Məhkəmə qərarları › İş №2(006)-3115/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3115/2024

31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3115/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin X5 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olsa da ünvan 2ında olan fərdi yaşayış evində qızı ilə birlikdə yaşayırdı. X5 2024-cü ildə ürəyinə görə 6 saylı şəhər xəstəxanasında həkim müayinəsindən keçərək ev şəraitində ambulalor qaydada müalicə alırdı. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Paşa ilə görüşəndə ona yenə də səhhəti ilə bağlı ağrılarının olduğunu bildirdi. X5 xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində işlədiyi ünvan 3 ünvanına getmiş, lakin orada halı pisləşdiyindən orada olan şəxslər tərəfindən ona tibbi yardım göstərilməsi məqsədi ilə X9 Stansiyasının həkim briqadası çağırılmışdır. TTTYS-nin həkimləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra X20 hospilitasiya edilməsi üçün TTTYS-nin maşınına mindirilmişdir. Lakin qardaşı Paşa X20 aparılan zaman yolda həkimin yanında vəfat etmişdir. Qardaşı Paşaya ölüm səbəbi kimi ürək ağciyər çatışmazlığı diaqnozu qoyulmuşdur. X1 ölümü ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda araşdırma başlansa da, həmin prokurorluğun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 xx.xx.2024-cü il tarixli qərarı ilə qardaşının ağciyər-ürək çatışmamazlığından vəfat etməsi müəyyən edildiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 Novxanı qəbiristanlığında rəhmətə getmiş digər ailə üzvlərinin yanında dəfn etmişlər. Lakin Novxanı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin səlahiyyətli şəxsləri qardaşının həmin qəbristanlıqda dəfn olunması ilə bağlı arayışı ona təqdim etməkdən imtina etmişlər və həmin arayışı yalnız məhkəmə sorğusu əsasında təqdim edəcəklərini bildirmişlər. X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təadim edilməsi barədə qeydiyyatda olduğu ünvan 4 ünvanının aid olduğu Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X27 “Bakı Baş Səhiyyə Mərkəzi” X23 20 nömrəli şəhər Poliklinikasına müraciət etmişdir. Həmin Poliklinika tərəfindən ona yazılı şəkildə xx.xx.2024-cü il tarixli, 18-1-1-26/-S- 7-31-4/2024 saylı məktubla bildirildi ki, qardaşı Paşa ünvan 1 ünvanında qeydiyyatda olsa da, 20 nömrəli şəhər Poliklinkasına müraciəti olmadığndan, ona ölüm haqqında tibbi şəhadətnamənin veriməsi mümkünsüzdür. Həmçinin ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı Asan Xidmət" Mərkəin də Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin orqandan ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadənamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməli olduğunu, ölüm haqqında tibbi şəhadənamə tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsinin imkan xaricində olduğunu, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirərək imtina məktubunu vermişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı "Asan Xidmət mərkəzi"nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuş və ünvan 5 ünvanında qeydiyatdadır. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətinə əsasən görünür ki, mərhum X18 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X27 “Bakı Baş Səhiyyə Mərkəzi” X27 20 nömrəli şəhər Poliklinikasının 18-1-126/2-S-7-31-4/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cavadxan küçəsi 19 mənzil 48 ünvanında qeydiyyatda olmuş 1974-cü il təvəllüdlü X18 xx.xx.2024-cü il tarixində ünvan 6 ünvanında küçədə vəfat etmişdir. Mərhum P.Quliyev Nəsimi rayonu 20 nömrəli şəhər poliklinikasına müraciəti olmayıb. Eyni zamanda P.Quliyev küçədə vəfat etdiyindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən ölüm X11 poliklinika tərəfindən yazılması imkan xaricindədir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 109-c-24 saylı məktubuna əsasən, X12 xx.xx.2024-cü il tarixdə ölməsi faktı ilə əlaqədar Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı sonuncunun ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun 24-3-2-2/315-0253-13 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən, 1974-cü il təvəllüdlü X12 Nəsimi rayonu Sarabski küçəsi 16 ünvanında halının pisləşməsi səbəbindən təcili tibbi yardım çağırılması və KTM-ə aparıldığı zaman vəfat etməsi barədə toplanmış 24-3-2-2/315-0253 (109-C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərara alınmışdır. 1 saylı Bakı "Asan Xidmət mərkəzi"ndə xx.xx.2024-cü il tarixli 3-16-8/7-1141/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubunun surətinə əsasən, X12 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən şöbəmizə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi imkanımız xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Təcili və X10 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən, X12 adına 07:39-da çağırış daxil olmuş, ünvana gələn həkim, həkim yanında ölüm baş verdiyini (kişi cinsli meyit) ölüm səbəbi ağciyər çatışmazlığı kimi qeyd etmişdir. Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 35 nömrəli məktubuna əsasən, həqiqətən mərhum X3 rayonu Novxanı kənd qəbiristanlığında (köhnə qəbiristanlıq, M.Hüseynzadə küç.) dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X18 dəfn edilmişdir. X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun uşaqlıq dostu olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər Paşa Quliyevin rəhmətə getdiyini eşitmişlər. O, 1 saylı Şəhər Klinik Xəstəxanasının morquna getmiş və oradan Paşa Quliyevi gətirərək adəti üzrə Novxanı qəbiristanlığında dəfn etmişlər. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir. X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhumun xalası oğludur, 2024-cü ilin aprel ayında vəfat etmiş, dəfndə də, yas mərasimlərində də iştirak etmişdir. Mərhumu Novxanı qəbiristanlığında dəfn etmişlər. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhumun qızıdır. xx.xx.2024-cü il tarixdə atası ölmüşdür. Hadisə iş yerində olmuşdur. Xalası zəng edib demişdir ki, atası vəfat edib. Novxanı qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində iştirak edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı (bacı-qardaş olmaları iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətləri ilə təsdiq edilir) X18 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron rayonu Novxanı kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və xx.xx.1974-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar