcu, 26.267,72 ABŞ dolları cərimə borcu, cəmi 79.857,47 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21280 saylı, 20 fevral 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 26.11.2013-cü il tarixli, 683/13/PB/YF saylıkredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, x3 22.06.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 29.775,49 ABŞ dolları, faiz borcu üzrə 9.822,49 ABŞ dolları olmaqla, cəmi borcun 39.597,98 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 31.10.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 19.05.2018-ci il tarixinə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2A saylı evin, 27 saylı mənzilin bazar dəyəri 60.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12448 saylı, 30 noyabr 2018-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 26.11.2013-cü il tarixli, 683/13/PB/YF saylıkredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, x3 26.11.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 29.775,49 ABŞ dolları, faiz borcu üzrə 5051,79 ABŞ dolları olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «İddiaçıbank» ASC ilə x7 və Cavabdeh2 arasında bağlanmış 26.11.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən x5 36 ay müddətinə, illik 28%-lə, 63.000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu x3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, «İddiaçıbank» ASC ilə x6rasında bağlanmış 01.09.2009-cu il tarixli, 102/09/PB.b saylı ipoteka (girov) müqaviləsinə edilmiş 26.11.2013-cü il tarixli, 01 №-li əlavəyə əsasən ünvan 2 öhdəliklərin təminatı kimi «İddiaçıbank» ASC-yəipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 52.000 manat məbləğində qiymətləndirilmiş, x7 11.02.2015-ci ildə vəfat etmiş, Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun Bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin 52.000 manat qiymətləndirilməsi” hissəsinə ekspert rəyi nəzərə alınmaqla, qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, mənzilin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, borclu x7 11.02.2015-ci ildə vəfat etmiş, cavabdeh (zamin) Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan ünvan 2-yəyönəldilməli, həmin əmlak açıq hərracaçıxarılaraq satılmalı, ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdehlərə qaytarılmalıdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəylərində Cavabdeh2 banka 29.775,49 ABŞ dolları əsas borcu qeyd olunduğu halda, iddia ərizəsində 29.239,64 ABŞ dolları əsas borc tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 29.239,64 ABŞ dolları əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, Cavabdeh2 26.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu 5051,79 ABŞ dolları məbləğində tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək dəbbə pulu 1000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 29.239,64 (iyirmi doqquz min iki yüz otuz doqquz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları əsas borc, 5051,79 (beş min əlli bir ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35.291,43 (otuz beş min iki yüz doxsan bir ABŞ dolları, qırx üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə verilməli, tutma ipoteka qoyulmuş Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı , 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməli,satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 çıxarılmalı, mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin VÖEN: ********** hesab № AZ95Bxxx********************, bank «xxx» ASC-nin “Promo” filialı, kodu: 501554, VÖEN: **********, müxbir hesab: AZ13NABZ********************, SWİFT: BxxxAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 29.239,64 (iyirmi doqquz min iki yüz otuz doqquz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları əsas borc, 5051,79 (beş min əlli bir ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35.291,43 (otuz beş min iki yüz doxsan bir ABŞ dolları, qırx üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı , 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri,Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, 0.15604 ha torpaq sahəsində yerləşən 2A saylı , 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 62,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 27 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılsınlar, mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin VÖEN: ********** hesab № AZ95Bxxx********************, bank «xxx» ASC-nin “Promo” filialı, kodu: 501554, VÖEN: **********, müxbir hesab: AZ13NABZ********************, SWİFT: BxxxAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar