Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3159/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası, xx.xx.1945-ci il təvəllüdlü, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE 02848398 olan Rzayev X8 xx xxxx 2020-ci tarixində vəfat etmişdir. Həmin gün ərizəçi atasının vəziyyətinin pisləşdiyini görərək, Təcili və X1 Stansiyasına zəng edib həkim çağırmışdır. Qeyd edilən çağırış üzrə gələn təcili yardım briqadasının tərtib etdiyi "Ölüm haqqında xəbərdarlıq Vərəqəsi"ndə qeyd olunduğu kimi, briqada hadisə yerinə çatdıqda Rzayev X8 vəfat etmişdir. Ərizəsi ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ölüm haqqında şəhadətnaməni verməli olan maraqlı şəxsdən ərizəçinin atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. Göstərilənlərə əsasən, Rzayev X5 xx xxxx 2020-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinəbaxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Rzayev X8 onun həyat yoldaşı olmuşdur. 2 ay idi ki, xəstə idi, yıxılmışdı, ombası və çiyni sınmışdır. Həyat yoldaşı xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan AZE № 02848398 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev X8 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan ЖГ № 377401 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası X4, atası Rzayev X6r. Mülki işdə olan Bakı şəhər Təcili və X1 Stansiyası tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 9 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən Rzayev X8 haqqında həkimə qədər ölüm və kişi cinsli meyit qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 319 saylı arayışından görünür ki, Rzayev X8 xx.xx.2020-ci il tarixdə Pirşağı qəsəbəsindəki qəbristanlıqda dəfn olunmuşdur. Mülki işin materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Bakı şəhər Təcili və X1 Stansiyası” X9 tərəfindən ərizəçiyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 265 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:02-də “103” xidmətinə Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 42A, mənzil 131 ünvanından Akifin (75 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur.Çağırışı 9 saylı bölmənin həkimi Zülfıyyə İmaməliyeva icra edərək, xəstə X2 (75 yaş) “Qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Terminal vəziyyət” diaqnozu qoymuşdur.xx.xx.2020-ci il tarixdə saat 22:58-də həmin ünvandan A.Rzayevin adına “halı pis” səbəbi ilə daxil olan təkrar çağırışı 9 saylı bölmənin həkimi Vahid Umudov icra edərək, ünvanda X2 (75 yaş) məxsus meyit ilə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və yaxma götürmək üçün xüsusiləşmiş briqada çağırmışdır.Saat 01:08-də ünvana gələn 9 saylı bölmənin həkimi Xəlil İsmayılov, meyitdən laborator müayinə üçün yaxma götürmüşdür.Hadisə barədə 5-ci polis bölməsinin əməkdaşı Əliyevə və Binəqədi prokurorluğun əməkdaşı Nağıyevə məlumat verilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atasıRzayev X8 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixdə Pirşağı qəsəbəsindəki qəbristanlıqda dəfn olunmuşdur, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmətəcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümünqeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda vəmüəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır.Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeydərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarındasaxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarıölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki ProsesualMəcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfatetməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədənəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabrtarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlətqeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiqsənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiqedilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmətərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçiatası Rzayev X5 xx xxxx 2020-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin atası Rzayev X5 xx xxxx 2020-ci il tarixində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3159/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3159/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver