Məhkəmə qərarları › İş №2(006)-3115/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3115/2021

27.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3115/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, üçüncü şəxs Pirallahı Rayon İcra və Probasiya şöbəsinə, X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mənzilə dair hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna dair çıxarışn ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 34 nömrəli evin 4 nömrəli mənzilin açıq hərracdan keçirilməsinə dair hərracın yekunları haqqında protokolun və hərracın yekunlarına dair daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi, habelə hüquqi nəticəsi olaraq mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(094)-771/2016 nömrəli qətnaməsinə əsasən iddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05.09.2014-cü il tarixli Baku 3-4849-3443 saylı kredit müqaviləsi ləğv edilmiş; İddiaçı “xxxx’’ MMC-nin xeyrinə 23571.75 ABŞ dolları məbləğində əsas borc, 5276,99 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 28948.74 ABŞ dolları məbləğində borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər İddiaçı və X1 birgə qaydada tutulsun; tutma ipoteka yüklü edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Pirallahı i Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 34 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilsin; bu ilkin satış qiyməti 27000 ABŞ dolları olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti “xxxx” MMC-nə aid olan borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Məlum olmuşdur ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Y-006 saylı, 24 yanvar 2020-ci il tarixli protokola əsasən Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 34 nömrəli evin 4 nömrəli mənzil “xxxx” MMC tərəfindən 17212 ABŞ dolları məbləğinə alınmışdır. Lakin mənzilin alınması kimi qəbul oluna bilməz. Belə ki qanunvericiliyin tələblərindən irəli gələrək baş tutmamasının nəticəsi olaraq sözügedən daşınmaz əmlak ipoteka saxlayan “xxxx” M'MC-nin balansa qəbul edilmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.11.2019-cu il tarixli 1150 nömrəli bildirişi ilə mübahisələndirilən Bakı şəhəri Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 34 nömrəli evin 4 nömrəli mənzilin satış qiyr 30 ABŞ dolları; 29.12.2019-cu il tarixli 1240 nömrəli Bildirişi ilə mübahisələndirilən B ə i Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 34 nömrəli evin 4 nömrəli mənzilin yiyməti 22950 ABŞ dolları müəyyən edilmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. İddiaçı, cavabdeh xxxx” MMC, üçüncü şəxs Pirallahı Rayon İcra və Probasiya şöbəsi X3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasın mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Beləki Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun şikayəti üzrə Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, üçüncü şəxs Pirallahı Rayon İcra və Probasiya şöbəsinə, X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mənzilə dair hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, üçüncü şəxs Pirallahı Rayon İcra və Probasiya şöbəsinə, X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mənzilə dair hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna etibarsız hesab edilməsi, hüquqi nəticəsi olan mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar