Məhkəmə qərarları › İş №2(006)-3130/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3130/2025

08.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3130/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Aslanzadə Bəxtiyar oğlu və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən ayın 15dən 25-dək hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat aliment haqqını birinci tərəf kimi çıxış edən, anaları Ərizəçiznın xeyrinə onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürməsinə dair Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00561 saylı Barışıq Sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslanmışdır ki, xx.xx.2025-ci il tarixli, MŞB/6-00561 saylı Barışıq Sazişinə əsasən, onunla Maraqlı şəxs aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025ci il tarixdən etibarən hər ayın 15-dən 25-dək hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat aliment haqqını birinci tərəf kimi çıxış edən, anaları Ərizəçi xeyrinə onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Ərizəçi bildirir ki, cavabdeh Maraqlı şəxs öncədən də ailəyə diqqət göstərmirdi, uşaqların qayğısına qalmırdı. Bu məqsədlə Bakı 6 saylı Mediasiya Təşkilatına aliment tələbinə dair müraciət etmişdir. Cavabdehlə Barışıq Sazişi bağlansa da, üzərinə aliment ödənməsinə dair öhdəlik götürsə də öhdəliyini icra etmir. Bu səbəbdən də Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00561 saylı Barışıq Sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçiqızı izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 924417 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014 nömrə ilə qeyd edilmişdir. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Onun atası Maraqlı şəxsdur. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Onun atası Maraqlı şəxsdur. - Bakı 06 saylı Mediyasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00561 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Ərizəçi ilə Maraqlı şəxsun birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Aslanzadə Bəxtiyar oğlu və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən ayın 15-dən 25-dək hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat aliment haqqını birinci tərəf kimi çıxış edən, anaları Ərizəçiznın xeyrinə onun onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, X4 ilə X3 arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs X3 tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6/-00561 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Aslanzadə Bəxtiyar oğlu və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən ayın 15-dən 25-dək hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat aliment haqqını birinci tərəf kimi çıxış edən, anaları Ərizəçiznın xeyrinə onun onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar